22 Sentyabr 2020, Çərşənbə axşamı
Arxiv
6 Avqust 2020, 13:20 | PARLAMENT
Milli Məclisdə uşaqpulu məsələsi qaldırıldı - Fərqli reaksiyalar oldu

"Ən kasıb ölkələrdə belə uşaq pulu verilir. Pandemiya nə qədər uzun çəksə də, müvəqqətidir, ötüb keçəcək. Uşaqpulu isə strateji məsələdir. 600 min nəfərə 190 manat verilib. Bu vəsait də azdır axı. Uşaqpulu verilsəydi, daha yaxşı olardı".

Modern.az-ın xəbərinə görə, bunu Milli Məclisin nəvbədənkənar iclasında deputat Tahir Kərimli deyib. O bildirib ki, pensiya qocalar üçün sığorta puludur, uşaqpulu isə uşaqlar, ailələr üçün sığorta pulu olardı:

“Nazirimiz deyir ki, buna 2,5 milyarddan artıq pul lazımdır. Əgər sosial müavinət məsələsini saxlamaq mümkündürsə, saxlayaq. Saxlamaq mümkün deyilsə, bunu ləğv edək, yerinə uşaqpulu verək. Bu sosial müavinət 15-20 faizin xeyrinədir. Bu, Qarabağ məsələsi kimi vacib bir məsələdir. Gedib sorğu keçirsək, əhalinin 100 faizi uşaqpulunu istəyir. 18 yaşı olan kimi çağırış vərəqəsi verib, əsgərliyə aparırıq, bəs, bu uşağın böyüdülməsinə dövlətimizin yardımı olurmu? Bunu bütün xalqımız tələb edir. Bizim valyuta ehtiyatımız var, ildə onun 1 milyardını bunun üçün ayıraq. Biz populistlik etmirik. Bu yaşımızdan sonra özümüzü kimə göstəririk?”.

Deputat Sabir Rüstəmxanlı isə qeyd edib ki, sosial təminatla bağlı məsələlər müxtəlif kadrların və müxtəlif idarələrin öhdəsində qalanda bir çox əyriliklər meydana çıxır:

“Bunu inkar etmək olmaz. Bəzi yerlərdə bu haqsızlıqlar və əyriliklər hələ də davam edir. Uşaqpulu verilsə, uşağı olan ailələrin minimum xərclərlə təmin olunduğunu biləcəyik. İndi bəzi ölkələrdə əkiz övladı olana ev verirlər, üçəm uşağı olana başqa şey. Azərbaycanda da bunlar var idi, amma indi unudulub. Gənc ailələrə yardım mənasında uşaqpulunun bərpa olunması çox vacib məsələdir. Konkret olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, əlaqədar qurumlar ailələrə uşaqpulu verilməsi məsələsinin bərpası ilə bağlı addım atmalıdır”.

Spiker Sahibə Qafarova isə qeyd edib ki, uşaqpulu məsələsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin burada çox çıxışı olub: “Bunu yaxşı olar ki, nəzərə alasınız”.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev isə bildirib ki, uşaqpulu ilə bağlı məsələ hökumətdə müzakirə edilib:

“Bu gün vətəndaşlara 20-yə yaxın sosial müavinət verilir. Bunlardan 9-u uşaqların sosial müdafiəsi ilə bağlıdır. Sovet vaxtından qalan uşaqpulunun məbləği o qədər az idi ki, verilməsə, ondan yaxşı idi. Bu gün uşaqpulu üçün ayrılan vəsaiti ünvanlı şəkildə ehtiyacı olan ailəyə vermək daha məqsədə uyğundur. Uşaqpulu müavinətinə yalnız ünvanlılıq prinsipi əsasında qayıda bilərik. Yəni yalnız ehtiyacı olan ailələrin uşaqlarına uşaqpulu verilə bilər. Təklif edirəm ki, deputatlardan ibarət işçi qrupu yaradaq, konkret təkliflər hazırlayaq bunun, büdcəyə yükünü hesablayaq və hökumətə konkret təkliflərlə çıxaq”.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev isə bildirib ki, ölkədə bundan əvvəl uşaqpulu ümumi hamıya verilib:

“Amma həmin uşaqpulunun məbləği çox aşağı olduğu üçün bu, “Ünvanlı dövlət sosial yardımı haqqında” qanunun qəbulu ilə əlaqədar yalnız aztəminatlı ailələrə verilir. 84 minə yaxın ailə ünvanlı dövlət sosial yardımı alır. Bu isə təxminən 320 mindən çox insan deməkdir”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanın Milli Qəhrəmanı: “Yetər ki, Ali Baş Komandan əmr versin!” 22 Sentyabr 2020, 16:29 Arsak adı müxtəlif mötəbər mənbələrdə - Araşdırma 22 Sentyabr 2020, 16:22 Bakıda mətbuat katibi koronavirusa YOLUXDU 22 Sentyabr 2020, 16:16 Mehriban Əliyeva Şağan qəsəbəsindəki bağçanın açılışında iştirak edib 22 Sentyabr 2020, 16:10 Ermənistanın da aldığı Su-30 qırıcısı QƏZAYA UĞRADI 22 Sentyabr 2020, 16:04 Dilbilməz-1 22 Sentyabr 2020, 15:58 Mehriban Əliyeva Uşaq İncəsənət Məktəbinin yeni binasının açılışında... 22 Sentyabr 2020, 15:52 İqtisadiyyat Nazirliyində yeni TƏYİNAT 22 Sentyabr 2020, 15:47 Toponimiya komissiyası Saqian kəndinin Günəşli adlandırılmasını BƏYƏNDİ 22 Sentyabr 2020, 15:46 “Torqovı”da geyim mağazasında YANĞIN 22 Sentyabr 2020, 15:41 Psixiatriya Xəstəxanasının xəstələri digər poliklinikalara köçürülür - SƏBƏB 22 Sentyabr 2020, 15:36 Lukaşenko Avropanın baş diplomatı ilə görüşməkdən imtina etdi 22 Sentyabr 2020, 15:34 Azərbaycanda virusdan sağalanlar yoluxanları yenidən üstələdi - 2 ölüm 22 Sentyabr 2020, 15:30 Lənkəranda yeni çay brendinin istehsalına başlanıldı 22 Sentyabr 2020, 15:24 Azərbaycanda həkimlərin sayı kəskin azalıb 22 Sentyabr 2020, 15:18 Bakcell və tərəfdaşları ilə “Xəzəri qoruyaq”  - FOTO 22 Sentyabr 2020, 15:12 AŞPA Tofiq Yaqublu ilə bağlı məlumat yaydı 22 Sentyabr 2020, 15:06 Səhər yeməyi üçün ən təhlükəli QİDALAR 22 Sentyabr 2020, 15:00 Nazirlik yaşı 65-i ötən müəllimlərlə bağlı iddiaya AYDINLIQ GƏTİRDİ 22 Sentyabr 2020, 14:54 Azərbaycan Gürcüstana 21 mindən çox dərslik göndərdi 22 Sentyabr 2020, 14:48 Rüstəm Usubov Baş Prokurorun qəbuluna gəldi - FOTO 22 Sentyabr 2020, 14:42 Taksi sürücüləri üçün etik qaydalar dəyişdirildi 22 Sentyabr 2020, 14:36 “Yeniləşən Azərbaycana yeni məktəb”: Son beş ildə 600-dən çox məktəb... 22 Sentyabr 2020, 14:30 “AzerGold” istiqrazları: yerli alıcılarla yanaşı, xarici investorlar üçün də cəlbedicidir 22 Sentyabr 2020, 14:25 Bu il daha iki DOST Mərkəzi açılacaq 22 Sentyabr 2020, 14:19 Müharibə başlayarsa, Türkiyə jurnalistləri də Azərbaycana dəstək verəcək... 22 Sentyabr 2020, 14:13 Agentlik otellərə COVID-19-la bağlı tövsiyələr verdi 22 Sentyabr 2020, 14:07 Qadın sürücü “Prado” ilə ata və qızını vurdu 22 Sentyabr 2020, 14:01 Deputatdan məcburi köçkün məktəbləri ilə bağlı humanist təklif 22 Sentyabr 2020, 13:57 Ermənilər azərbaycanlı deputatı terrorla HƏDƏLƏDİLƏR 22 Sentyabr 2020, 13:52 Pərvin Kərimzadə: Paşinyan hakimiyyəti hərbi-siyasi təxribatlarından əl çəkmir 22 Sentyabr 2020, 13:48 Azərbaycanda zəlzələ oldu 22 Sentyabr 2020, 13:43 Ordumuzun zirehli texnikası təlimlərə çıxarıldı - VİDEO 22 Sentyabr 2020, 13:39 “Bu gedişlə 2 həftə sonra məktəblər bağlanacaq” - Ekspert NARAHATDIR 22 Sentyabr 2020, 13:34 Aqrar siyasət komitəsinin iş planı açıqlandı - FOTO 22 Sentyabr 2020, 13:28