Arxiv
27 İyul 2020, 14:27 | TƏHSİL
DİM-dən iyulun 29-30-da keçiriləcək imtahanlarla bağlı MƏLUMAT

Dövlət İmtahan Mərkəzi tərəfindən 29-30 iyul 2020-ci il tarixlərində növbəti buraxılış (qəbul) imtahanları keçiriləcək.

Mərkəzdən Modern.az-a verilən məlumata görə, imtahanlar 29-30 iyul tarixlərində respublikanın 20 şəhər və rayonunda keçiriləcək.

 

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 135 imtahan binası, 2131 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 135 ümumi imtahan rəhbəri, 362 imtahan rəhbəri, 2826 nəzarətçi–müəllim, 270 buraxılışı təşkil edən əməkdaş, 135 bina nümayəndəsi ayrılıb.

29-30 iyulda müxtəlif təyinatlı məktəblərdə – internat məktəblərində, xüsusi axşam-qiyabi orta məktəblərdə, eşitmə pozulmaları və danışma əngəlli şagirdlər üçün xüsusi məktəblərdə, cəzaçəkmə müəssisələrində yerləşən məktəblərdə, ingilis və ya fransız dilli məktəblərdə təhsil alan şagirdlər üçün də imtahanlar keçiriləcək. İmtahanlarda fiziki məhdudiyyətli (gözdən əlil, eşitmə əngəlli) 134 şagird iştirak edəcək. Bu şagirdlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün fərdi nəzarətçilər, eşitmə əngəlli şagirdlər üçün isə surdopedaqoqlar təyin edilib.

İyulun 29-da keçiriləcək imtahanlarda 13809, iyulun 30-da keçiriləcək imtahanlarda isə 14115 nəfər olmaqla, ümumilikdə 27924 şagirdin (abituriyentin) imtahanlarda iştirakı nəzərdə tutulur.

Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə onlayn şəkildə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb.

 

Bundan əlavə, imtahan günündən 2 gün əvvəl Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə uyğun olaraq imtahan binalarında bir sıra profilaktik tədbirlər - binaların və otaqların dezinfeksiyası, hər bir otağa düşən iştirakçı sayının sosial məsafə prinsipinə uyğun şəkildə tənzimlənməsi, imtahan heyətinin müvafiq qoruyucu vasitələrlə (xüsusi geyim, əlcək, tibbi maska) təmin olunması həyata keçirilir.

İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.

 

İmtahanda iştirak edəcək şagirdlər (abituriyentlər) “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə DİM-in saytından iyunun 26-dan etibarən çap edib götürə bilirlər.

İmtahan keçiriləcək tarixlərdə sərtləşdirilmiş karantin rejimi tətbiq olunan bölgələrdəki imtahan iştirakçıları haqqında məlumat bazası aidiyyəti qurumlara təqdim ediləcək, imtahan iştirakçılarının və ehtiyac olarsa, iştirakçını müşayiət edən bir nəfərin imtahan binasına gedib və imtahandan sonra qayıtmasına icazə veriləcək. İmtahan iştirakçısına “İmtahana buraxılış vərəqəsi” ilə bir yerdə onu müşayiət edəcək 1 nəfər üçün arayış da çap etmək imkanı yaradılıb. Arayış imtahan iştirakçısı tərəfindən doldurulmalı və imza ilə təsdiqlənməlidir. Arayış yoxlama zamanı şəxsiyyət vəsiqəsi ilə birlikdə təqdim edilir və imtahan iştirakçısının özü iştirak etdikdə (imtahan binasının yaxınlığında gözləmək istisna olmaqla) və onun müvafiq sənədləri (şəxsiyyət vəsiqəsi, imtahana buraxılış vərəqəsi) təqdim edildikdə etibarlıdır. Yoxlama zamanı zərurət yarandıqda QR kodundan istifadə olunur.

 

Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə təkrar baxış da keçirilir və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilir.

Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaqdır. İmtahana bədən hərarəti 37°C-dən aşağı olan şəxslər buraxılır.

 

İmtahan iştirakçıları imtahan binasına daxil olmaq üçün yoxlamadan keçərkən sosial məsafəni saxlamaqla şəxsiyyətini təsdiq edən sənədi, üst tərəfini DİM əməkdaşının görəcəyi şəkildə ona tərəf uzatmalı və müvəqqəti olaraq maskasını çıxardaraq üzünü göstərməlidir.

Qeyd edək ki, bir imtahan iştirakçısını birdən artıq şəxs müşayiət edə bilməz.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
FHN 2 istilik elektrik stansiyasını mühafizəyə götürdü - FOTO+VİDEO 5 Avqust 2021, 18:50 Rezidenturaya qəbul imtahanının nəticələri açıqlandı 5 Avqust 2021, 18:27 İlham Əliyev və Makron sərhəddəki vəziyyəti müzakirə etdi 5 Avqust 2021, 18:22 Baş prokuror Prezidentin tapşırığı ilə Naxçıvana getdi - FOTO   5 Avqust 2021, 18:21 Daha bir erməni hərbçinin cəsədi tapıldı 5 Avqust 2021, 18:13 Rusiyada yaşayan azərbaycanlı gənclər humanitar aksiya keçdi 5 Avqust 2021, 18:10 Ağ Evdə maraqlı hadisə: Hamı viski şüşəsi axtarır 5 Avqust 2021, 18:06 Türkiyə ordusu 6 terrorçunu zərərsizləşdirdi 5 Avqust 2021, 17:50 Rusiya XİN: Bakı KTMT-yə qoşulmaq üçün müraciət etməyib 5 Avqust 2021, 17:46 Jurnalistlər üçün keçirilən təlim başa çatdı   5 Avqust 2021, 17:36 Türkiyəyə hava müjdəsi: Yağış yağacaq 5 Avqust 2021, 17:32 Rusiya sərhəddəki hadisələrə görə narahatdır 5 Avqust 2021, 17:29 İranın yeni prezidenti and içdi 5 Avqust 2021, 17:29 Dolların sabaha olan məzənnəsi   5 Avqust 2021, 17:26 Rusiyalı turistləri axtaran helikopter qəzaya uğradı - Ölən var 5 Avqust 2021, 17:23 “Kubinka”da əməliyyat: Heroin satan Bibiqulu SAXLANILDI 5 Avqust 2021, 17:18 Paşinyanın istefasını tələb edən generalın yerinə TƏYİNAT 5 Avqust 2021, 17:12 Çin virusa görə dərsləri təxirə salır 5 Avqust 2021, 17:04 Bu ölkə Azərbaycanla hava sərhədlərini BAĞLAYIR 5 Avqust 2021, 16:54 ABŞ-da yoluxma sayı ən yüksək həddə çatdı 5 Avqust 2021, 16:50 “Bayraktar” 103 yanğın yerini aşkarladı 5 Avqust 2021, 16:41 İsrailin Müdafiə naziri: İranı vurmağa hazırıq 5 Avqust 2021, 16:36 “Uber” son 3 ayı 500 milyon dollar zərərlə BAŞA VURUB 5 Avqust 2021, 16:33 “Azəriqaz”ın növbəti “Açıq mikrofon” aksiyası keçiriləcək 5 Avqust 2021, 16:32 Eldəniz Səlimova deputat maaşı veriləcək 5 Avqust 2021, 16:22 Rusiyaya gedənlərin NƏZƏRİNƏ: Barmaq izi tələb olunacaq 5 Avqust 2021, 16:19 “Həmin fotolar qızımın toyunda çəkilməyib” – Novruz Aslan 5 Avqust 2021, 16:15 Türkiyədə 10 ildə 26 mindən çox meşə yanğını olub 5 Avqust 2021, 16:00 Azərbaycana qarşı döyüşən terrorçular yaralandılar  5 Avqust 2021, 15:55 Vüqar Səfərlinin işi məhkəmə baxışına verildi - YENİLƏNİB 5 Avqust 2021, 15:47 Prezident yol tikintisinə pul ayırdı   5 Avqust 2021, 15:40 Deputatın qızının toyunda karantin qaydaları pozulub? - RƏSMİ 5 Avqust 2021, 15:36 Kəmərköy İES-nə yaxın ərazidə yanğınlar söndürülüb 5 Avqust 2021, 15:28 Azərbaycan ABŞ-la birgə hərbi təlimlərə QOŞULDU 5 Avqust 2021, 15:26 Bakıda yol qəzası sıxlıq yaratdı    5 Avqust 2021, 15:23