Arxiv
21 İyul 2020, 11:56 | PARLAMENT
Məlahət İbrahimqızı: “Serbiyanın bu addımı acı təəssüf doğurur” - ETİRAZ

Gürcüstan ərazisindən keçərək, Serbiyadan Ermənistana minomyotlar və müxtəlif kalibrli hərbi sursatın və böyük həcmdə silahın göndərildiyi haqda geniş məlumat Azərbaycan ictimaiyyətini hədsiz dərəcədə hiddətləndirib.

Məsələyə münasibət bildirən Azərbaycan-Serbiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Məlahət İbrahimqızı Modern.az-a açıqlamasında deyib:

“Milli Ordumuzun təcavüzkar Ermənistanın hərbi qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində ağır artileriyadan təxribat xarakterli hücumunun qarşısının alınması zamanı ağır döyüşlərdə şəhid olmuş igid əsgər və zabitlərimizin acısını unutmadığımız bir zamanda dost saydığımız Serbiya tərəfindən belə bir mövqenin göstərilə biləcəyi qəbulolunmazdır. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən rəsmən təsdiq olunmuş bu məlumat  strateji tərəfdaşımız olan Serbiyanın gözlənilməz hərəkəti hər bir azərbaycanlıda, xüsusən də Azərbaycan-Serbiya Parlamentlərarası dostluq qrupunun üzvlərində  həm də acı təssüf hissi doğurdu”.

M.İbrahimqızı deyib ki, Azərbaycan Serbiya ilə əməkdaşlığa hər zaman önəm verib:

“2018-ci ildən strateji əməkdaşlıq haqqında protokol imzalandıqdan sonra bu münasibətlərə xüsusi əhəmiyyət verilmişdi. Ölkəmiz digər strateji tərəfdaş ölkələrlə münasibətdə olduğu kimi, Serbiya ilə olan əməkdaşlıqda da etibarlı tərəfdaş kimi sadiqlik nümayiş etdirib. Ölkəmiz Serbiyanın çətin vaxtlarında dost ölkə kimi həmişə onlara yardım əlini uzadıb. Azərbaycan Serbiyanın ərazi bütövlüyünə hörmətlə yanaşaraq, beynəlxalq təşkilatlarda hər zaman ardıcıl mövqe nümayiş etdirib. Bu mənada Serbiya tərəfinin mövqeyinə görə Azərbaycan-Serbiya Parlamentlərarası dostluq qrupunun rəhbəri kimi, KİV nümayəndələri, ictimaiyyətın tanınmış  təmsilçiləri və seçicilərim tərəfindən fasiləsiz mənə zəng edilib, Serbiya tərəfini qeyri-səmimi dost, Azərbaycanın ərazi bütövlüyünə silahlı təcavüz etmiş, Ermənistanın işğalçılıq siyasətinə dəstək verən ölkə adlandırmışlar. Həqiqətən də  dostluğa tam zidd olan bu olayı Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında mövcud münasibətlərə zərbə hesab edirəm. Bildiyimiz kimi, Azərbaycan beynəlxalq əmədaşlıqda etibarlı tərəfdaş kimi dünyada xüsusi nüfuza malikdir. Çox təəssüf ki, bütün beynəlxalq təşkilatlar tərəfindən işğalçı kimi tanınan Ermənistanın təcavüzkarlıq siyasətinə dəstək olmuş bu olay Azərbaycan və Serbiya arasındakı mövcud dostluq münasibətlərinə və strateji tərəfdaşlığa xələl gətirmiş və ölkələr arasındakı qarşılıqlı etimada kölgə sala bilmişdi. Heç şübhəsiz ki, Serbiya tərəfindən baş vermis bu olaylarda uzun illərdir ki, dünyada ölkəmizə qarşı hər cür təxribat törətməyə cəhd edən işğalçı Ermənistanın da məkirli və çirkli əməllərinin izi vardır. Ümidvaram ki, baş vermis cinayət xarakterli bu olay Serbiya Respublikasının rəsmiləri və onun müvafiq qurumları tərəfindən tezlikllə aydınlaşdırılacaq və  Azərbaycan ictimaiyyətinə ətraflı  məlumat veriləcək”.

M.İbrahımqızı onu da bildirib ki, Azərbaycan-Serbiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu Serbiyaya etiraz məktubu göndərib.

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Eldar Həsənov barəsində həbs qətimkan tədbiri seçildi 14 Avqust 2020, 21:33 Müəllimlərin işə qəbulunda yüksək nəticə göstərənlər - FOTO 14 Avqust 2020, 21:19 Azərbaycan əhalisinin sayı AÇIQLANDI 14 Avqust 2020, 21:06 Süni tənəffüs aparatına qoşulan xəstələrin sayı 37-yə endi - FOTO 14 Avqust 2020, 20:50 Azərbaycanla Avropa İttifaqı arasında  perspektivlər müzakirə olunub 14 Avqust 2020, 20:38 Etiraz aksiyasında həbs olunan futbolçu azadlığa buraxıldı 14 Avqust 2020, 20:29 BŞBPİ-də kadr təyinatı olub 14 Avqust 2020, 20:15 Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının ilk iclası keçirilib 14 Avqust 2020, 20:01 Bu ölkədə dar küçədə siqaret çəkmək qadağan edildi 14 Avqust 2020, 19:21 BMT Təhlükəsizlik Şurasının iclası çağırılsın - Putin 14 Avqust 2020, 19:08 Ümumi daxili məhsulun həcmi açıqlanıb 14 Avqust 2020, 18:55 ARB və Xəzər TV-nin yayımı 3 saatlıq dayandırılacaq 14 Avqust 2020, 18:48 Bakı, Sumqayıt və İmişlidə silahlı şəxslərə qarşı ƏMƏLİYYAT 14 Avqust 2020, 18:32 Ceyhun Bayramov Yaponiyanın yeni səfirini qəbul etdi 14 Avqust 2020, 18:28 Azay Quliyev seçicilərlə videogörüş keçirib     14 Avqust 2020, 18:24 Azərbaycanda təhsil sistemi keyfiyyətcə yeni inkişaf müstəvisinə qədəm qoyub - Deputat 14 Avqust 2020, 18:20 Dollar yeni həftəyə belə başlayacaq 14 Avqust 2020, 18:17 Azərbaycanın dövlət büdcəsində kəsir yarandı 14 Avqust 2020, 18:10 Müdafiə Nazirliyindən ermənilərin “Gəncəni vurarıq” təhdidinə REAKSİYA 14 Avqust 2020, 18:05 Səfir: “Türkiyə ilə Azərbaycanın düşmənləri kimdirsə, baxıb qısqansınlar” – MÜSAHİBƏ 14 Avqust 2020, 17:59 Naqif Həmzəyev: Türkiyənin Minsk Qrupu həmsədrləri sırasına daxil edilməsi ən optimal variantdır 14 Avqust 2020, 17:54 Vahid Əhmədov seçicilərini onlayn qəbul edib 14 Avqust 2020, 17:48 Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri ilə görüşdü 14 Avqust 2020, 17:42 Bərdədə qətl törədən şəxsin cinayət işi məhkəməyə göndərildi 14 Avqust 2020, 17:36 Daha 400 Taliban döyüşçüsü azadlığa buraxıldı 14 Avqust 2020, 17:30 Nazirlik “Qanun” nəşriyyatından video YAYDI 14 Avqust 2020, 17:24 Azərbaycanda daha 103 nəfər koronavirusa yoluxdu - 3 nəfər öldü 14 Avqust 2020, 17:18 ABŞ Venesuelaya gedən İran tankerlərindən yanacağı müsadirə etdi  14 Avqust 2020, 17:12 Türkiyədə axtarışa verilən 2 terrorçu məhv edildi 14 Avqust 2020, 17:11 Kanadada vətəndaşlar baş naziri və hökuməti hədələyirlər 14 Avqust 2020, 17:10 Polisdən vətəndaşlara Məhərrəm ayı və Aşura günü XƏBƏRDARLIĞI 14 Avqust 2020, 17:04 Belarus müxalifəti hakimiyyəti təhvil almaq üçün Koordinasiya Şurası YARATDI 14 Avqust 2020, 16:58 Əli Əsədov yeni vəzifəsində ilk tapşırığını verdi 14 Avqust 2020, 16:52 Oqtay Şirəliyev xaricdən gələn həkimlərlə görüşdü 14 Avqust 2020, 16:46 DİN-dən Şahbaz Xuduoğlunun iddialarına CAVAB 14 Avqust 2020, 16:40