22 Sentyabr 2020, Çərşənbə axşamı
Arxiv
6 Avqust 2020, 11:35 | İQTİSADİYYAT
Azərbaycanda ilk pullu yol bu il istifadəyə veriləcək - Rəsmi AÇIQLAMA

“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan M-1 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədinə alternativ olan yeni avtomobil yolunda işlər yekunlaşmaq üzrədir.

Bunun Modern.az-ın sorğusuna cavab olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli bildirib.

 

A.Nəcəfli qeyd edib ki, hazırda yolboyu tamamlama işləri davam etdirilir:

“Artıq yolun 30 kilometrlik hissəsində işlər yekunlaşmaq üzrədir və son tamamlanma işləri görülür. Yəni 30 kilometrlik hissə istifadəyə verildikdə yol ödənişli olacaq. Yolun 30 metrlik hissəsi bu il ərzində istifadəyə veriləcək”.

 

Ödənişin məbləğinə gəlincə, AAYDA rəsmisi bunun dəqiqləşmədiyini bildirib:

“Ödənişin məbləği müzakirə olunur. Amma hazırda yolda ödəniş sistemi üçün qurğular quraşdırlır”.

 


A.Nəcəflinin sözlərinə görə, 4 hərəkət zolaqlı olacaq yolun hər bir zolağının və çiyinlərin eni 3.75 metr, ayırıcı zolağın eni 5 m olmaqla yol yatağının eni 27.5 metr təşkil edir.

“M-1 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-ci kilometrliyindən, H.Z.Tağıyev qəsəbəsindən başlayır, uzunluğu 92 kilometrdir”. 

 

Qeyd edək ki, 2005-ci ildə Azərbaycan “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında Sazişə qoşulub. Bu dəhliz Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının körfəz ölkələrinə və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradır. Dəhlizin Azərbaycan ərazisindən keçən avtomobil yollarının uzunluğu 520 kilometrdir. Bunlardan, Bakı-Quba-Rusiya sərhədi istiqamətində yolun uzunluğu 208 kilometr, Bakı-Ələt-Astara yolunun uzunluğu isə 312 kilometr təşkil edir.

Yeni avtomobil yolunun tikilməsi nəqliyyat xidmətlərini daha da yaxşılaşdırılması ilə yanaşı, bölgədə turizmin inkişafına əlavə təkan verəcək, dəhlizlə yük və sərnişin daşımalarında əsas rol oynayaraq, respublikamızın iqtisadi maraqlarına uyğun olaraq yüklərin, o cümlədən tranzit yüklərin daha geniş cəlb olunmasına, yük həcminin çoxalmasına və gəlirlərinin artmasına, ölkəmizin nəqliyyat infrastrukturunun inkişafına, yeni iş yerlərinin açılmasına, öz növbəsində, bir çox sosial problemlərin həllinə şərait yaradacaq.

Xatırladaq ki, 7 dekabr 2017-ci il tarixində Prezident İlham Əliyevin iştirakı ilə yeni avtomobil yolunun təməlqoyma mərasimi keçirilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda mətbuat katibi koronavirusa YOLUXDU 22 Sentyabr 2020, 16:17 Mehriban Əliyeva Şağan qəsəbəsindəki bağçanın açılışında iştirak edib 22 Sentyabr 2020, 16:11 Ermənistanın da aldığı Su-30 qırıcısı QƏZAYA UĞRADI 22 Sentyabr 2020, 16:06 Dilbilməz-1 22 Sentyabr 2020, 16:02 Mehriban Əliyeva Uşaq İncəsənət Məktəbinin yeni binasının açılışında... 22 Sentyabr 2020, 15:52 İqtisadiyyat Nazirliyində yeni TƏYİNAT 22 Sentyabr 2020, 15:47 Toponimiya komissiyası Saqian kəndinin Günəşli adlandırılmasını BƏYƏNDİ 22 Sentyabr 2020, 15:46 “Torqovı”da geyim mağazasında YANĞIN 22 Sentyabr 2020, 15:41 Psixiatriya Xəstəxanasının xəstələri digər poliklinikalara köçürülür - SƏBƏB 22 Sentyabr 2020, 15:36 Lukaşenko Avropanın baş diplomatı ilə görüşməkdən imtina etdi 22 Sentyabr 2020, 15:34 Azərbaycanda virusdan sağalanlar yoluxanları yenidən üstələdi - 2 ölüm 22 Sentyabr 2020, 15:30 Lənkəranda yeni çay brendinin istehsalına başlanıldı 22 Sentyabr 2020, 15:24 Azərbaycanda həkimlərin sayı kəskin azalıb 22 Sentyabr 2020, 15:18 Bakcell və tərəfdaşları ilə “Xəzəri qoruyaq”  - FOTO 22 Sentyabr 2020, 15:12 AŞPA Tofiq Yaqublu ilə bağlı məlumat yaydı 22 Sentyabr 2020, 15:06 Səhər yeməyi üçün ən təhlükəli QİDALAR 22 Sentyabr 2020, 15:00 Nazirlik yaşı 65-i ötən müəllimlərlə bağlı iddiaya AYDINLIQ GƏTİRDİ 22 Sentyabr 2020, 14:54 Azərbaycan Gürcüstana 21 mindən çox dərslik göndərdi 22 Sentyabr 2020, 14:48 Rüstəm Usubov Baş Prokurorun qəbuluna gəldi - FOTO 22 Sentyabr 2020, 14:42 Taksi sürücüləri üçün etik qaydalar dəyişdirildi 22 Sentyabr 2020, 14:36 “Yeniləşən Azərbaycana yeni məktəb”: Son beş ildə 600-dən çox məktəb... 22 Sentyabr 2020, 14:30 “AzerGold” istiqrazları: yerli alıcılarla yanaşı, xarici investorlar üçün də cəlbedicidir 22 Sentyabr 2020, 14:25 Bu il daha iki DOST Mərkəzi açılacaq 22 Sentyabr 2020, 14:19 Müharibə başlayarsa, Türkiyə jurnalistləri də Azərbaycana dəstək verəcək... 22 Sentyabr 2020, 14:13 Agentlik otellərə COVID-19-la bağlı tövsiyələr verdi 22 Sentyabr 2020, 14:07 Qadın sürücü “Prado” ilə ata və qızını vurdu 22 Sentyabr 2020, 14:01 Deputatdan məcburi köçkün məktəbləri ilə bağlı humanist təklif 22 Sentyabr 2020, 13:57 Ermənilər azərbaycanlı deputatı terrorla HƏDƏLƏDİLƏR 22 Sentyabr 2020, 13:52 Pərvin Kərimzadə: Paşinyan hakimiyyəti hərbi-siyasi təxribatlarından əl çəkmir 22 Sentyabr 2020, 13:48 Azərbaycanda zəlzələ oldu 22 Sentyabr 2020, 13:43 Ordumuzun zirehli texnikası təlimlərə çıxarıldı - VİDEO 22 Sentyabr 2020, 13:39 “Bu gedişlə 2 həftə sonra məktəblər bağlanacaq” - Ekspert NARAHATDIR 22 Sentyabr 2020, 13:34 Aqrar siyasət komitəsinin iş planı açıqlandı - FOTO 22 Sentyabr 2020, 13:28 Ombudsman “Qızıl Xaç”ın yeni rəhbərinə Dilqəm və Şahbaza görə müraciət etdi   22 Sentyabr 2020, 13:23 Azərbaycanda ehtiyatda olanlar təlimə çağırıldı - Ermənistanda PANİKA yarandı 22 Sentyabr 2020, 13:18