Arxiv
21 İyul 2020, 15:27 | HADİSƏ
İqbal Ağazadə Prezident Administrasiyasına çağırıldı

Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə iqtidar-müxalifət dialoqu davam etdirilir, yeni siyasi konfiqurasiyanın formalaşmasında müxalifət partiyaları yaxından iştirak edirlər.

 

Modern.az-ın məlumatına görə, bu məqsədlə növbəti görüş Ümid Partiyasının sədri ilə keçirilib. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev üçüncü dəfə İqbal Ağazadə ilə görüşüb. Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemi, Ermənistan Silahlı Qüvvələrinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribat, COVİD-19 pandemiyası dövründə siyasi partiyaların fəaliyyəti, eləcə də yoluxma sayının azalması, karantin rejiminin tətbiqi ilə əlaqədar dövlətin gördüyü işlər, VI çağırış Milli Məclisin formalaşmasında müxalifət partiyaların iştirakı, ölkədə korrupsiyaya qarşı aparılan mübarizə, Siyasi partiyalar haqqında Qanun, partiyaların Mərkəzi Seçki Komissiyasına maliyyə hesabatlarının təqdim etməsi mövzuları müzakirə edilib.

 

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemi ətrafında fikir mübadiləsi aparılaraq bildirilib ki, ötən əsrin 90-cı illərində ölkədə baş vermiş siyasi xərc-mərclik, xaos nəticəsində ermənilər yenidən Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etmiş və işğal siyasəti nəticəsində ölkəmizin 20% ərazisi Ermənistan Silahlı Qüvvələrinin nəzarətinə keçib. Azərbaycanda 1 milyondan çox qaçqın və məcburi köçkün problemi yaranıb. ATƏT-in Minsk qrupu problemin sülh yolu ilə həll edilməsi istiqamətində öz fəaliyyətini uğurlu qura bilməyib və 30 ilə yaxın davam edən münaqişə müxtəlif vaxtlarda hərbi təxribatlarla nəticələnib. 2016-ci ilin aprel döyüşlərində ordumuzun şücaəti nəticəsində işğalda olan ərazilərimizin bir hissəsi azad edilib. Ermənilərin növbəti hərbi təxribatı iyulun 12-də Tovuz istiqamətində törədilib. Ağır artilleriyadan istifadə edərək düşmən mövqelərimizi və mülki əhalini atəşə tutub. Nəticədə ordumuzun ali və yüksək rütbəli zabitləri şəhid olublar. Ə.Vəliyev və İ.Ağazadə şəhid olmuş bütün vətən övladlarına Allahdan rəhmət diləyib, ailələrinə və yaxınlarına səbr söyləmiş, yaralılara isə Allahdan şəfa istəyiblər.

Baş vermiş hərbi təxribat fonunda, Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların milli həmrəyliyi, dövlətçiliyimizin, ərazi bütövlüyümüzün qorunmasında mövqeləri yüksək dəyərləndirilib. 43 siyasi partiyanın birgə bəyanatı, 4 siyasi partiyanın isə ayrılıqda, ümumilikdə 47 siyasi partiyanın Ali Baş Komandan ətrafında birləşməsi ölkədə sağlam iqtidar-müxalifət münasibətlərinin formalaşmasının nümunəsidir.

 

Ədalət Vəliyev bildirmişdir ki, ölkə rəhbərliyinin tapşırığı ilə indiyə qədər görülmüş işlər nəticəsində, ölkədə yeni siyasi mədəniyyətin təşəkkülü fonunda 45 dövlət qeydiyyatına alınmış siyasi partiya rəhbərləri ilə, tanınmış politoloq və ictimai-siyasi fəallarla və dövlət qeydiyyatına alınmamış bir neçə partiya sədrləri ilə görüşlər keçirilib. Bir sıra şəxslərlə isə 2-3 və daha artıq olmuş görüşlərdə sağlam iqtidar-müxalifət münasibətlərin qurulması, yeni siyasi konfiqurasiyanın əsasları müzakirə edilib. Bundan əlavə, şöbənin fəaliyyət istiqamətlərindən biri olan Milli Məclislə bağlı bir sıra yeniliklər olub. Parlamentdə təmsil olunan 8 müxalif partiyaların nümayəndələri Milli Məclisin rəhbər orqanlarında təmsil olunub, onlar arasında konstruktiv əməkdaşlıq qurulmuş və bu işlər nəticəsində cari ilin iyulun 7-də Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələri arasında video müşavirə keçirilib. Bu müşavirə çox uğurlu alınmış və gələcəkdə digər siyasi partiyaların iştirakı ilə bu tip müşavirələrin keçirilməsi məqsədəuyğun hesab edilib.

 

Görüşdə bütün dünyanı narahat edən COVİD-19 pandemiyası müzakirə edilib. Qeyd olunub ki, ölkəmizdə qəbul edilmiş qərarlar nəticəsində koronovirusa yoluxma sayı mümkün qədər minimal səviyyədə saxlanılıb. Bundan əlavə, dövlət başçısının göstərişi ilə yeni modul tipli xəstəxanaların tikintisi, zəruri tibbi avadanlıqların ölkəmizə gətirilməsi, tibbi maska və dezinfeksiya vasitələrinin istehsalı ilə məşğul olan müəssisənin tikintisi, xaricdən həkim-mütəxəssislərin ölkəmizə dəvət edilməsi pandemiya ilə mübarizəyə müsbət təsir göstərib.

Ölkəmizdə aparılan iqtisadi, siyasi islahatlar fonunda Dövlət başçısının qətiyyətli mövqeyi ilə korrupsiya hallarının aradan qaldırılması istiqamətində görülən işlər yüksək qiymətləndirilib. Vurğulanıb ki, icra başçılarının həbsi, bir sıra mərkəzi icra orqanlarında korrupsiya hallarına qarşı əməliyyat tədbirləri ölkəmizin sağlam təməllər üzərində inkişaf etdirilməsinə dəstəkdir.

 

Daha sonra görüşdə siyasi partiyaların fəaliyyəti haqqında fikir mübadiləsi aparılıb. İ.Ağazadə qeyd etmişdir ki, partiyası qanunvericiliyin tələblərinə uyğun olaraq hər il Mərkəzi Seçki Komissiyasına hesabatlar təqdim edir. Bundan əlavə, pandemiya dövründə Ümid Partiyasının növbəti Qurultayının keçirilməsi aktual məsələlərdən biridir və bu istiqamətdə müəyyən işlər görülür. “Siyasi partiyalar haqqında” Qanunun yenidən hazırlanması isə siyasi konfiqurasiyanın inkişafına, iqtidar-müxalifət arasında dialoqun uğurla davam etdirilməsinə müsbət təsir göstərə bilər.

Sonda İ.Ağazadə qəbula görə təşəkkür etmişdir və bir daha Ümid Partiyasının dövlətçiliyimizin, ərazi bütövlüyümüzün qorunması, iqtidar-müxalifət arasında dialoqun və yeni siyasi konfiqurasiyanın inkişafında hər zaman dəstək olacağını qeyd edib.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakı-Şamaxı yolunda avtomobil 34 yaşlı qadını vurdu 18 Sentyabr 2020, 22:01 Türkiyədə daha 62 nəfər koronavirusdan öldü 18 Sentyabr 2020, 21:44 Azərbaycanın Tatarıstandakı Diasporunun sədri vəfat edib 18 Sentyabr 2020, 21:27 Əfsanəvi astronom vəfat etdi 18 Sentyabr 2020, 21:14 Məhkumların müraciətləri dinlənildi 18 Sentyabr 2020, 20:58 Aeroport yolunda qəza sıxlıq yaratdı 18 Sentyabr 2020, 20:46 AQTİ laboratoriyalarında növbəti mediatur keçirilib 18 Sentyabr 2020, 20:36 “Azərenerji”nin işçisi bədbəxt hadisənin qurbanı oldu 18 Sentyabr 2020, 20:18 XİN rəhbəri Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunmasından danışdı 18 Sentyabr 2020, 20:04 DTX rəhbərliyi yüksək bal toplayan kursantlarla görüşdü 18 Sentyabr 2020, 19:34 Bakı metrosu yenidən bağlanır   18 Sentyabr 2020, 19:25 Məhkəmələrə ayrılan xidməti avtomobillərin sayı artırıldı - QƏRAR 18 Sentyabr 2020, 19:16 Bu il bir milyondan çox ağac əkiləcək 18 Sentyabr 2020, 19:07 “Qızılqum” sanatoriyasında müvəqqəti məskunlaşmış ailələrə yeni mənzillərə köçmək təklif olundu 18 Sentyabr 2020, 18:59 Bakıda tikiş sexi və ona bitişik anbarda YANĞIN 18 Sentyabr 2020, 18:50 Qaçqınlara BMT qarşısında çadır şəhərciyi salınır 18 Sentyabr 2020, 18:41 Səyyar “ASAN xidmət” davam edir 18 Sentyabr 2020, 18:33 Müəllimlərin əlavə yerləşdirmə mərhələsi başladı 18 Sentyabr 2020, 18:24 Ceyhun Bayramov və Avropa İttifaqının komissarı müzakirə apardılar 18 Sentyabr 2020, 18:15 XIX əsrin bəxş etdiyi 40 nəhəng 18 Sentyabr 2020, 18:06 Rezidenturaya qəbul imtahanı başa çatdı 18 Sentyabr 2020, 18:02 Məcburi köçkünlərin uçot və qeydiyyatı elektronlaşdırıldı 18 Sentyabr 2020, 17:56 Elman Paşayev vəkillik statusundan məhrum edildi 18 Sentyabr 2020, 17:50 YAP-çı deputatdan Tofiq Yaqublunun buraxılmasına REAKSİYA 18 Sentyabr 2020, 17:44 Qayınata və qayınananı öldürən kürəkən tutuldu 18 Sentyabr 2020, 17:41 Siyavuş Novruzov iclas keçirdi 18 Sentyabr 2020, 17:35 Dolların bu həftəyə olan məzənnəsi 18 Sentyabr 2020, 17:30 Nazir əmr verdi: Qızıl və gümüş medal alanların sayı... 18 Sentyabr 2020, 17:24 Tofiq Yaqublu aclıq aksiyasını dayandırdı - FOTO 18 Sentyabr 2020, 17:18 4 ay sonra sərt karantin rejimi qaytarıldı – İsraildə 18 Sentyabr 2020, 17:18 Məktəbəhazırlıqda qeydiyyatdan keçən uşaqların sayı açıqlandı 18 Sentyabr 2020, 17:16 Meşələrin qırılması ən çox bu rayonlardadır - SİYAHI 18 Sentyabr 2020, 17:10 Penitensiar Xidmətdən Tofiq Yaqublu ilə bağlı AÇIQLAMA 18 Sentyabr 2020, 17:05 Tramp Assancın əfv olunması üçün şərt İRƏLİ SÜRDÜ 18 Sentyabr 2020, 17:00 Süni tənəffüs aparatına qoşulan xəstələrin sayı azaldı 18 Sentyabr 2020, 16:54