Modern.az

Bu şəxslərin rayonlara gediş-gəlişinə İCAZƏ VERİLDİ

Bu şəxslərin rayonlara gediş-gəlişinə İCAZƏ VERİLDİ

Aktual

4 Avqust 2020, 15:42

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, xüsusi karantin rejimi avqust ayının 31-dək davam edəcək. Paytaxt Bakı da daxil olmaqla ölkənin 13 şəhər və rayonunda sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunur.


DİN Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov Modern.az-a bildirib ki, həmin şəhər və rayonlara giriş və çıxışa nəzarəti əvvəlki dövrdə olduğu kimi, xüsusi polis postlarında xidmət aparan polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən həyata keçiriləcək:


“Postlardan yalnız ölkədaxili hərəkətinə “icaze.e-gov.az” portalı vasitəsilə icazə verilmiş şəxslər və onların nəqliyyat vasitələri buraxılacaqdır.

Onu da bildirim ki, Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna giriş-çıxış da eyni qayda ilə tənzimlənir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü