Modern.az

SMS icazə ləğv olundu

SMS icazə ləğv olundu

Aktual

5 Avqust 2020, 08:36

Bu gün 06:00-dan etibarən sərtləşdirilmiş xüsusi karantin zonasına daxil olan şəhər və rayonlarda vətəndaşların yaşayış yerini və olduğu yeri SMS icazə, xidməti vəsiqə, icaze.e-gov.az portalı vasitəsi ilə tərk etmək sistemi ləğv olunub.

Modern.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qəragahın qərarında bildirilib.

Operativ Qərargahın qərarına əsasən, 2020-ci il 31 avqust saat 00:00-dək Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarında sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunub.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi