Modern.az

Gəncədə partlayış: 1 nəfər xəsarət aldı

Gəncədə partlayış: 1 nəfər xəsarət aldı

1 Avqust 2020, 20:28

Gəncə sakini yanıq xəsarətləri alıb.

Modern.az  xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində  qeydə alınıb.

1956-cı il təvəllüdlü Kərimov Vidadi Rəşid oğlu bədəninin 2-3 dərəcəli yanıq diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, 64 yaşlı kişi yaşadığı evin vanna otağında qazı yandıran zaman partlayış olub.

Hadisənin başvermə səbəbləri araşdırılır. (APA)

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə