Arxiv
12 Avqust 2020, 15:48 | AKTUAL
Pərvin Kərimzadə: “Qarabağ” dayaq blokunun istifadəyə verilməsi mühüm hadisədir

Vaxtı ilə neftin sənaye üsulu ilə hasil edildiyi ilk məkan, mexaniki qazma üsulunun yarandığı yer, ilk dəniz platformasının vətəni kimi tanınan Azərbaycan bu gün birinci neft boru kəmərinin inşa edildiyi, neft və qazı ixrac edən etibarlı tərəfdaş ölkə kimi dünyanın diqqətini cəlb edib.

 

Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilən neft strategiyası ötən müddətdə davamlı və sabit inkişafa təminat yaradıb. Azərbaycanın həyati əhəmiyyət daşıyan bütün istiqamətlər üzrə hazırda inamla irəliləməsi, beynəlxalq nüfuzunun getdikcə möhkəmlənməsi də məhz həmin strateji kursun məntiqi nəticəsidir.

Bunu Modern.az-a Milli Məclisin deputatı Pərvin Kərimzadə bildirib. Millət vəkili qeyd edib ki, böyük inkişaf yolu keçən neft sənayemiz, son illərdə kəşf olunmuş yeni karbohidrogen yataqları Azərbaycana gəlir gətirir, eyni zamanda gələcək üçün böyük potensial vəd edir. Bu günlərdə neft strategiyamızın yeni inkişaf mərhələsinin, doğma Qarabağımızın adını daşıyan "Qarabağ” yatağında quraşdırılacaq stasionar dəniz özülünün dayaq blokunun inşasının uğurla başa çatdığının şahidi olduq. Avqustun 10-da Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda SOCAR-ın BOS Şelf şirkəti tərəfindən tikilmiş neft-qaz kəşfiyyatı və hasilatı üçün nəzərdə tutulan “Qarabağ” dayaq blokunun Prezident İlham Əliyevin iştirakı ilə dənizə yola salınması ölkəmizn həyatında əlamətdar hadisə kimi tarixə yazıldı.

 

Azərbaycanın zəngin karbohidrogen yataqlarından olan “Azəri-Çıraq-Günəşli” yatağından sonra “Qarabağ” neft yatağı daha böyük həcmdə təbii ehtiyatlara, daha böyük potensiala malikdir. 1997-1998-ci illərdə “Qarabağ” yatağında Xəzər Beynəlxalq Neft Şirkəti konsorsiumu tərəfindən qazma işləri aparılıb, 3 quyu qazılıb. Lakin xarici tərəfdaşlar yatağın səmərəliliyinə inanmayıb və nəticədə kontrakta xitam verilib. Beləliklə, həmin tərəfdaşlar "Qarabağ”ı tərk ediblər. Azərbaycan mütəxəssisləri isə yatağın böyük potensialı olduğu ilə bağlı israrlı olub və bunu sübut ediblər. Beləliklə, SOCAR və Norveçin "Equinor” (keçmiş "Statoyl”) şirkətinin birgə qazma əməliyyatı vasitəsilə "Qarabağ” məhz 60 milyon ton neft ehtiyatına malik neft yatağı kimi kəşf edildi. "Qarabağ” layihəsi üzrə hazırlanmış dayaq bloku Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda (BDÖZ) 100 faiz Azərbaycana - SOCAR-a məxsus "BOS Şelf” şirkəti tərəfindən iki il ərzində inşa edilməsi isə Azərbaycanın artıq investisiya yatıran və ya sərmayə yatırılan ölkə deyil, həm də böyük investisiya layihələrinin mühüm komponentlərini həll etməyi bacaran şirkətlər yetişdirilmiş ölkə olduğunu təsdiq etdi. Texnoloji baxımdan nəhəng və mürəkkəb konstruksiya olan Qarabağ dayaq blokunun istifadəyə verilməsi göstərdi ki, artıq Azərbaycan şirkətləri beynəlxalq səviyyədə iş aparmaq gücünə malikdirlər.

Dayaq blokunun hazırlanması prosesində mühüm amillərdən biri də onun məhz yerli mütəxəssislər tərəfindən inşa edilməsidir. Belə ki, qurğunun tikintisində çalışanların 95 faizi yerli mütəxəssislər olub. Yüksək peşəkarlığa malik mütəxəssislər dənizin 182 metr dərinliyində qərar tutacaq 190 metr hündürlüyündə dayaq blokunun hazırlanmasında böyük ustalıq nümayiş etdirdilər. Bu da onu göstərdi ki, neft sənayesi üzrə kifayət qədər yerli mütəxəssislərimiz var və artıq Azərbaycan şirkətləri beynəlxalq səviyyədə iş aparmaq gücünə malikdirlər.

 

Ölkə Prezidenti dayaq bloku ilə tanışlıqdan sonra Azərbaycan Televiziyasına verdiyi müsahibədə görülmüş işləri yüksək dəyərləndirib: "Nəzərə alsaq ki, "Qarabağ” yatağının yerləşdiyi ərazi Xəzər dənizində çox dərin hissəyə aiddir, əlbəttə ki, belə nəhəng qurğunun tikintisinə böyük tələbat var idi. Onu da bildirməliyəm ki, "Qarabağ” yatağında suyun dərinliyi 180 metrdir və hesab edirəm ki, məhz buna görə sovet vaxtında bu yataqdan neft-qaz çıxarılmamışdır. Çünki sovet dövründə bizim belə texnologiyalarımız olmamışdır, "Azəri”, "Çıraq” və "Günəşli” yataqlarının dərin hissəsi də toxunulmaz qalmışdır, müstəqillik dövrü üçün qalmışdır. Əks təqdirdə quru yataqlarda olduğu kimi, dəniz yataqlarımız da tam boşaldılacaqdı və müstəqil Azərbaycanın inkişafı üçün enerji resursları qalmayacaqdı. Ona görə "Qarabağ” yatağının aşkarlanması və sonra yataqda işlərin görülməməsi, əlbəttə ki, müstəqil Azərbaycan üçün böyük hədiyyə olmuşdur. Məhz bu gün aparılan siyasət nəticəsində biz bu işləri görə bilirik. Odur ki, bu, texnoloji baxımdan, mühəndislik baxımından çox nəhəng və çox mürəkkəb bir konstruksiyadır. Şadam ki, bunu Azərbaycan mütəxəssisləri inşa ediblər. Görülmüş işlərin mütləq əksəriyyəti Azərbaycan mütəxəssisləri, fəhlələri tərəfindən icra olunubdur”.

 

Onu da qeyd etmək yerinə düşər ki, sözügedən dayaq blokunun inşa edildiyi BDÖZ vaxtilə məhz Ulu öndər Heydər Əliyevin səyi və nüfuzu sayəsində tikilib. Mütəxəssislərin fikrincə, əgər bu müəssisə olmasaydı, hazırda ölkəmizdə həyata keçirilən neft-qaz layihələrinin həyata keçirilməsində çətinliklər yarana bilərdi.

"Qarabağ” yatağının istismara verilməsi istiqamətində görülən işlərin başlanğıcının belə uğurlu olması Azərbaycanın neft-qaz strategiyasının müvəffəqiyyətlə irəli getdiyinin əyani təsdiqidir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Novruz Aslanov seçiciləri qəbul edib - FOTOLAR 5 mart 2021, 11:34 Ötən gün Azərbaycanda 34 yanğın olub - 1 nəfər öülb 5 mart 2021, 11:26 Heydər Əliyev Fondu Vatikanda dünya və dini irsinin qorunmasına yeni töhfə verib 5 mart 2021, 11:20 Daha bir vəzifəli şəxsin işi məhkəməyə verildi 5 mart 2021, 11:15 İlham Əliyev YAP-ın qurultayında çıxış etdi 5 mart 2021, 11:10 Əfv Komissiyası sabah toplanır - daha 4 iclas qalıb - AÇIQLAMA 5 mart 2021, 11:04 Əşrəf Qənidən İlham Əliyevə təbrik: “Atanız da sizinlə fəxr edərdi” 5 mart 2021, 10:58 Ermənistanda daha 7 nəfər koronavirusdan öldü 5 mart 2021, 10:52 Ötən gün cinayət törədən 40 nəfər saxlanıldı 5 mart 2021, 10:46 Füzulinin Yuxarı Rəfədinli kəndi - VİDEO 5 mart 2021, 10:41 Fermerlər Goranboyda toplandı 5 mart 2021, 10:37 4 qazimiz sağalaraq Vətənə QAYITDI 5 mart 2021, 10:31 Azərbaycanda qarölçmə işlərinə başlanıldı 5 mart 2021, 10:25 Azərbaycanın Vətən Müharibəsi Qazaxıstan TV-nin ekranında 5 mart 2021, 10:20 Ağdərədə 2 erməni hərbçinin qalıqları TAPILDI 5 mart 2021, 10:17 BirKart sahibləri daha 20 AZN qazanacaqlar 5 mart 2021, 10:12 ABŞ Britaniya ilə Moskvaya yeni sanksiyalar HAZIRLAYIR 5 mart 2021, 10:06 Bu siniflərin şagirdləri üçün milli qiymətləndirmə başladı 5 mart 2021, 10:00 Birgəyaşayışın azərbaycan modeli 5 mart 2021, 09:55 YAP-ın növbədənkənar qurultayı başlayır - FOTOLAR 5 mart 2021, 09:50 Kolleclərə qəbulla bağlı yeni model  - RƏSMİ  5 mart 2021, 09:45 Koçaryanı dəstəkləyən Moskvanın Azərbaycanla bağlı bədnam planları - ŞƏRH 5 mart 2021, 09:40 Azərbaycan iqtisadi azadlığa görə dünya reytinqində irəlilədi 5 mart 2021, 09:36 Manatın dollara qarşı məzənnəsi 5 mart 2021, 09:32 Hövsanda itkin düşən məktəbli qız tapıldı 5 mart 2021, 09:28 Binəqədidə köçkün yataqxanası yanıb 5 mart 2021, 09:26 Bizimkilər - Ukraynada çalışan azərbaycanlı jurnalist: “Xaricdə Azərbaycanı təmsil etmək böyük məsuliyyətdir” 5 mart 2021, 09:22 Buraxılış imtahanında açıq test tapşırıqlarından istifadə olunmayacaq 5 mart 2021, 09:16 Azərbaycan nefti BAHALAŞDI 5 mart 2021, 09:10 Hulusi Akar helikopter qəzasının ilkin səbəbini AÇIQLADI 5 mart 2021, 09:05 Regionda əməkdaşlıq prinsiplərinə hörmət vacibdir 5 mart 2021, 09:00 ABŞ konqresmeni ermənilərin Xocalıdakı qətlləri ilə bağlı bəyanat yaydı 5 mart 2021, 08:52 “Deyirlər ki, bəs səni niyə deputat seçmişik?!” - MÜSAHİBƏ 5 mart 2021, 08:45 Zakir Həsənov Hulusi Akara və  Yaşar Gülerə başsağlığı verdi 5 mart 2021, 08:30 Mübariz Mənsimov bu gün məhkəməyə çıxarılır - İş adamı azadlığa çıxa bilər 5 mart 2021, 08:08