Modern.az

Trampı qorxuya salan səbəb

Trampı qorxuya salan səbəb

Dünya

12 Avqust 2020, 00:45

ABŞ Prezidenti Donald Trampı mətbuat konfransını yarımçıq kəsməyə məcbur edən Ağ Ev ətrafında baş verən silahlı atışmanın bəzi detallar bəlli olub.

Modern.az xəbər verir ki, atışmanı törədən şəxs Merilənd ştatının sakini 51 yaşlı Beyzil Berriman olub: "O, Ağ Ev yaxınlığında ABŞ xüsusi xidmət orqanının əməkdaşlarına yaxınlaşaraq özündə silah olduğunu bildirib. Daha sonra o, anidən əməkdaşlardan birinin üzərinə naməlum predment tuşlayıb və insanları öldürəcəyi ilə hədələyib.

Bu əsnada təhlükəsizlik əməkdaşı Berrimana atəş açmağa məcbur olub".

Berrimanın və bir təhlükəsizlik əməkdaşının xəstəxanaya yerləşdirildiyi bildirilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı