Arxiv
2 Avqust 2020, 22:37 | DİASPOR
Azərbaycanlı Kanadalılar Şəbəkəsindən ermənilərin hücumu ilə bağlı açıqlama

Avqustun 2-ə keçən gecə Kanadanın azərbaycanlı icmasının iki nümayəndəsi Toronto şəhərində bir qrup erməni icmasına mənsub olan şəxslər tərəfindən hücuma məruz qalıblar.

Modern.az  xəbər verir ki, bu barədə Azərbaycanlı Kanadalılar Şəbəkəsinin məlumat yayıb.

Qeyd olunub ki, ermənilər iki azərbaycanlıya hücum edib və öz avtomobilləri ilə azərbaycanlıların avtomobillərini əziblər.

“Hadisə nəticəsində bir soydaşımız ayağından yaralanıb və ona təcili tibbi yardım göstərilib. Hücum edənlər soyuq silah, pnevmatik tapança və beysbol taxtaları ilə silahlı olublar. Hücuma məruz qalanların avtomobilinə böyük ziyan vurulub.

Toronto şəhər polisi cinayət baş verən əraziyə çağırılıb və hal-hazırda hadisəni araşdırır.

Azərbaycanlı Kanadalılar Şəbəkəsi bu hadisəni kəskin şəkildə pisləyir və bu hadisəni nifrət zəminində törədilmiş cinayət kimi qiymətləndirir, eyni zamanda icma üzvlərini sakitliyə və təxribatlara uymamağa dəvət edir. Gələcəkdə bu cür hadisələr baş verərsə mütləq hüquq-mühafizə orqanlarına müraciət etmək tövsiyə olunur.

Azərbaycanlı icma üzvlərinə qarşı bu təxribat iyul ayının 12-14-də Ermənistan tərəfindən Azərbaycana qarşı edilən hərbi hücumdan sonra baş verməsi xüsusi narahatlıq yaradır. Dövlətlər arasında yaşanan gərginliklərin xaricdə yaşayan diaspor üzvlərinə qarşı bu cür hərəkətlər vasitəsilə daha da alovlandırılması qəbuledilməzdir və birmənalı şəkildə qınanmalıdır”,-deyə məlumatda qeyd olunub.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycan neftinin qiyməti ucuzlaşdı 19 Sentyabr 2020, 14:14 Deputat Tofiq Yaqublu ilə bağlı qərarı “cəza siyasətinin humanistləşdirilməsi” sayır 19 Sentyabr 2020, 14:01 Müxalifət niyə birləşə bilmir? – Sabir Rüstəmxanlı səbəbləri AÇIQLADI 19 Sentyabr 2020, 13:50 SOCAR 2035-ci ilə qədər planlarını ELAN ETDİ 19 Sentyabr 2020, 13:41 Paşinyanin arvadı erməni qadınlarını yenidən hərbi təlimə TOPLAYIR 19 Sentyabr 2020, 13:32 Çay haqqında bilmədiklərimiz 19 Sentyabr 2020, 13:25 Bağlanmış bankların əmanətçilərinə qaytarılan MƏBLƏĞ 19 Sentyabr 2020, 13:12 Prokurorluq fəhlənin ölümü ilə bağlı məlumat yaydı 19 Sentyabr 2020, 12:55 Prezident təməlqoyma mərasiminə qatıldı 19 Sentyabr 2020, 12:48 Əmək pensiyaları ilə bağlı hansı dəyişikliklər olacaq?  19 Sentyabr 2020, 12:33 FHN Bakıdakı yanğınla bağlı MƏLUMAT YAYDI 19 Sentyabr 2020, 12:29 Ermənilər “parlamenti” Şuşaya köçürür – YENİ TƏXRİBAT 19 Sentyabr 2020, 12:18 Şimşək çaxacaq, yağış yağacaq – SABAHIN HAVASI 19 Sentyabr 2020, 12:17 Magistraturaya plan yerlərinin 85 faizi dolub 19 Sentyabr 2020, 12:05 Daha bir rayonda qazlaşdırma 100%-ə çatdırıldı 19 Sentyabr 2020, 12:03 Gürcüstanda virusa yoluxanların sayı yeni REKORD VURDU 19 Sentyabr 2020, 11:51 İxtisas seçimi edən abituriyentlərin sayı AÇIQLANDI 19 Sentyabr 2020, 11:48 Ermənistanda koronavirusa yoluxanların sayı 50 minə YAXINLAŞIR 19 Sentyabr 2020, 11:42 “Əlilliyin müəyyən olunması meyarları” layihəsi Nazirlər Kabinetinə təqdim edilib 19 Sentyabr 2020, 11:39 Ərini bıçaqlayan qadına cinayət işi açıldı 19 Sentyabr 2020, 11:30 Etibar Əliyev: “Bəzən sosial şəbəkələr söyüşün simvoluna çevrilir” – MÜSAHİBƏ 19 Sentyabr 2020, 11:28 Zakir Həsənov COVID-19-la bağlı generallara TAPŞIRIQ VERDİ 19 Sentyabr 2020, 11:24 DTX-dan “Rusiyaya xidmət edən azərbaycanlıların siyahı”sına REAKSİYA 19 Sentyabr 2020, 11:13 Bir şəklin tarixçəsi: Rəsul Quliyev erməni spikerlə hansı razılıq əldə etmişdi? 19 Sentyabr 2020, 11:01 Naqif Həmzəyev seçiciləri qəbul edib - FOTOLAR 19 Sentyabr 2020, 11:00 "Telegram"ın işində qüsurlar yaranıb 19 Sentyabr 2020, 10:44 ABŞ qoşunları Yaxın Şərqi tərk edir 19 Sentyabr 2020, 10:26 Azərbaycan bostan bitkilərini ən çox bu ölkələrə satır 19 Sentyabr 2020, 10:16 SOCAR-dan Aİ-92 benzini ilə bağlı AÇIQLAMA 19 Sentyabr 2020, 09:54 Cəbhədə GƏRGİNLİK - Ermənilər Tovuzu snayper atəşinə tutdu 19 Sentyabr 2020, 09:31 Ali Məhkəmənin ən yaşlı üzvü vəfat etdi   19 Sentyabr 2020, 09:15 Millət vəkili Ağdaş rayonuna səfər etdi 19 Sentyabr 2020, 09:08 Qvatemala prezidenti koronavirusa yoluxub 19 Sentyabr 2020, 09:00 2022-ci il dünya çempionatının formatı dəyişdirilə bilər 19 Sentyabr 2020, 00:53 ABŞ hərbçiləri Fars körfəzinə daxil oldu 19 Sentyabr 2020, 00:34