Arxiv
4 Avqust 2020, 18:32 | AKTUAL
Dövlət büdcəsinə dəyişiklik layihəsi parlamentin plenar iclasına TÖVSİYƏ EDİLDİ

Avqustun 4-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirildi.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, iclası açan komitənin sədri Tahir Mirkişili bildirdi ki, bugünkü iclasın gündəliyinə 3 məsələ daxil edilib.

 

Əvvəlcə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklər edilməsi barədə” qanun layihəsi müzakirə edildi.

Tahir Mirkişili qeyd etdi ki, yeni növ koronavirus infeksiyasının (COVİD-19) dünyada sürətlə yayılması qlobal iqtisadiyyatda neqativ meyllərin artmasına, dünya enerji və səhm bazarlarında kəskin dalğalanmalara səbəb olmuşdur. İstər dünyada, istərsə də ölkəmizdə iqtisadi şərtlər kifayət qədər dəyişib. Son iki ayın təhlilləri göstərir ki, biz kifayət qədər ehtiyatlı olmalıyıq. Ona görə də ölkə Prezidenti İlham Əliyevin tapşırığı ilə belə bir qanun layihəsi hazırlandı və sənəddə sosial xərclərə böyük önəm verilməsi, heç bir sosial paketin ixtisar olunmaması tövsiyə edildi.

İclasda iştirak edən maliyyə naziri Samir Şərifov büdcə layihəsinə təklif edilən dəyişikliklər və azalmaların həcmi barədə geniş məlumat verdi. Nazir vurğuladı ki, koronavirus pandemiyası ilə bağlı dünyada baş verən proseslər Azərbaycan iqtisadiyyatına təsirsiz ötüşməyib. Cari ilin mart ayından başlayaraq COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi və sosial təcrid tədbirləri ölkədə işgüzar fəallığın və artım sürətinin zəifləməsinə səbəb olub, iqtisadiyyatın əksər sahələrinin inkişafına mənfi təsir göstərmişdir. Ölkədə iqtisadi aktivliyin zəifləməsi nəticəsində qeyri-neft gəlirlərinin azalması və digər maliyyələşmə mənbələrinin daralması dövlət büdcəsinin icrasında ahəngdarlığın, gəlirlər və xərclər arasında tarazlığın pozulması təhlükəsini yaradıb.

Pandemiyanın diktə etdiyi keyfiyyətcə yeni sosial və iqtisadi davranış mühitinin xüsusiyyətləri, səhiyyə sahəsinin artan ehtiyacları, əhalinin həssas sosial qruplarına, dövlət şirkətlərinə, sahibkarlıq subyektlərinə, kiçik və orta biznesə dövlət dəstəyinin göstərilməsinin davam etdirilməsi, ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin daha da artırılması və digər dövlət ehtiyaclarının təmin edilməsi dövlət büdcəsinin xərclərinin artırılması ilə bağlı yeni çağırışları formalaşdırır.

Samir Şərifov vurğuladı ki, cari il üçün yenilənmiş makroiqtisadi proqnozlar əsas götürülməklə aparılmış hesablamalar əsasında 2020-ci il dövlət büdcəsinin dürüstləşdirilmiş gəlirləri 24124,0 milyon manat nəzərdə tutulur ki, bu da ÜDM-in 35,3 faizi həcmindədir. Təklif edilən dəyişikliklərdən sonra İcmal büdcənin gəlirləri mövcud gəlirdən təxminən 5 milyard az olacaq. İcmal büdcənin kəsiri 8 milyard 436 milyon manat təşkil edəcək. Dövlət büdcəsinin kəsrləri üzrə azalmalara daxili bazarlarda neft məhsullarına təlabatın azalması, həmçinin bir sıra vergilər üzrə güzəştlərin tətbiqi ilə əlaqədardır.
Dövlət büdcəsindən dəstək proqramlarının həyata keçirilməsi üçün 600 milyon manat vəsait ayrılıb. Yenidən baxılma ilə təsdiq olunmuş dövlət büdcəsinin vergi və rüsumlar üzrə, habelə dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar daxilolmaları 890,5 milyon manat məbləğində azaldılır, Dövlət Neft Fondunun dövlət büdcəsinə transferti və dövlət büdcəsinin digər daxilomaları müvafiq olaraq 850 milyon manat artırılır.

Bunlar nəzərə alınmaqla 2020-ci il dövlət büdcəsinin dürüstləşdirilmiş xərcləri 27492,2 milyon manat təşkil edəcək. Daxili bazarda istiqrazların yerləşdirilməsi üçün 190 milyon manat məbləğində vəsait nəzərdə tutulur.

Samir Şərifov onu da qeyd etdi ki, “Büdcə sistemi haqqında” qanuna əsasən, dövlət büdcəsi layihəsinin tərtibi prosesi növbəti büdcə ilinə 11 ay qalmış başlanır və büdcə layihəsinin Milli Məclisə təqdim edildiyi günədək olan dövrü əhatə edir. Dəyişikliklərlə əlaqədar olaraq “Büdcə sistemi haqqında” qanunda nəzərdə tutulan büdcə qaydasının tətbiqi 2022-ci il yanvarın 1-nə qədər dayandırılır.

Sonra İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova büdcə layihəsinə təklif olunan dəyişikliklərlə bağlı fikirlərini açıqladı. Qeyd olundu ki, nəzərdə tutulan azalmalar optimallaşdırma nəticəsində götürülüb. Bu azalmaların əhaliyə heç bir təsiri olmayacaq. Nəzərdə tutulan bütün sosial layihələr yerinə yetiriləcək.

Büdcə layihəsi ilə bağlı Hesablama Palatasının rəyinin müsbət olduğu vurğulandı. Qeyd edildi ki, qurum ölkənin müdafiə qabiliyyətinin artırılması, pandemiyanın yaratdığı keyfiyyətcə yeni sosial və iqtisadi davranış mühitinin xüsusiyyətləri, əhalinin həssas sosial qruplarına, dövlət şirkətlərinə, sahibkarlıq subyektlərinə, kiçik və orta biznesə dövlət tərəfindən əlavə dəstəyin göstərilməsi, səhiyyə sahəsi üzrə əlavə tələbatın və digər dövlət ehtiyaclarının yaranması dövlət büdcəsinin icrası ilə bağlı yeni çağırışlar formalaşdırdığına görə atılan addımları zəruri hesab edir.

İclasda “Sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” qanunlara təklif olunan dəyişikliklər də birinci oxunuşda müzakirə edildi. Sənədlərlə bağlı fikirlərini bildirən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev vurğuladı ki, koronavirus pandemiyası ilə əlaqədar sosial müdafiə və sosial təminat üzrə maliyyə dəstəyinin davam etdirilməsi üçün 238 milyon manat vəsaitin ayrılması gözlənilir. Pandemiya ilə bağlı dövlət şirkətlərinə maliyyə dəstəyinin davam etdirilməsi üçün 136,6 milyon manat ayrılması proqnozlaşdırılır. İnfeksiyanın yayılması ilə bağlı iqtisadi dəstək üzrə tədbirlərin maliyyə təminatı, o cümlədən, sahibkarlara dövlət tərəfindən maliyyə dəstəyinin davam etdirilməsi üçün 100 milyon manat xərc çəkiləcək. Səhiyyə sahəsi üzrə əlavə tələbatın ödənilməsi üçün 369 milyon manat vəsaitin xərclənəcəyi də proqnozlaşdırılır. Bu məbləğ koronavirus infeksiyası ilə əlaqəli əmək şəraitinə görə tibb işçilərinə verilən müddətli əlavənin maliyyələşdirilməsinə, zəruri tibb ləvazimatlarının, avadanlıqlarının və başqa ehtiyacların tədarükünə, karantin nəzarətinə götürülmüş şəxslərə karantin müəssisələrində göstərilən xidmətlərə görə yaranmış xərclərin, stasionar müalicə tədbirlərinə cəlb edilmiş xəstəxanaların saxlanılmasına yönəldiləcək.

Nazir müavini onu da bildirdi ki, İşsizlikdən Sığorta Fondunun gəlir və xərcləri artırılıb. 2020-ci il büdcəsinin gəlir və xərclərinin 151 235 400 manat məbləğində təsdiq edilməsi təklif edilir. Əvvəl bu rəqəm 128 235 400 manat məbləğində idi.

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, deputatlardan Əli Məsimli, Vüqar Bayramov, Elnur Allahverdiyev, Rüfət Quliyev, Məşhur Məmmədov sənədlərə təklif olunan dəyişikliklərlə bağlı fikirlərini bildirdilər.

Maliyyə naziri Samir Şərifov və iclasda iştirak edən Mərkəzi Bankın, Dövlət Gömrük Komitəsinin nümayəndələri millət vəkillərini maraqlandıran məqamlara aydınlıq gətirdilər.

Sonda hər 3 qanun layihəsinin Milli Məclisin avqustun 5-də keçiriləcək plenar iclasına tövsiyə edilməsi qərara alındı.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Dövlət Agentliyi toylara icazədən sonra şadlıq saraylarına nəzarəti AÇIQLADI 25 Sentyabr 2020, 16:38 Nazirliyin 25 əməkdaşı COVID-19-a yoluxdu - 1 nəfər öldü 25 Sentyabr 2020, 16:33 AFAQ layihəsinin ilkin mərhələsində 32 qadın fermerə dəstək göstərilib 25 Sentyabr 2020, 16:27 Daha iki sinif distant təhsilə keçdi 25 Sentyabr 2020, 16:22 Putin hərbi təlimlərə helikopterdə gəldi 25 Sentyabr 2020, 16:16 Bakının bu rayonlarında su olmayacaq 25 Sentyabr 2020, 16:10 Məktəblilərimizin 32-ci Beynəlxalq İnformatika Olimpiadasında uğuru - FOTO 25 Sentyabr 2020, 16:05 Azərbaycanlı deputat: “Gürcüstanın səfiri ilə tez-tez görüşürük” 25 Sentyabr 2020, 16:00 Daha 13 şagirddə koronavirus tapıldı – RƏSMİ 25 Sentyabr 2020, 15:54 Azərbaycanın 10 milyonuncu adamı FOTOLARDA 25 Sentyabr 2020, 15:49 Bakıda bu ünvanda yeni səki istifadə verildi - FOTOLAR 25 Sentyabr 2020, 15:44 Beynəlxalq təşkilatlar etiraz etmir: torpaqlarımızın azad edilməsini özümüz tezləşdirməliyik   25 Sentyabr 2020, 15:40 Azərbaycanda virusa yoluxma yenidən azaldı - 2 nəfər öldü 25 Sentyabr 2020, 15:35 Kəlbəcər məktəbindən rekord - 56 məzundan 50-si yüksək balla  tələbə oldu - Direktor danışır 25 Sentyabr 2020, 15:32 Məktəbəhazırlıq qruplarına qəbul olan uşaqların sayı açıqlandı 25 Sentyabr 2020, 15:26 Lukaşenkonu təbrik edən yeganə prezident... 25 Sentyabr 2020, 15:21 Azərbaycanın ən gənc tələbəsi: “Orta məktəbə 4 yaşında getmişəm...” 25 Sentyabr 2020, 15:16 Tanınmış teleaparıcı yenidən efirə qayıtdı 25 Sentyabr 2020, 15:10 Əczaçılıq sahəsinin reallıqları və perspektivləri 25 Sentyabr 2020, 15:04 Azərbaycanda yeni alüminium zavodu tikiləcək 25 Sentyabr 2020, 14:58 2021-ci ildə Azərbaycan Qran Prisi nə vaxt keçiriləcək ? – TƏQVİM 25 Sentyabr 2020, 14:52 AzTV “Diriliş Ərtoğrul” serialını yayımlayacaq - VİDEO 25 Sentyabr 2020, 14:47 DİM abituriyent və subbakalavrlara müraciət etdi 25 Sentyabr 2020, 14:42 Xarici İşlər Naziri Yunanıstanın Azərbaycandakı yeni səfirini qəbul edib 25 Sentyabr 2020, 14:36 “Cənnət bağı”nda ağac kəsənlərə cinayət işi açıldı 25 Sentyabr 2020, 14:30 Ceyhun Bayramov XİN başçılarının iclasında iştirak etdi 25 Sentyabr 2020, 14:24 Milli Məclisdə işçi qrupunun növbəti iclası keçirildi 25 Sentyabr 2020, 14:18 Bağlanan bankların əmanətçilərinə nə qədər kompensasiya ödənilib? 25 Sentyabr 2020, 14:12 İstixanalar borclarını ödəməyə başladı 25 Sentyabr 2020, 14:06 “Parlament Sədrinin cəsarətli çıxışını yüksək dəyərləndirirəm” - Çingiz Qənizadə 25 Sentyabr 2020, 14:00 İrandan gizli şəkildə üç minə yaxın dərman keçirmək istədilər - FOTO/VİDEO 25 Sentyabr 2020, 13:54 Kral xəstəxanaya düşdü 25 Sentyabr 2020, 13:48 Hamilə qadınlardan tranplantasiya məqsədilə orqan götürülməsi qadağan edilir 25 Sentyabr 2020, 13:42 Prezident: “Minsk qrupunun bəyanatları birbaşa ünvanı olmayan bəyanatlardır” 25 Sentyabr 2020, 13:36 Paytaxt sakininin “Topaz” kuponu zorla əlindən alındı 25 Sentyabr 2020, 13:30