Arxiv
9 Avqust 2020, 13:30 | AKTUAL
Deputat Ağalar Vəliyev goranboylulara müraciət edib

Milli Məclisin deputatı Ağalar Vəliyev Goranboy sakinlərinə rayonun yaradılmasının 90 illiyi münasibətilə təbrik ünvanlayıb. Təbrikdə deyilir:

“Azərbaycanın ən böyük rayonlarından biri olan Goranboy rayonunun inzibati ərazi vahidliyi kimi yaradılmasının 90- cı ildönümü tamam olur.
Hazırda 1700, 25 kvadrat kilometr ərazidə 116,9 min nəfər əhalinin yaşadığı, 11 847 məcburi köçkünün məskunlaşdığı, 2 şəhər, 6 qəsəbə və 79 kənddən ibarət olan Goranboy rayonu Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin 08 avqust 1930-cu il tarixli qərarı ilə inzibati rayon kimi təşkil olunub.
Zəngin tarixə və qədim ənənələrə malik olan Goranboy rayonu tarixi İpək yolunun üzərində yerləşməklə Qara dənizlə Xəzər dənizi arasında strateji rol oynayıb və bəşər sivilizasiyasına öz töhfələrini verib.
Goranboy rayonu Azərbaycan tarixinə “Qarabağnamə” əsərinin müəllifi, tanınmış tarixçi-alim Mirzə Adığözəl bəy, məşhur xalq Qəhrəmanı Alı Adıgözəlov, Azərbaycan Xalq Cümhuriyyətinin ilk Ədliyyə və Poçt-Teleqraf naziri Aslan bəy Səfikürdinski , Sovet İttifaqı Qəhrəmanları Məmməd Məhərrəmov, İdris Süleymanov, iki dəfə Sosialist Əməyi Qəhrəmanı Bəsti Bağırova, xalq şairi Nigar Rəfibəyli kimi görkəmli şəxsiyyətləri bəxş edib.
Qarabağ Müharibəsində və erməni işğalçıları ilə sonrakı hərbi əməliyyatlarda Goranboylular böyük şücaət göstərib, bu döyüşlərdə 300-dən çox rayon sakini şəhid olub və onlardan 9 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Goranboy rayonunun sosial-iqtisadi inkişafı istər Sovetlər Birliyi dönəmində , istərsə də müstəqillik illərində Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlı olub. Ulu Öndərimiz 3 dəfə Goranboy rayonuna səfər edib və rayonun respublikamız üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq söyləyib:”Goranboy rayonu Azərbaycanın iri, çox böyük iqtisadi potensiala malik olan və strateji xarakter daşıyan rayonudur”.
Bu gün davamlı inkişaf dövrünü yaşayan Goranboy rayonu təmas xəttinə yaxın həssas bölgə kimi möhtərəm Prezidentimiz İlham Əliyevin qayğısı ilə əhatə olunub. Təsadüfi deyil ki, dövlət başçısımız Goranboya 7 dəfə səfər edib və rayonun sosial-iqtisadi inkişafına yönələn 22 sərəncam imzalayıb.
Məhz bütün bunların nəticəsidir ki, son illər ərzində Goranboy rayonunda bir sıra infrastruktur layihələri uğurla icra olunub, bir çox sosial təyinatlı obyektlər istifadəyə verilib, rayon ərazisində genişmiqyaslı quruculuq və abadlıq işləri aparılıb və əhalinin sosial rifahının yüksəldilməsi istiqamətlərində zəruri tədbirlər görülüb”.


Millət vəkili Ağalar Vəliyev Goranboy rayonunun yaradılmasının 90 illiyi münasibətilə rayon sakinlərinə və seçicilərinə səmimi təbriklərini və xoş arzularını çatdırıb, hər zaman dövlətimizə və dövlətçiliyimizə sadiq olan Goranboyluların bundan sonra da doğma Azərbaycanımızın gələcək inkişafına dəyərli töhfələr verəcəyinə əminliyini ifadə edib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Abşeronda yol qəzası - xəsarət alanlar var - FOTO 22 Yanvar 2021, 01:03 Şahbuzda zəlzələ oldu 22 Yanvar 2021, 00:51 Co Bayden Rusiya ilə raket müqaviləsini uzadacaq 22 Yanvar 2021, 00:46 Rusiya diplomatı arzuolunmaz şəxs elan edildi 22 Yanvar 2021, 00:32 Argentinalı hücumçu koronavirusa yoluxdu - FOTO 22 Yanvar 2021, 00:17 İtaliya polisi mafiyanın 50 üzvünü həbs etdi 22 Yanvar 2021, 00:03 Türkiyədən Azərbaycanla Türkmənistan arasındakı memoranduma REAKSİYA 21 Yanvar 2021, 23:50 Koronavirus xəstəsi itkin düşüb - FOTO 21 Yanvar 2021, 23:36 “Pandemiya əsrin fəlakətidir” - Merkel 21 Yanvar 2021, 23:23 Nazirlər üçtərəfli bəyanatı müzakirə etdi 21 Yanvar 2021, 23:14 Goranboy sakini dəm qazından zəhərləndi 21 Yanvar 2021, 23:01 “Beşiktaş” qalib gəldi, “Fənərbaxça” xal itirdi 21 Yanvar 2021, 22:49 Teledərslərin yanvarın 22-nə olan CƏDVƏLİ 21 Yanvar 2021, 22:36 Ermənistan Qarabağda verdiyi itkilərin yeni sayını açıqladı 21 Yanvar 2021, 22:24 Bakıda qadın itkin düşdü - FOTO 21 Yanvar 2021, 22:16 Azərbaycan və Türkmənistan XİN rəhbərləri müzakirələr apardı 21 Yanvar 2021, 22:07 Türkiyədə daha 153 nəfər koronavirusdan öldü 21 Yanvar 2021, 21:57 Goranboyda iki maşın toqquşdu - yaralananlar var 21 Yanvar 2021, 21:43 Ceyhun Bayramov Türkmənistan prezidenti ilə görüşdü 21 Yanvar 2021, 21:31 Komitə sədri qazilərlə görüşdü - FOTO 21 Yanvar 2021, 21:27 Daha bir əsgərimiz minaya düşərək şəhid oldu - FOTO 21 Yanvar 2021, 21:16 Azərbaycanda jurnalist qətlə yetirildi - FOTO 21 Yanvar 2021, 21:02 İğdır-Naxçıvan qaz kəməri layihəsi üzrə işlər sürətlənib 21 Yanvar 2021, 20:58 Çinin ABŞ-dakı səfirliyinin tvitter səhifəsi bağlandı 21 Yanvar 2021, 20:47 Qazaxıstanın Azərbaycan pomidoruna qoyduğu qadağa araşdırılır 21 Yanvar 2021, 20:38 Zombi general Manvel Qriqoryan qəbirdən “çıxdı” - VİDEO 21 Yanvar 2021, 20:30 “Neftçi” və “Qarabağ” səfərdə qələbə qazanıb 21 Yanvar 2021, 20:22 Microsoft Azərbaycanın distant tədris təcrübəsindən YAZDI 21 Yanvar 2021, 20:15 Xarkovda qocalar evi yandı - 15 nəfər öldü 21 Yanvar 2021, 20:07 Baş nazir qərar verdi 21 Yanvar 2021, 20:00 Bakıda ev yanır 21 Yanvar 2021, 19:54 Azərbaycan və Türkmənistan əməkdaşlığının inkişafı regionun iqtisadi rifahına xidmət edir 21 Yanvar 2021, 19:47 Müqəddəs Məryəm Ana Katolik Kilsəsi barədə videoçarx hazırladı 21 Yanvar 2021, 19:40 Çavuşoğlu sabah NATO Baş katibi ilə görüşəcək 21 Yanvar 2021, 19:33 Əli Əsədov Türkiyəyə dəvət olundu 21 Yanvar 2021, 19:24