Modern.az

Ermənistanda virusa yoluxanların və ölənlərin sayı artdı

Ermənistanda virusa yoluxanların və ölənlərin sayı artdı

7 Avqust 2020, 11:06

Ermənistanda koronavirusa yoluxanların sayı 39 985 nəfərə çatıb.

 

Modern.az-ın Ermənistan KİV-nə istinadən məlumatına görə, son sutka ərzində 166 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, daha 5 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 777 nəfər koronavirusdan ölüb, 7 200 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, Ermənistanda pandemiya ilə əlaqədar fövqəladə vəziyyət avqustun 12-dək uzadılıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi