Arxiv
24 İyul 2020, 17:23 | DİASPOR
Diaspor Komitəsi erməni təxribatları ilə bağlı BƏYANAT yaydı

Diasporla İş üzrə Dövlət Komitəsi xarici ölkələrdə azərbaycanlılara qarşı edilən erməni hücumları ilə bağlı bəyanat yayıb.


Komitədən Modern.az-a daxil olan bəyanatda deyilir:


“Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar Ermənistanın işğalçılıq siyasətinə, Azərbaycan Ermənistan sərhəddinin Tovuz istiqamətində törədilən erməni təxribatlarına etiraz əlaməti olaraq mütəşəkkil şəkildə aksiyalara başlayıb. Sevindirici haldır ki, soydaşlarımız güclü birlik nümayiş etdirərək dünya dövlətlərindən və beynəlxalq təşkilatlardan Azərbaycan torpaqlarının işğaldan azad edilməsi və Ermənistanın işğalçılıq siyasətinə son qoyulmasını tələb edir.


Azərbaycan ordusunun Ermənistanın hərbi təxribatlarına layiqli cavab verməsinin ardından soydaşlarımızın beynəlxalq aləmdə, kütləvi, sivil, icazəli aksiyalara başlaması, cəbhədə olduğu kimi, dünyada da erməniləri ciddi təşvişə salıb. Ermənistanın uzun illərdir dünya dövlətlərini aldatması soydaşlarımızın birliyi sayəsində ifşa edilir, əsl həqiqətlər real faktlar əsasında dünyaya bəyan olunur.


Soydaşlarımız Ermənistanın işğalçılıq siyasətinin, təxribat hallarının dayandırılması ilə bağlı BMT, ATƏT və digər beynəlxalq təşkilatlara, eləcə də dünyanın aparıcı ölkələrinin rəsmi dairələrinə onlarla müraciət ünvanlayıb, ümumilikdə  25 ölkədə yaşayan azərbaycanlılar  84 bəyanatla çıxış ediblər.


Məhz soydaşlarımızın fəallığı nəticəsində 24 ölkədə 18 dildə 94 məqalə və xəbər çap edilib, sosial şəbəkələrdə həqiqətləri özündə əks etdirən 10 minlərlə informasiya paylaşılıb. Ümumilikdə 26 ölkədə 20000-dən çox soydaşımızın iştirak etdiyi 58 aksiya keçirilib.
    
  Dünya dövlətlərində səsləndirilən “Qarabağ Azərbaycandır!”, “Qarabağ bizimdir, bizim olacaq!”, “Ermənistanın işğalçı siyasətinə son qoyulsun” şüarlarından, yalanlarının ifşa olunmasından hiddətlənən ermənilər öz məkrli niyyətlərini beynəlxalq aləmdə də davam etdirməyə cəhd göstərirlər.


Ermənilər Azərbaycanın müxtəlif ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin qarşısında icazəsiz aksiyalar təşkil edir, azərbaycanlıların təşkil etdiyi icazəli aksiyalarda təxribatlar törətməyə çalışırlar. Təəssüf ki, bəzən erməni barbarlığı soydaşlarımızın xəsarət almasına, şəxsi əmlaklarına zərər dəyməsinə, diplomatik nümayəndəliklərə maddi ziyan vurulmasına  gətirib çıxarır, bunun da adekvat cavabı verilməkdədir.


Bildiririk ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin tapşırıqlarına əsasən soydaşlarımızla mütəmadi əlaqə saxlanılır, onların pozulmuş hüquqlarının yaşadıqları ölkələrin qanunları çərçivəsində və beynəlxalq hüquq normaları əsasında bərpası, eləcə də dəymiş maddi və digər zərərin aradan qaldırılmas  üçün bütün mümkün addımlar atılır.


Soydaşlarımızı ayıq-sayıq olmağa çağırırıq və onlara haqq işində bütün dəstəyi göstərməyə hazır olduğumuzu bildiririk. 

     

Diasporla İş üzrə Dövlət Komitəsi erməni yalanlarının ifşası, Ermənistanın işğalçı siyasətinin, törədilən təxribatların dünya birliynə, beynəlxalq ictimaiyyətə çatdırılması yolunda göstərdiyi mütəşəkkilliyə görə xaricdə yaşayan soydaşlarımıza dərin təşəkkürünü bildirir.


Xaricdə yaşayan azərbaycanlılar Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, erməni təxribatlarına son qoyulması üçün yaşadıqları ölkələrin qanunları çərçivəsində icazəli aksiyaları davam etdirmək niyyətindədir və daha 14 ölkədə də aksiyaların keçirilməsinə icazə alınması üçün müraciət olunub.


Bununla yanaşı, soydaşlarımız hüquqi müstəvidə mübarizəni davam etdirməli, beynəlxalq təşkilatlara ünvanlanan bəyanatların, müraciətlərin sayı daha da artırılmalıdır. Biz öz sözümüzü dünya mediasında deməli, Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi təxribatları, işğal faktlarını dolğun, dəqiq məlumatlarla çatdırmalıyıq.


Biz dünya azərbaycanlılarının hər bir istiqamət üzrə haqq səslərini qaldırmalarını başa düşür, ermənilərin təxribatçı hərəkətlərini, vəhşiliklərini ifşa edərək yaşadıqları ölkələrdə hüquqi müstəviyə daşımalarını məqsədəuyğun sayır və soydaşlarımızı erməni təxribatlarına uymamağa çağırırıq".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ukrayna parlamentində dava düşdü 17 İyun 2021, 20:58 Ruslar Suqovuşan-Kəlbəcər yolu ilə ermənilərə yük daşıdı - FOTO 17 İyun 2021, 20:40 İstanbulda gəmi qayıqla toqquşdu 17 İyun 2021, 20:23 Laçında həlak olan hərbçimiz dəfn edildi - FOTO 17 İyun 2021, 20:09 Ukrayna millisi ilk qələbəsini qazandı 17 İyun 2021, 20:00 Ermənistanın mina xəritələrini verməsi üçün beynəlxalq ictimaiyyətə çağırış edilib 17 İyun 2021, 19:54 Prokurorluq Sarkoziyə 6 ay həbs istədi 17 İyun 2021, 19:47 Rəşad Nəbiyev Salim Atayla görüşdü 17 İyun 2021, 19:40 DİN-dən Bakıda kütləvi dava görüntüləri ilə bağlı AÇIQLAMA 17 İyun 2021, 19:34 Deputata Baş Prokurorluqda vəzifə verildi 17 İyun 2021, 19:27 Nabrandakı yanğının söndürülməsinə helikopter cəlb olundu 17 İyun 2021, 19:20 Zakir Həsənov Latviyanın NATO PA-dakı nümayəndə heyətinin üzvü ilə görüşüb 17 İyun 2021, 19:14 Rusiya mina xəritələrinin Azərbaycana verilməsini vacib hesab edir 17 İyun 2021, 19:07 Fikrət Qoca vəzifəsi Çingiz Abdullayevə həvalə olundu 17 İyun 2021, 19:00 “KİV haqqında” qanun ləğv olunur - ÖZƏL 17 İyun 2021, 18:54 Xaricdəki azərbaycanlılar Qarabağa gəlmək istəyir - Deputat Sevil Nuriyevanı DƏSTƏKLƏDİ 17 İyun 2021, 18:50 Qavriil İlizarov doğma vətənində anıldı - FOTOLAR 17 İyun 2021, 18:47 Görkəmli həkimlərimiz… 17 İyun 2021, 18:40 Hərbçilərimiz “Anadolu Qartalı - 2021” təlimində iştirak edəcək 17 İyun 2021, 18:34 “Media haqqında” Qanun layihəsi ekspertizaya verilib 17 İyun 2021, 18:27 Ağdamda minaya düşən şəxsin meyiti ailəsinə təhvil verildi 17 İyun 2021, 18:20 Daha bir hərbçimiz həlak oldu - FOTO 17 İyun 2021, 18:14 Şuşa Bəyannaməsində milli təhlükəsizlik  - Azərbaycan və Türkiyə deputatları DANIŞDI 17 İyun 2021, 18:07 Xocavənddə daha 3 erməni hərbçinin qalıqları tapılıb 17 İyun 2021, 18:00 Şuşadan diaspora MESAJ: “Birliyimiz erməniləri qorxudur”                     17 İyun 2021, 17:54 Ölkəmizin tanıdılması Barselonadakı Ermənistan səfirini qıcıqlandırıb 17 İyun 2021, 17:48 Dolların sabaha olan məzənnəsi açıqlandı 17 İyun 2021, 17:42 Azay Quliyev seçicilərlə görüşdü - FOTOLAR 17 İyun 2021, 17:36 Rəsmi Moskvadan Şuşa Bəyannaməsinə REAKSİYA 17 İyun 2021, 17:30 Azərbaycanda daha 38556 nəfərə vaksin vurulub 17 İyun 2021, 17:24 Diaspor Komitəsi Van Dammın oğlu ilə əlaqə QURDU 17 İyun 2021, 17:18 COVİD-19-a yoluxma artdı - ölən olmayıb 17 İyun 2021, 17:12 Ağacları kəsən şəxs cəzalandırıldı 17 İyun 2021, 17:06 Keçmiş məhkum avtomatla yaxalandı - FOTO 17 İyun 2021, 17:00 Lavrov ATƏT-in Baş katibi ilə Qarabağdakı vəziyyəti müzakirə edəcək 17 İyun 2021, 16:54
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?