Modern.az

Məktəbəhazırlıq qruplarına qeydiyyat başladı

Məktəbəhazırlıq qruplarına qeydiyyat başladı

18 Avqust 2020, 10:52

Bu gündən dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesinə start verilib. 

 

Modern.az xəbər verir ki, valideynlər (digər qanuni nümayəndələr) mektebeqebul.edu.az elektron sistemi vasitəsilə övladının şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçə bilər. Məktəb seçimi ilə əlaqədar elektron sorğu yerləşdirmə prosesi isə avqust ayının 20-dən başlanılacaq. 

 

Qeyd edək ki, 2020-2021-ci dərs ilində məktəbəhazırlıq qruplarına 2015-ci ildə anadan olmuş uşaqlar cəlb olunacaqlar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir