Modern.az

Nöqsana yol verən 2 məhkəmə sədri məsuliyyətə cəlb olundu

Nöqsana yol verən 2 məhkəmə sədri məsuliyyətə cəlb olundu

12 Avqust 2020, 12:38

“İndiyədək Məhkəmə-Hüquq Şurası tərəfindən 60-dan çox məhkəmədə monitorinqlər keçirilib. 150-dən çox aşkar olunmuş pozuntu hakim və məhkəmə sədrlərinin diqqətinə çatdırılıb". 

 

Modern.az-ın məlumatına görə, bunu Məhkəmə-Hüquq Şurası Aparatının Korrupsiyaya Qarşı Mübarizə və Məhkəmə Monitorinqi Sektorunun müdiri vəzifəsini icra edən Seyfəlpaşa Əliyev deyib. 

Onun sözlərinə görə, işlərin elektron bölgüsünün həyata keçirilməsi ilə xüsusi montironinqlər də aparılıb: “Biz bunu həm yerlərdə, həm də elektron-məhkəmə informasiya sistemi vasitəsi ilə distant formada həyata keçirmişik. Bu zaman 20-dək pozuntu aşkarlanıb və məhkəmə sədrlərinin diqqətinə çatdırılıb”.

 

S.Əliyev daha ciddi pozuntularla bağlı iki məhkəmə sədri barəsində intizam icraatı başlanıldığını vurğulayıb: “Tədbirlərin əsas məqsədi ədalət mühakiməsinin təkmilləşdirilməsi və hakimlərin məsuliyyət hissinin artırılmasıdır”.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü