Modern.az

Sumqayıtda yük maşını kanala aşdı

Sumqayıtda yük maşını kanala aşdı

11 Avqust 2020, 22:22

Sumqayıtda “Stansiya Sumqayıt” adlanan ərazisində yol qəzası baş verib.

Modern.az xəbər verir ki, 1987-ci il təvəllüdlü  Əbilov Səxavət Məhyəddin oğlunun idarə etdiyi “KamAZ” markalı yük maşını yoldan çıxaraq Samur-Abşeron kanalına aşıb.  

Sürücü Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sıxışıb qaldığı kabinədən çıxarılıb. Sürücünün içkili olduğu və yük maşınını icarə əsasında idarə etdiyi bildirilir. Nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.
 

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu