Modern.az

İranda koronavirusa yoluxanların sayı kəskin artdı

İranda koronavirusa yoluxanların sayı kəskin artdı

Aktual

3 Avqust 2020, 14:16

İranda ötәn sutka әrzindә daha 2 598 nәfәrin koronavirusa (COVID-19) yoluxması ilә bu virusa yoluxanların sayı 312 035 nәfәrә çatıb. Modern.az-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

 

S.Sadat Larinin sözlərinə görə, virus daşıyıcılarından 4 104 nәfәrin vәziyyәti ağırdır.
Sadat Lari әlavә edib ki, İranda ötәn 24 saat әrzindә daha 215 nәfәr koronavirusdan ölüb. Belәliklә İranda bu virusdan ölәnlәrin sayı 17 405 nәfәrә yüksәlib.

 

Nazirlik rәsmisi İranda 270 228 nәfәrin koronavirusdan sağaldığını deyib.

Sadat Lari bildirib ki, Tehran, Mazandaran, Gülüstan, Şәrqi Azәrbaycan, Әrdәbil, İsfahan, Әlborz, Rәzәvi Xorasanı, Kirman, Şimali Xorasan, Simnan, Mәrkәzi, Yәzd vә Gilan vilayәtlәri qırmızı zona hesab olunur.

 

İranda indiyәdәk 2,53 milyondan çox diaqnoz testi hәyata keçirilib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı