Modern.az

Milli Məclisə hücum edənlər SAXLANILDI - FOTO

Milli Məclisə hücum edənlər SAXLANILDI - FOTO

Parlament

16 İyul 2020, 17:58

İyunun 14-dən 15-nə keçən gecə Bakıdakı yürüş zamanı Milli Məclisin binasına ziyan vuranların kimliyi müəyyən edilib.

 

Modern.az-ın məlumatına görə, onlar hüquq-mühafizə orqanları əməkdfaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək saxlanılıblar. Hazırda hadisədə iştirak edən digər şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər görülür.

Qeyd edək ki, iyulun 14-dən 15-nə keçən gecə Bakıda Azərbaycan Ordusuna dəstək məqsədilə keçirilən yürüşün sonunda bir qrup şəxs ictimai qaydanın kobud surətdə pozulmasına səbəb olan hərəkətlərə yol verib, aksiyanın təhlükəsizliyini təmin edən polis əməkdaşlarına müqavimət göstərərək Milli Məclisin inzibati binasının qapı-pəncərələrini sındıraraq içəriyə daxil olublar. Nəticədə binaya maddi ziyan vurublar.

 

 



 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!