Arxiv
24 İyul 2020, 00:11 | İQTİSADİYYAT
Prezident Neftçalada su probleminin həlli ilə bağlı göstəriş verdi

Prezident İlham Əliyev Neftçala rayonunda yaranmış su qıtlığı ilə bağlı göstəriş verib.

 

Modern.az xəbər verir ki, bu gün su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda keçirilən müşavirədə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov məsələ ilə bağlı Prezident İlham Əliyevə məruzə edib:

 

Prezident İlham Əliyev: Neftçala rayonunda vəziyyətlə bağlı nə deyə bilərsiniz?

 

Qorxmaz Hüseynov: Hazırda Neftçalada vəziyyət gərgindir, cənab Prezident. Orada baş verən məlum hadisə ilə bağlı Neftçala şəhəri və rayonun 38 kəndi içməli sudan məhrum olub. Fövqəladə Hallar Nazirliyi, rayon icra hakimiyyəti və bizim dəstəyimizlə orada həm maşınlarla və modul tipli qurğularla su daşınır. Çənlər quraşdırılıb, rayonda həyətlərə və həmin çənlərə suyu verməklə biz vətəndaşlara...

 

Prezident İlham Əliyev: İndi məsələ əsaslı şəkildə nə vaxt həll olunacaq?

 

Qorxmaz Hüseynov: Cənab Prezident, məsələnin həlli üçün Siz keçən il 5 milyon vəsait ayırmışdınız, bu il investisiya proqramında 5 milyon vəsait ayrılıb. Biz layihənin tikintisinə başlamışıq və daha etibarlı mənbə olaraq Sizin iştirakınızla təməlqoyması və bir neçə rayonda açılışı olan Şirvan-Muğan magistral xəttindən Salyan ərazisinə 44 kilometr magistral xəttin tikintisinə artıq başlanılıb. Bu ilin noyabrında başa çatması planlaşdırılır və eyni zamanda, bu xəttboyu bütün kəndlərə də biz gələcəkdə investisiya proqramı...

 

Prezident İlham Əliyev: Yəni, nə vaxt Neftçala şəhəri və o kəndlər, nə vaxt o məsələ həll olunacaq? Vətəndaşlar bunu eşitmək istəyir.

 

Qorxmaz Hüseynov: Cənab Prezident, noyabr ayında biz içməli suyu şəhərin özündə və şəhər şəbəkəsindən qidalanan qəsəbələrdə mövcud şəbəkəyə bağlayacağıq. Amma həmin kəndlərə xətlərin çəkilməsi üçün əlavə vəsait ayrılması üçün biz təklif hazırlayacağıq.

 

Prezident İlham Əliyev: Bəs, noyabr ayına qədər məsələ necə həll olunacaq?

 

Qorxmaz Hüseynov: Yalnız maşınlarla, indiki vəziyyətdə suyu biz qismən veririk ki, texniki məqsədlərə istifadə edilsin.

 

Prezident İlham Əliyev: Zeynal Nağdəliyev, məlumat verin, bu maşınlarla ki, deyir, suyu çatdırırıq, bu, kifayət edir şəhərə? Bu haqda məlumatınız var?

 

Zeynal Nağdəliyev: Cənab Prezident, ümumiyyətlə, məlumat belədir ki, su qıtlığı var.

 

Prezident İlham Əliyev: Mən bilirəm su qıtlığı var. Deyirəm, Qorxmaz Hüseynov deyir ki, maşınlarla çatdırırıq, su ilə təmin edirik. Mən soruşuram, doğrudan belədir, yoxsa yox?

 

Zeynal Nağdəliyev: Su verilir, amma icazə verin, cənab Prezident, araşdırım Sizə məruzə edim.

 

Prezident İlham Əliyev: Araşdır. Şahin Mustafayev, siz bu məsələyə komissiyada baxmısınız?

 

Şahin Mustafayev: Bəli, cənab Prezident, biz bu məsələyə baxmışıq. Neftçala şəhərində vəziyyət çox ağırdır, gərgindir, maşınlarla su daşınır. Məruzə olunduğu kimi, noyabr ayında bunu başa çatdıracaqlar. Qorxmaz Hüseynov məruzə etməlidir, orada investisiya problemləri də var. Biz sonuncu komissiyada İqtisadiyyat Nazirliyinə də məlumat verdik, tapşırıldı ki, onlar da baxsınlar, çatışmayan vəsait haqqında araşdırmalar aparsınlar ki, Sizə məruzə olunan müddətdə bu məsələ öz həllini tapsın.

 

Eyni zamanda, cənab Prezident, biz məsələyə bir qədər qlobal yanaşmaq istərdik. Çünki bir sıra bizim yaşayış məntəqələrimiz birbaşa Kür çayından su götürürlər, necə ki, Neftçala götürürdü. Bu, gələcəkdə, qeyd etdiyiniz kimi, bilmək olmaz suyun həcmi necə olacaq. Biz qış aylarında məcbur olacağıq ki, Mingəçevir su anbarında ehtiyatlarımızı yığaq. Belə olan halda, ola bilsin ki, gələcəkdə bizim məntəqələrdə - Kür çayından birbaşa su götürən məntəqələrdə su çatışmazlığı olsun. Ona görə də biz düşünürük ki, bu məsələnin üzərində də çalışmaq lazımdır. Alternativ imkanlar araşdırılmalıdır ki, Kür çayından birbaşa içməli su götürən yaşayış məntəqələrinin təchizatını davamlı və dayanıqlı edək.

 

Prezident İlham Əliyev: Mütləq çalışın, tezliklə bu məsələ öz həllini tapsın. O vaxta qədər indi maşınlarla su daşınır, mənə dəqiq məlumat verərsiniz, bu, vətəndaşları təmin edir, yoxsa yox? Əgər təmin etmirsə, onda əlavə imkanlar tapmaq lazımdır ki, maşınlarla vətəndaşları təmin edə biləcək səviyyədə su daşınıb, onlara çatdırılsın.

Bizim bir məsələmiz də narahatlıq doğurur. Bu da çaylarboyu yerləşən kəndlərdə modul tipli təmizləyici qurğuların vəziyyətidir. Çünki mənə yerlərdən məlumat gəlir ki, bəzi hallarda bu qurğular işləmir. Bu qurğular vaxtilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi xətti ilə quraşdırılmışdı. Səhv etmirəmsə haradasa 400-ə yaxındır, yaxud da 400-dən çox belə qurğu quraşdırılmışdır. Amma sonra bəzi məlumatlara görə, bunların istismar müddətində buraxılmış səhvlər, eyni zamanda, burada nəzarətsizlik nəticəsində bu qurğular ya sıradan çıxmışdır, ya da, onlar öz keyfiyyətini itirmişdir. Bir sözlə, bu məsələ ilə bağlı çox ciddi təhlil aparılmalıdır və mənə məruzə edilməlidir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Müəllimlərin işə qəbulunda yüksək nəticə göstərənlər - FOTO 14 Avqust 2020, 21:19 Azərbaycan əhalisinin sayı AÇIQLANDI 14 Avqust 2020, 21:06 Süni tənəffüs aparatına qoşulan xəstələrin sayı 37-yə endi - FOTO 14 Avqust 2020, 20:50 Azərbaycanla Avropa İttifaqı arasında  perspektivlər müzakirə olunub 14 Avqust 2020, 20:38 Etiraz aksiyasında həbs olunan futbolçu azadlığa buraxıldı 14 Avqust 2020, 20:29 BŞBPİ-də kadr təyinatı olub 14 Avqust 2020, 20:15 Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının ilk iclası keçirilib 14 Avqust 2020, 20:01 Bu ölkədə dar küçədə siqaret çəkmək qadağan edildi 14 Avqust 2020, 19:21 BMT Təhlükəsizlik Şurasının iclası çağırılsın - Putin 14 Avqust 2020, 19:08 Ümumi daxili məhsulun həcmi açıqlanıb 14 Avqust 2020, 18:55 ARB və Xəzər TV-nin yayımı 3 saatlıq dayandırılacaq 14 Avqust 2020, 18:48 Bakı, Sumqayıt və İmişlidə silahlı şəxslərə qarşı ƏMƏLİYYAT 14 Avqust 2020, 18:32 Ceyhun Bayramov Yaponiyanın yeni səfirini qəbul etdi 14 Avqust 2020, 18:28 Azay Quliyev seçicilərlə videogörüş keçirib     14 Avqust 2020, 18:24 Azərbaycanda təhsil sistemi keyfiyyətcə yeni inkişaf müstəvisinə qədəm qoyub - Deputat 14 Avqust 2020, 18:20 Dollar yeni həftəyə belə başlayacaq 14 Avqust 2020, 18:17 Azərbaycanın dövlət büdcəsində kəsir yarandı 14 Avqust 2020, 18:10 Müdafiə Nazirliyindən ermənilərin “Gəncəni vurarıq” təhdidinə REAKSİYA 14 Avqust 2020, 18:05 Səfir: “Türkiyə ilə Azərbaycanın düşmənləri kimdirsə, baxıb qısqansınlar” – MÜSAHİBƏ 14 Avqust 2020, 17:59 Naqif Həmzəyev: Türkiyənin Minsk Qrupu həmsədrləri sırasına daxil edilməsi ən optimal variantdır 14 Avqust 2020, 17:54 Vahid Əhmədov seçicilərini onlayn qəbul edib 14 Avqust 2020, 17:48 Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri ilə görüşdü 14 Avqust 2020, 17:42 Bərdədə qətl törədən şəxsin cinayət işi məhkəməyə göndərildi 14 Avqust 2020, 17:36 Daha 400 Taliban döyüşçüsü azadlığa buraxıldı 14 Avqust 2020, 17:30 Nazirlik “Qanun” nəşriyyatından video YAYDI 14 Avqust 2020, 17:24 Azərbaycanda daha 103 nəfər koronavirusa yoluxdu - 3 nəfər öldü 14 Avqust 2020, 17:18 ABŞ Venesuelaya gedən İran tankerlərindən yanacağı müsadirə etdi  14 Avqust 2020, 17:12 Türkiyədə axtarışa verilən 2 terrorçu məhv edildi 14 Avqust 2020, 17:11 Kanadada vətəndaşlar baş naziri və hökuməti hədələyirlər 14 Avqust 2020, 17:10 Polisdən vətəndaşlara Məhərrəm ayı və Aşura günü XƏBƏRDARLIĞI 14 Avqust 2020, 17:04 Belarus müxalifəti hakimiyyəti təhvil almaq üçün Koordinasiya Şurası YARATDI 14 Avqust 2020, 16:58 Əli Əsədov yeni vəzifəsində ilk tapşırığını verdi 14 Avqust 2020, 16:52 Oqtay Şirəliyev xaricdən gələn həkimlərlə görüşdü 14 Avqust 2020, 16:46 DİN-dən Şahbaz Xuduoğlunun iddialarına CAVAB 14 Avqust 2020, 16:40 15 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarıldı - FOTOLAR 14 Avqust 2020, 16:34