Arxiv
28 May 2012, 15:47 | DÜNYA
Vacib amil

Yazı “Deputat-tələbə əməkdaşlığı” müsabiqəsinin “Peşə seçimi və gənclərin sənətə bağlılığı" mövzusunda yazılıb

Xoşbəxt o insandır ki , o  həyatda  həm  seçir  həm  də  sözün  yaxşı  mənasında   seçilir. Seçilənlərdən  olmağın  təməl  prinsipi  isə  seçə  bilməkdir. Başqa  sözlə, seçə bilməyən insan seçilə də bilməz. Həyatımız başdan-başa seçimlərdən ibarətdir. Hər bir uğurlu  seçim  gələcək  həyatımızın  xoşbəxt  başlanğıcıdır  desəm, yəqin ki, yanılmaram. Xoşbəxtlik isə öz əllərimizdədir. Doğru-düzgün seçimimizlə xoşbəxtliyə doğru addımlayacağımız isə şübhəsizdir. Bəs, doğru seçimi  necə  edə  bilərik  və ya  biz  hər  zamanmı  düzgün  seçim  edirik?

Əslində  xoşbəxliyin  açarı  öz  əlimizdə  olduğu  kimi  doğru-düzgün  seçim də  bizdən  aslıdır. Nəyi  seçdiyimizdən  öncə  niyə  seçdiyimiz  sualını  önəmli tutsaq  uğurlu  nəticə  əldə  edəcəyimizə  əmin  ola  bilərik. Bunun üçün isə insandan ağıl , dünyagörüş , iradə və bir  balaca  cəsarət  tələb olunur.  Sadaladığım keyfiyyətlərdən  birinə sahib olmayan insanın həyatda yerini tutacağı istər – istəməz məndə şübhələr doğurur. Bu  da  ağıl , iradə və cəsarətsiz  atılan bütün addımların uğursuzluğa düçar olmasına dəfələrlə şahidlik etməyimdən irəli gəlir , hər halda.

Həyatda elə seçimlər olur ki , o zaman daha diqqətli və uzaqgörən olmağımız  daha  vacibdir. Çünki, həmin  seçimlər  yaşamımız  boyu  həyatımızda nəzərə  çarpır , öz  əhəmiyyətini  qoruyub  saxlayır. Bir sözlə , gələcəyimiz ondan asılı olur. Bu qəbildən olan seçimlərdən biri və bəlkə də birincisi sənət , peşə seçimidir. Sənət və peşə seçimi zamanı hisslərə qapılmaq qəti qadağandır. O seçim qarşımıza çıxdığı anda uzun-uzadı oturub düşünmək, mütəxəssislərlə məsləhətləşmək, valideyinlərin  rəyini  öyrənmək vacib amillərdəndir. Amma qərarı sonda özümüzün verməyimiz  başqaları ilə məsləhətləşməyimizdən daha önəmlidir.

Sənət seçimi bəlli bir yaş dövründə hər kəsin həyatında olur. Əslində bizim yan ötüb keçdiyimiz , bu seçim sınağı insandan böyük məsuliyyət tələb edir. Ona görə də , necə deyərlər, xarici  müdaxilələr ” bədbəxt ” hadisələrlə  sonuclana  bilər. Uşaq  vaxtı  hərənin ağlında ideal bir peşə və yaxud sənət olur. Kimisi həkim , kimisi müəllim , kimisi polis , kimisi bağban , kimisi musiqiçi , kimisi bənna olmaq  istəsə  də  yaş  ötdükcə , ağıl  üstünə  ağıl  gəldikcə  uşaqlıq xəyallarımızdan  bir  qədər  uzaqlaşmalı  oluruq , nədənsə. Kimsənin ilk dəfə - uşaq ikən arzuladığı, xəyalında tutduğu peşənin arxasınca gedib, ona sahiblənəcəyinə açığı inanmıram.

Uşaq gördüyünü götürər deyirlər. Əslində, bu atalar sözü ilə razılaşmamaq mümkün deyil. Atam bənna olub. Uşaqkən mən də atamın yolunu davam etdirəcəyimi deyirdim tez-tez. Məktəbə ayaq açandan sonra isə müəllim olmağı arzuladım hər zaman. Lakin, sən demə bu da keçici bir istək, ötəri həvəs imiş. Daha sonra oxuduğum kitabların, seyr etdiyim  filmlərin  sayəsində  dünyagörüşüm  artdıqca fikrimi tamamilə dəyişdirdim. Jurnalist olmağı məqsədimə, həyat amalıma çevirdim. Bu  qənaətə gələndə kimsə tərəfindən basqıya məruz qalmadım. Heç məsləhətə də ehtiyac duymadım. Jurnalist olmağı beynimə qoymuşdum. Mütləq şəkildə bu arzumu reallaşdırmalıydım. Özümdə o gücü, potensialı hiss edirdim.Kimsə mənim bu istəyimin qarşısında dayana bilməzdi. Çünki, bu mənim şəxsi seçimim idi. Daxili mənəvi təlabatım, uzun sürən götür-qoydan sonra atdığım addım idi. Təxminən 8-ci sinifdə oxuyarkən etdiyim bu seçimlə artıq 8 ilə yaxındır ki, yol gedirik.  Ona olan məhəbbətim artan sürətlə irəliləyir.Bizim bir birimizə olan tələblərimiz və təlabatlarımız  isə bizi daha da doğmalaşdırır. İnanıram ki, jurnalistikaya olan böyük marağımdan, hədsiz həvəsimdən dolayı qarşıda böyük uğurlar , əlamətdar nailiyyətlər əldə edəcəm.

Deyilənə görə, pul sənəti öldürür. Sizi bilmirəm , bu fikir demək olar ki, mənim həyat propaqandalarımdan  birdir.  Milyonçu olmaq çox asandır. Fəhləlik edib, ticarətlə də məşğul olaraq milyonçu ola bilərik.Hətta bu yolla başqalarına da yardım etmək mümkündür.  Amma xoşbəxtlik..Elə bilirsiniz, milyonçuların hamısı xoşbəxt olur?  Əsla, bu belə deyil. Pulun həyatımızdakı rolunu çox gözəl anlayıram. Pul əl çirkidir kimi düşüncədən tamamilə kənar bir insanam. Amma maddiyyata görə məsləyimi, əqidəmi satmaram.

Demək olar ki, jurnalistika fəaliyyətimə təzə-təzə başlamışam. Qarşıda məni hərbi xidmət gözləyir. Əsgər olmaq isə düşünürəm ki, daha şərəfli peşə, daha ali vəzifədir. Əvvəllər jurnalistikaya bir tramplin kimi baxsam da , hətta, vaxt gələr jurnalistikanın sayəsində hansısa orqana ən azı mətbuat xidmətinin rəhbəri kimi gedərəm  və ya mən də millət vəkili olaram deyə də düşünürdüm. Amma indi həyatımın yerdə qalan hissəsini jurnalistikaya həsr etməkdir tək məqsədim.  Bəlkə də səmimiyyətimə inanmırsınız. Sizi məcbur etmək fikrində də deyiləm.

Bir şeyi də qeyd edim ki, mənim tək peşəsinə hörmət edən, bağlı olan yüzlərlə həmkarım olduğu kimi, jurnalistikanın nufuzuna xələl gətirən dırnaqarası həmkarlarım da vardır , təssüf ki.  Bəlkə də, bu normaldır. Pis olmasa yaxşının qədir-qiyməti bilinməz prinsipindən yanaşsanız  son  fikrimə  haqq  qazandırarsınız , məncə. Bir  tərəfdən  onları  da  qınamıram. Günah onların özlərində də deyil.  Sanki,  adət-ənənə  halı  alıb ki , gənclər peşə seçimi edərkən valideyinlər tərəfindən məcburlamalara  məruz  qalır. Doğrudur, hər bir valideyin övladının uğur qazanmasını istər. Amma  hərdən  övladın fikrinə də hörmət etmək valideyinin borcudur.Əfsuslar olsun ki, bu gün əksər valideyinlər  öz övladlarını  nə vaxtsa reallaşdıra bilmədikləri arzularını və ya prestijli peşəyə sahib olmalarını məcbur edirlər.Belə olan təqdirdə isə valideyinlər unudurlar ki, övladı istədikləri kimi idarə etmək yaxşı nəticələr verməz. Əksinə, onun istəklərini öyrənib, meyl etdiyi sahəyə yönləndirmək daha məqsədəuyğundur. Araşdırmaya görə, Azərbaycanda 65 faiz ailə öz övladına ixtisas seçimində nələrisə təlqin etməyə çalışır. Məhz, bu da meydanda qeyri-peşəkarların  at  oynatmasına  gətirib çıxarır. Azadlıq olmayan yerdə peşəkarlıqdan, yüksək inkişafdan danışmaq isə mənasızdır.

İnsan həyatda bir dəfə məslək seçir. Bir daha deyirəm, önəmli olan seçəcəyimiz peşəni sevməkdir, işimizin dəyərini anlamaqdır, peşəyə sadiqlikdir.

Psixoloqlar da qeyd edirlər ki, peşə insanın özünü ifadə etməlidir.Ona görə də, seçim etməmişdən öncə özümüzü tanımalıyıq. Mən kiməm deyə bir daha düşünməliyik.  Əgər  özümüzü tanımış olsaq bu bizə daha yaxşı qərar verməmimizə  kömək  edər.

 Rövşən Abdurəhmanlı
 Bakı Avrasiya Universitetinin IV kurs tələbəsi

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Parisdə kütləvi etirazlar başladı 18 Fevral 2020, 01:07 Koronavirusu müalicə edən həkim də öldü 18 Fevral 2020, 00:43 Cinayətkar qrupunun silahlıları saxlanılıb 18 Fevral 2020, 00:29 Çempionlar Liqasında 1/8 final mərhələsi başlayır 18 Fevral 2020, 00:13 Bakıda qayınata və kürəkən bıçaqlanıb 17 Fevral 2020, 23:58 Rusiyanın bu bölgəsinə Azərbaycandan təyyarələrlə pomidor daşınır 17 Fevral 2020, 23:43 Türkiyə və Rusiya diplomatları danışıqlara sabah davam edəcək 17 Fevral 2020, 23:26 Azərbaycan alimləri İsveçrədə beynəlxalq elmi konfransa qatılıb 17 Fevral 2020, 23:08 Hacıqabulda avtomobil dirəyə çırpıldı: xəsarət alan var 17 Fevral 2020, 22:53 Azərbaycanlı köçkünlərin problemi Beynəlxalq Konfransda qaldırıldı 17 Fevral 2020, 22:37 Karib dənizində təyyarə qəzaya uğradı 17 Fevral 2020, 22:21 25 ölkədə 694 nəfər koronavirusa yoluxdu 17 Fevral 2020, 22:06 Bakıda dəhşətli qəza ölümlə nəticələndi 17 Fevral 2020, 21:49 İdxal edilən spirtli və energetik içkilər üçün aksiz dərəcələr artırılıb 17 Fevral 2020, 21:33 "İrəvana hər gün tabutlar getməlidir" - Qüdrət Həsənquliyev 17 Fevral 2020, 21:17 Tanınmış jurnalist xidmət rəhbəri təyin edilib 17 Fevral 2020, 21:06 Avropa İttifaqı Suriyaya qarşı sanksiyalarını genişləndirib 17 Fevral 2020, 20:56 Ali təhsil müəssisələrinə qəbul qaydalarında dəyişiklik - RƏSMİ 17 Fevral 2020, 20:46 Ramil Şeydayevin "Sabah"a keçidi rəsmiləşdi 17 Fevral 2020, 20:33 Gömrükdə 6000 ədəd "King" markalı siqaret aşkarlandı 17 Fevral 2020, 20:17 Lənkəranda bank ofisində tüstülənmə 17 Fevral 2020, 20:04 “Şahdəniz” qazının ixracı 15% artıb 17 Fevral 2020, 19:56 Təhsil Nazirliyi tender elan etdi 17 Fevral 2020, 19:45 Məşhur teleaparıcı intihar edib 17 Fevral 2020, 19:34 Səfər Mehdiyev müşavirə keçirdi - FOTOLAR 17 Fevral 2020, 19:24 Zakir Həsənov hərbi təyinatlı obyektlərin açılışında iştirak edib - FOTO 17 Fevral 2020, 19:16 Peşə məktəblərinin şagirdləri üçün Azərbaycan dili imtahanı keçirildi 17 Fevral 2020, 19:08 Yolu keçən piyadanı avtomobil vurub öldürdü   17 Fevral 2020, 18:59 Azərbaycanda cinayət törədən qadınların sayı artıb  17 Fevral 2020, 18:50 Dövlət büdcəsində 418 milyon manat qalıq YARANDI 17 Fevral 2020, 18:43 Sınaq imtahanının nəticələri nə vaxt açıqlanacaq? 17 Fevral 2020, 18:34 Bu il I sinfə elektron qəbul bütün ölkəni əhatə edəcək - RƏSMİ 17 Fevral 2020, 18:26 Nazirlikdən pensiyaçılara XƏBƏRDARLIQ 17 Fevral 2020, 18:18 Elmar Məmmədyarov Aİ-nin ticarət üzrə komissarı ilə görüşüb 17 Fevral 2020, 18:14 İlham Əliyev-Nikol Paşinyan debatında diqqətdən qaçan MƏQAM 17 Fevral 2020, 18:06