Arxiv
9 Avqust 2020, 13:30 | AKTUAL
Deputat Ağalar Vəliyev goranboylulara müraciət edib

Milli Məclisin deputatı Ağalar Vəliyev Goranboy sakinlərinə rayonun yaradılmasının 90 illiyi münasibətilə təbrik ünvanlayıb. Təbrikdə deyilir:

“Azərbaycanın ən böyük rayonlarından biri olan Goranboy rayonunun inzibati ərazi vahidliyi kimi yaradılmasının 90- cı ildönümü tamam olur.
Hazırda 1700, 25 kvadrat kilometr ərazidə 116,9 min nəfər əhalinin yaşadığı, 11 847 məcburi köçkünün məskunlaşdığı, 2 şəhər, 6 qəsəbə və 79 kənddən ibarət olan Goranboy rayonu Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin 08 avqust 1930-cu il tarixli qərarı ilə inzibati rayon kimi təşkil olunub.
Zəngin tarixə və qədim ənənələrə malik olan Goranboy rayonu tarixi İpək yolunun üzərində yerləşməklə Qara dənizlə Xəzər dənizi arasında strateji rol oynayıb və bəşər sivilizasiyasına öz töhfələrini verib.
Goranboy rayonu Azərbaycan tarixinə “Qarabağnamə” əsərinin müəllifi, tanınmış tarixçi-alim Mirzə Adığözəl bəy, məşhur xalq Qəhrəmanı Alı Adıgözəlov, Azərbaycan Xalq Cümhuriyyətinin ilk Ədliyyə və Poçt-Teleqraf naziri Aslan bəy Səfikürdinski , Sovet İttifaqı Qəhrəmanları Məmməd Məhərrəmov, İdris Süleymanov, iki dəfə Sosialist Əməyi Qəhrəmanı Bəsti Bağırova, xalq şairi Nigar Rəfibəyli kimi görkəmli şəxsiyyətləri bəxş edib.
Qarabağ Müharibəsində və erməni işğalçıları ilə sonrakı hərbi əməliyyatlarda Goranboylular böyük şücaət göstərib, bu döyüşlərdə 300-dən çox rayon sakini şəhid olub və onlardan 9 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Goranboy rayonunun sosial-iqtisadi inkişafı istər Sovetlər Birliyi dönəmində , istərsə də müstəqillik illərində Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlı olub. Ulu Öndərimiz 3 dəfə Goranboy rayonuna səfər edib və rayonun respublikamız üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq söyləyib:”Goranboy rayonu Azərbaycanın iri, çox böyük iqtisadi potensiala malik olan və strateji xarakter daşıyan rayonudur”.
Bu gün davamlı inkişaf dövrünü yaşayan Goranboy rayonu təmas xəttinə yaxın həssas bölgə kimi möhtərəm Prezidentimiz İlham Əliyevin qayğısı ilə əhatə olunub. Təsadüfi deyil ki, dövlət başçısımız Goranboya 7 dəfə səfər edib və rayonun sosial-iqtisadi inkişafına yönələn 22 sərəncam imzalayıb.
Məhz bütün bunların nəticəsidir ki, son illər ərzində Goranboy rayonunda bir sıra infrastruktur layihələri uğurla icra olunub, bir çox sosial təyinatlı obyektlər istifadəyə verilib, rayon ərazisində genişmiqyaslı quruculuq və abadlıq işləri aparılıb və əhalinin sosial rifahının yüksəldilməsi istiqamətlərində zəruri tədbirlər görülüb”.


Millət vəkili Ağalar Vəliyev Goranboy rayonunun yaradılmasının 90 illiyi münasibətilə rayon sakinlərinə və seçicilərinə səmimi təbriklərini və xoş arzularını çatdırıb, hər zaman dövlətimizə və dövlətçiliyimizə sadiq olan Goranboyluların bundan sonra da doğma Azərbaycanımızın gələcək inkişafına dəyərli töhfələr verəcəyinə əminliyini ifadə edib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Nazirlik itkin düşən hərbçilərin SİYAHISINI yenilədi 2 mart 2021, 17:55 Qlobal Jurnalistlər Şurasının sədri Mətbuat Şurasında olub - FOTO 2 mart 2021, 17:49 90 yaşlı Qorbaçov: “Həyatımda 2 böyük sevgi olub” 2 mart 2021, 17:43 Vətən müharibəsində şəhid olmuş hərbçilərimizin yeni SİYAHISI 2 mart 2021, 17:41 Hərbi qulluqçuların maaşı artırıldı: 50 və 100 faiz - RƏSMİ 2 mart 2021, 17:37 AZAL ləğv edilən biletlərin taleyi ilə bağlı məlumat YAYDI 2 mart 2021, 17:32 Qasparyanın “kitabı bağlandı” - Paşinyanın planı gerçəkləşir... 2 mart 2021, 17:27 Saxta "general" azadlığa BURAXILDI 2 mart 2021, 17:22 Avropa Birliyi Rusiyaya qarşı yeni sanksiyalar TƏTBİQ ETDİ 2 mart 2021, 17:17 "Quş qripi"nin Azərbaycanda yayılma riski artıb 2 mart 2021, 17:12 Yeni evlərin qazlaşdırılması başa çatdı - FOTOLAR 2 mart 2021, 17:07 Prezidentin mətbuat konfransı beynəlxalq informasiya məkanında böyük rezonans doğurdu - Deputat 2 mart 2021, 17:02 Deputat aylıq hesabat verdi 2 mart 2021, 16:57 Müxalifət Armen Sarkisyandan görüş TƏLƏB EDİR 2 mart 2021, 16:55 “Azərpoçt”a yeni baş direktor təyin olundu - FOTO 2 mart 2021, 16:53 BMU-da Elmi Şuranın iclası keçirilib 2 mart 2021, 16:48 Hərbi vəzifəlilər təlimlərə çağırılır? - Dövlət xidmətindən rəsmi cavab 2 mart 2021, 16:42 Xalq artisti Səkinə İsmayılovaya ağır itki üz verib 2 mart 2021, 16:37 Bu saziş Azərbaycanda türk mallarını UCUZLAŞDIRACAQ 2 mart 2021, 16:33 Magistratura imtahanlarının nəticələri AÇIQLANDI 2 mart 2021, 16:31 Azərbaycanda Ramazan ayı bu tarixdən başlayır 2 mart 2021, 16:26 55 min manatlıq dələduzluq edən ata-oğula cinayət işi AÇILDI 2 mart 2021, 16:21 Yeni reallığın memarları 2 mart 2021, 16:16 Şeyxülislam Fransanın «Le Mondе» qəzetinə müsahibə verdi 2 mart 2021, 16:10 Bir zabitin müharibə gündəliyi: olub-bitənlər - III HİSSƏ 2 mart 2021, 16:04 “AzerGold”da Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib 2 mart 2021, 15:58 Sarkisyan Baş Qərargah rəisinin işini Konstitusiya Məhkəməsinə GÖNDƏRDİ 2 mart 2021, 15:53 Mikayıl Cabbarov: “İlin iki ayının yekunları ürəkaçandır” 2 mart 2021, 15:49 Vilayət Eyvazov Şəhid polisin oğlunu Şuşaya GÖNDƏRDİ 2 mart 2021, 15:44 Ukrayna prezidenti peyvənd olundu 2 mart 2021, 15:38 Nazir onu özünə müşavir təyin etdi 2 mart 2021, 15:32 Həmkarlar İttifaqları Konfederasiyası nazirliyə 200 min manat ayıracaq 2 mart 2021, 15:26 Arzularımın pul KİSƏSİ 2 mart 2021, 15:20 Ermənistan minalanmış ərazilərin xəritəsini Azərbaycana vermək istəmir - Misir mətbuatı 2 mart 2021, 15:15 Azərbaycan Ordusu Qarabağda anti-terror əməliyyatı apara bilər - Polkovnik 2 mart 2021, 15:09