Arxiv
4 Avqust 2020, 12:47 | ƏDƏBİYYAT
Memar Şahdağlinskinin etirafları və poetik müraciəti

Akif Cabbarlı


(hekayə)

 

Səhər-səhər vanna otağında üzünü qırxanda az qala özünü tanımadı. Gözlərinin altından rəngi göyə çalan torbacıqlar sallanırdı. Sifəti də elə bil xeyli aşağı meyillənmişdi. Gözlərinin dərinliyində çəhrayıya çalan rəng qatı kişini lap vahimələndirdi. İndi gəl bu əlamətləri yoz görək hara gedib çıxacaq. Bəlkə dünən axşam dostlarından biri ilə “Türyançay” kafesində qədəhlərinin sayını itirdiyindən, yaxud da sonradan gecənin yarısınadək küləkli havada həyətdəki talvarın altında birnəfəsə on iki tas nərd oynadığından belə hala düşmüşdü. Son vaxtlar böyrəkləri incidir, ürəyi də sadəcə kamanda ifa edilən “Segah”ın son notları kimi astadan, ahəstə sızıldayırdı. Buna ağrı da demək olmzdı, elə bil təzə-tər gicitkən yarpağını qoluna, əlinə sürtürsən ha, bax o cür ürəyindən izaholunmaz bir ağrı keçib gedirdi. Həmişə zarafatla bu ağrını əsgər addımlarına deyil, podiumdan kəpənək kimi keçib gedən gözəlçələrin yerişinə bənzədirdi.

 

***

Elbrus Şahdağlinski ixtisasca memar olsa da, ilhamlı adam idi. Ara-sıra hekayələr yazır, bədahətən şeir də deyirdi. Təbii ki, əvvəlcə Məmməd Arazdan, Zəlimxandan, Əli Kərimdən, sonra da özündən. Çox güman, ürəyinin ağrısı ilə bağlı düşüncələri də şair qəlbli olduğundan qaynaqlanır.

Bir dəfə uşaqlıq dövründən danışanda orta məktəbdə oxuduğu vaxt yazdığı misraları yada saldı və bununla da onunla məzələnmək üçün bizə əməlli-başlı fürsət də verdi. Səhv eləmirəmsə, Elbrus o vaxt bu misraları ilə məktəb direktorunun da diqqətini cəlb eləyibmiş. İl dəyişikliyində dostumuz bu misraları bədahətən söyləmiş və “məktəb şairi” titulu qazanmışdı.

 

Motorunu kaçatda,

Hələ yoxsan uçotda,

Sən də gəl dur açotda,

Ay təzə il, təzə il.

 

Qafiyələr rusca olsa da, şagirdlərə, hətta müəllimlərə o qədər ləzzət eləmişdi ki, məsləhət bilib məktəbin divar qəzetində də vermişdilər. İllər keçdi, Elbrus şair ola bilmədi, amma bütün ölkədə tanınan bir inşaatçı, adlı-sanlı memar oldu. İnstitutu qurtarandan sonra yolu lap uzaqlara düşdü, BAN-ın tikintisində çalışdı, hörmət-izzət yiyəsi oldu. Sonra anasının təkidli çağırışlarını eşidib vətənə döndü. Bir çox sənaye müəssisələrinin tikintisində öz bacarığını, xüsusi istedadını sərgilədi, dissertasiya müdafiə elədi, alim kimi töhfələrini verdi. Sağından, solundan hansısa arqumetnlərə əsasən əslində “piyada” hesab olunan iş yoldaşları, dostları irəli çəkildilər, vəzifələrə yiyələndilər, cürbəcür yüksək mükafatlara sahibləndilər. Elbrus Şahdağlinski isə özü demiş, yalnız öz yağında qovruldu, irəli gedə bilmədi. Heç kimə hansısa titula, vəzifəyə görə ağız açmadı, daxıl düşmədi. Halal qazancı ilə uşaqlarını böyütdü, ev-eşik sahibi elədi. Dövlət tərəfindən hədiyyə verilən mənzilini İlahinin bəxşişi sanıb Allahına şükür elədi. Amma bədxahları Elbrus müəllimin qazandığı nüfuza, ad-sana, istedadına görə paxıllıqlarını gizlətmir, bəzən də açıq-aşkar üzünəcə eyham da vururdular. Ürəyiaçıq,  dünya malında qətiyyən gözü olmayan qəhrəmanımız isə belələrinin nə vaxtsa ağıllanacağına, düzlüyə, ədalətə tapınacağına möhkəm inanırdı. Elə imkanlı vaxtlarında böyür-başından əl çəkməyən, ona qarışqa kimi daraşan qohum-əqrəbasına da həmişə uca Yaradandan bir misqal insaf arzulayır.

 

***

Elbrus müəllim üzünü təraş etdiyi vaxt bütün bunları ürəyində dolandırmaqla Allaha şükranlıq hissini də bülöv daşına çəkir, katarsisdən keçirirdi; “Şükür sənə, Xudaya, bu yaşa çatmışam, işlədiyim yerlərdə, ictimaiyyət arasında, dostlarımın, qohum-əqrəbamın yanında həmişə üzüm ağ olub. Əlimdən gələn yaxşılıqları heç kimdən əsirgəməmişəm, bunu bacarmayanda isə sadəcə kənara çəkilmişəm. Heç kimin pis gününü arzulamamışam, nə qazanmışamsa, öz gücümə, ağlıma, istedadıma güvənmişəm. Mənə olunan yaxşılıqlara görə də nəcib, vicdanlı insanlara, ağıllı, insaflı adamlara minnətdaram. Allah hər kəsin ürəyinə görə versin, heç kimi də darda qoymasın”.

Elbrus müəllim bu şükranlıq duyğularının qoynunda vanna otağından çıxdı. Həyat yoldaşı Məlahət xanım səhər yeməyinə ərinin xoşladığı pomidor çığırtması hazırlamış, stolun üstünə yenicə bişirdiyi ərik mürəbbəsi də qoymuşdu. Oturdular, nuşcanlıqla yeyə-yeyə gün ərzində görəcəkləri işləri də götür-qoy elədilər.

-A kişi, pensiyanı alan kimi bəlkə sənə təzə kostyum alaq, hə? – deyə Məlahət xanım dilləndi.

-Elə bu görkəmimə yaraşır mənim təzə kostyum.

-Niyə, maşallah, lap cavan oğlan kimisən, bəy oturanlardan nə təhərsən?

Arvadının son sözləri ürəyinə sarı yağ kimi yayıldı. Yataq otağına keçib pal-paltarını geyinmək istədi. Bədənnüma güzgüyə baxanda özünü tanımadı. Güzgüdən ona sarı şumal boylu, saçlarına təzə-təzə dən düşən qıvraq, yaraşıqlı bir kişi boylanırdı. Bu dəm ürəyindən bircə cümlə keçdi – hələ yaşamağa dəyər, Elbrus Şahdağlinski, motoru saz saxla!

Yenə motor... Görəsən, Elbrus müəllim orta məktəbdə yazdığı məlum şeirinin misralarını xatırladı, yoxsa...

Qapıdan çıxhaçıxda Məlahətə yaxınlaşıb onu bərk-bərk qucaqladı. Xanımının isti, hərarətli bədənini köksünə sıxıb bədahətən bu misraları söylədi:

 

Məlahət, canımsan, iki gözümsən,

Qoşa yaşamışıq illər uzunu.

Bilmirəm ki, vallah, niyə dözmüsən?

Bezmisənsə məndən, söylə düzünü.

 

Bu misraları Elbrus müəllim lapdan, hansısa nəticələr verəcəyini düşünmədən özü söylədi. Birdən elə bilərsiniz mən kömək elədim, yox-yox, durub ailə işinə qarışası deyildim ki...

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ermənistan hərbi vəziyyət və səfərbərlik elan etməyə HAZIRLAŞIR 27 Sentyabr 2020, 12:23 Müdafiə Nazirliyi: “Cəbhə boyu şiddətli döyüşlər gedir” 27 Sentyabr 2020, 12:20 Türkiyə XİN: “Qardaş Azərbaycana dəstəyimiz tamdır” 27 Sentyabr 2020, 12:17 Ermənistan ölən hərbiçilərin adlarını açıqlamağa başladı - SİYAHI 27 Sentyabr 2020, 12:12 Millimizin futbolçusu ABŞ-da 11-ci qolunu vurdu 27 Sentyabr 2020, 12:12 Qarabağın Azərbaycanlı İcması cəbhədəki vəziyyətlə bağlı bəyanat yaydı 27 Sentyabr 2020, 12:09 İlham Əliyev: “Biz zəfər çalacağıq!” 27 Sentyabr 2020, 12:08 Azərbaycandan beynəlxalq təşkilatlara, ABŞ, Rusiya, Fransa rəhbərlərinə MÜRACİƏT 27 Sentyabr 2020, 12:03 Ermənilər qocaları döyüşə çağırır - Düşmən qorxuda 27 Sentyabr 2020, 11:58 Moskva Qarabağda atəşi dayandırmağa ÇAĞIRDI 27 Sentyabr 2020, 11:54 David Tonoyan ölkədən qaçıb?  27 Sentyabr 2020, 11:36 Azərbaycan Prezidentinin xalqa müraciəti  27 Sentyabr 2020, 11:24 Sabahın havası: duman, şimşək, yağış... 27 Sentyabr 2020, 11:18 Zədələnən döyüş helikopteri peşəkarlıqla öz ərazimizə endirilib - Nazirlik 27 Sentyabr 2020, 11:17 MÜDAFİƏ NAZİRLİYİ: Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur 27 Sentyabr 2020, 11:11 Müdafiə Nazirliyindən təkzib - ordumuz düşmən üzərində tam üstünlüyə malikdir 27 Sentyabr 2020, 10:55 Ermənistan sosial medianı blokladı 27 Sentyabr 2020, 10:51 Türkiyədən qardaş dəstəyi: “Azərbaycan tək deyil” 27 Sentyabr 2020, 10:43 Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı 27 Sentyabr 2020, 10:35 Erməni təxribatının qarşısını almaq üçün internet məhdudlaşdırılıb - Nazirlikdən açıqlama 27 Sentyabr 2020, 10:20 Ermənilərin yaraladığı mülki şəxs xəstəxanaya yerləşdirildi 27 Sentyabr 2020, 10:13 27 sentyabr Dünya Turizm Günüdür 27 Sentyabr 2020, 10:09 Dünyanın ən nüfuzlu idmançısı seçildi 27 Sentyabr 2020, 09:59 Ermənistandan Qarabağa gedən yollardan biri BAĞLANDI 27 Sentyabr 2020, 09:56 Toplarımızın səsi Xankəndində eşidilir - Düşmən təşvişdə 27 Sentyabr 2020, 09:34 Ermənistanın 12 ədəd “OSA” zenit-raket kompleksi məhv edildi 27 Sentyabr 2020, 09:25 "Azərbaycan Ordusu bütün cəbhə boyu irəliləyir" - Cəlal Arutyunyan 27 Sentyabr 2020, 09:19 Ermənistanın yeni hiyləsi - ATƏT-ə müraciət etdi 27 Sentyabr 2020, 09:17 Ordumuz əks-hücuma KEÇDİ 27 Sentyabr 2020, 09:15 Paşinyandan ermənilərə müraciət etdi: “Azərbaycan Ordusu irəliləyir” 27 Sentyabr 2020, 09:07 Meksikada 43 tələbənin itkin düşməsinə görə polislər həbs edildi 27 Sentyabr 2020, 09:05 ABŞ-da atışma - ölən və xəsarət alanlar var 27 Sentyabr 2020, 08:59 Prezidentin köməkçisi cəbhədəki gərginliklə bağlı BƏYANAT YAYDI 27 Sentyabr 2020, 08:58 Ermənilərin yaraladığı mülki vətəndaşımızın FOTOSU 27 Sentyabr 2020, 08:45 Müdafiə Nazirliyi: “Ermənistanın atəş nöqtələri susdurulur” - Cəbhədən yeni MƏLUMAT 27 Sentyabr 2020, 08:37