Modern.az

Erməni diasporunda parçalanmalar dərinləşir

Erməni diasporunda parçalanmalar dərinləşir

9 Avqust 2020, 09:51

"Ərəblərin Ermənistana köçürülməsi diaspora qarşı dövlət siyasətinin uğursuzluğu və Ermənistanın milli təhlükəsizliyinə qarşı konkret bir addımdır. Bu, Paşinyanın sponsorları ilə razılaşdırılmış bir anti-erməni layihəsidir".

 

Modern.az xəbər verir ki, bunu "Yerkramas"a açıqlamasında Ermənistan İslahatçılar Partiyasının sədri Vahan Babayan deyib.

 

Vahan Babayanın sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan diasporla münasibətləri pozmaq üçün əlindən gələni etməkdədir:

 

“Təəssüf ki, hakimiyyəti ələ keçirdikdən sonra Nikol Paşinyan bizim böyük diasporamızla işi ABŞ-dan olan bir şəxsə və ya ABŞ vətəndaşına həvalə etdi. Xüsusi vurğulamaq istərdim ki, erməni diasporu Los-Ancelesdə başlamır və bununla bitmir. Rusiyada yaşayan milyonlarla ermənimiz var və xaricdəki həmyerlilərimizdən daha çox vətənləri ilə daha yaxın təmaslarımız var və siyasətimizdə məsuliyyətli bir amerikalı kimi düşünən bir adam təyin etmək yersizdir.

 

Paşinyan nazirliyi bağlamaqla diasporla münasibətləri korlamaq istəyir. Sonra isə qovulan diaspor rəhbərlərini Qərb ölkələrindən gətirilən yeni simalarla  əvəz etmək istəyir. Paşinyan onlarla təcrübəli mütəxəssisin vəzifələrindən uzaqlaşdırılması üçün hər şeyi etdi.

 

Hakimiyyət dəyişdikdən sonra Diaspora Nazirliyini bərpa etmək və orada yalnız Amerikanın deyil, dünyanın ən böyük erməni icmalarının problemlərini bilən insanları təyin etmək vacibdir. Ərəblərin Ermənistana köçürülməsi diaspora qarşı dövlət siyasətinin uğursuzluğu və Ermənistanın milli təhlükəsizliyinə qarşı konkret bir addımdır. Bu, Paşinyanın sponsorları ilə razılaşdırılan bir anti-erməni layihəsidir ".

 

Bir müddət əvvəl isə Ermənistan hökumətinin diaspor işləri üzrə komissarı Zareh Sinanyan bir müddət əvvəl demişdi ki, respublikadakı demoqrafik problem pik həddə çatıb:

 

"Bu da o deməkdir ki, tezliklə Ermənistan digər millətlərə vətən olacaq. Məsələn, ispaniyalı ərəbləri Paşinyan buraya dəvət edəcək və onlara vətəndaşlıq verəcək".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir