Arxiv
24 Avqust 2020, 12:32 | MÜSAHİBƏ
“Başqa addımların da şahidi olacağıq - Çingiz Qənizadə ilə MÜSAHİBƏ

“İspaniya hadisələri barədə danışmaq istəmirəm”

Milli Məclisin sabiq deputatı, Demokratiya və İnsan Hüquqları komitəsinin üzvü, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə son günlərin qalmaqallı toy hadisəsi ilə bağlı Modern.az-ın suallarını cavablandırıb.


 - Çingiz müəllim, AMEA-nın prezidenti Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyev bir neçə gün bundan qabaq karantin qaydalarını pozaraq övladına toy mərasimi keçirib. Üstəlik həmin toyda ölkənin ictimai-siyasi xadimləri də iştirak edib. Bu barədə sizin də fikirlərinizi eşitmək istərdik.

- Ölkə mətbuatını öz ağuşuna almış Ramiz Mehdiyevin nəvəsinin toy mərasimi və orada iştirak edən şəxslərlə bağlı məsələ bütün mətbuat orqanlarında və cəmiyyətdə müzakirə predmetinə çevrilib. Hesab edirəm ki, cəmiyyətin bu mövqeyi haqlı yanaşmadır. Kimliyindən asılı olmayaraq, biz dövlətin qərar və qanunlarına tabe olmalıyıq. Ölkə başçısı bu mübarizə çərçivəsində həbs olunan icra başçıları ilə bağlı fikir bildirərkən bunu da qeyd etdi ki, heç kim qanundan üstün deyil və heç kim düşünməsin ki, kimlərinsə köməyi ilə qanunu pozduqda məsuliyyətdən yaxa qurtara biləcəklər. Baş verən hadisələrdə bir da ölkə başçısının qətiyyətli mövqeyini gördük. Mən bunu alqışlayıram.  Hansı vəzifə tutmasından asılı olmayaraq, hər bir dövlət məmuru tutduğu vəzifə dövlətlə bağlıdırsa, ictimai-siyasi xadimdirsə, özünü ziyalı hesab edən kəsdirsə, indiki həssas zamanda, insanların emosiyasının gərgin olduğu pandemiya şəraitində belə ayrıseçkilik etməməlidir. Digər dövlət məmurları da bu tədbirdə iştirakdan imtina etməli idilər. Cəmiyyətdə bu zaman haqlı olaraq bu sual yaranır: niyə varlı, vəzifəli, imkanlı şəxslərə karantində toy etmək olar, yetim-yesirə, kasıblara olmaz? Bu sualın cavabını dövlətimiz bu gün toy təşkil edən qudalara məhkəmə orqanları tərəfindən verilən cəza ilə cavab verdi. Dövlətimiz bir daha göstərdi ki, Prezident İlham Əliyevin də dediyi kimi, qanun həmişə qanundur və heç kəs qanundan uca deyil. Bu cür tədbirlərin keçirilməsi və burada iştirak həm hüquqi, həm siyasi, həm də mənəvi məsuliyyət yaradır. Hüquqi mənada pandemiya dövründə Milli Məclis tərəfindən Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərlə bağlı məsuliyyət yaradan hallar var. Bu toyun təşkili və iştirak məsələsinə görə, hesab edirəm ki, qüvvədə olan qanunun müvafiq maddələri ilə haqlı olaraq tədbirlər görüldü. Toyda iştirak edən hər kəs də İnzibati Xətalar Məcəlləsinin 211.1  maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edildi. Siyasi məsuliyyət isə siyasi elitaya, hakim siyasi partiyaya mənsub şəxslərin belə həssas məqamda toy təşkil etməsi və burada iştirakıdır. Mənəvi cəhətdən isə insanlardan fərqlənmək olmaz. İnsanlardan fərqlənərək, özlərinin istək və arzularına uyğun təbirlərin keçriilməsi və bununla da digər insanlara qarşı ayrıseçkiliyin təbliği hesab edirəm ki, mənəvi cəhətdən yolverilməzdir. Düşünürəm  ki, bu proseslər davam etdikcə məsuliyyət məsələsi ilə əlaqədar başqa addımların atılmasının da şahidi olacağıq. Belə hesab edirəm ki, Ramiz Mehdiyev yaxın günlərdə könüllü şəkildə Akademiyanın prezidentliyi vəzifəsindən istifadə verib getməlidir. Ümumilikdə bir daha qeyd edirəm ki, hüququn aliliyinin tətbiqi ilə təşkilatçılara verilən inzibati cəza və orada iştirak etmiş iştirakçılara qarşı tətbiq edilmiş cəzalar artıq hər bir vətəndaşda belə fikir formalaşdırdı ki, dövlətimizdə qanun hər kəs üçün qanundur və heç kim qanundan uca deyil.


- Məşhur İspaniya səfəriniz  zamanı  Siyavuş Novruzov və  Abel Məhərrəmov ilə  böyük qalmaqal yaranmışdı. Dünən həm AzTV, həm Space TV, həm də İctimai TV İspaniyada baş verənlərə, xüsusilə çaxır məsələsinə  bir daha toxundu. O qalmaqaldan sonra Prezident Administrasiyasında Ramiz Mehdiyevin yanında bu məsələlər müzakirə edilib. Həmin hadisə barədə nə deyə bilərsiz?

- Bu məsələ artıq keçmşdə qalıb və həmin hadisə barədə danışmaq istəmirəm. Bəli, bununla bağlı Prezident Administrasiyasında Ramiz Mehdiyevin yanında müzakirə olub. Xüsusi xidmət orqanları baş verənləri  araşdırıb. Orada baş verənlərlə bağlı öz fikirlərimi demişəm. İndi bir daha keçmişdə qalmış bu məsələni yenidən gündəmə gətirib hansısa fikirlər söyləmək istəmirəm. İndi bir şeyi deyə bilərəm ki, baş verənlərlə bağlı mənim haqlı mövqeyimi Ramiz Mehdiyev cənab Prezidentə düzgün və obyektiv çatdırmayıb.


- Digər bir məsələ də var. Gənc yazar Kəramət Böyükçöl növbədənkənar parlament seçkilərində sizin rəqibiniz olmuşdu. Mətbuatda gedən yazılarda Kəramət Böyükçölün həm Siyavuş Novruzovla, həm də Abel Məhərrəmovla yaxın olduğu, onlardan vaxtilə maddi dəstək aldığı qeyd edilmişdi. Kəramət Böyükçöl də seçki vaxtı sizin dairənizə gedərək pul xərcləməklə namizədliyini verib. Sizcə, indiki baş verənlərin fonunda demək olarmı ki, seçki öncəsi sizin dairəyə Kəramət Böyükçöl bilərəkdən həmin şəxslər tərəfindən göndərilib?


- Kəramət Böyükçöl bu günlərdə sosial şəbəkələrdə dövlət başçımıza və digər qurumların rəhbərlərinə söyüşlər söyüb və təhqirlər edib. Sonra həbs edilib. Hazırda xəstəxanada müalicə olunur. 2020-ci ilin növbədənkənar parlament seçkilərində Kəramət Byükçöl çoxlu miqdarda pul xərcləyirdi. Dairədən yanlış  və saxta məlumatları müvafiq yerlərə ötürür və seçkini pozmağa çalışırdı. Onun kimlər tərəfindən göndərilib-göndərilmədiyi barədə məlumatlı deyiləm. Hesab edirəm ki, dairəmdə nəticələrin ləğv edilməsi ilə bağlı mənə qarşı ədalətsizlik olub. Əgər lazımdırsa, xüsusi xidmət orqanları bunları araşdırıb dövlət başçısına məlumat verə bilər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prezident qəza yerinə gedəcək 26 Sentyabr 2020, 00:56 Ermənistanda müxalifət lideri həbs edildi 26 Sentyabr 2020, 00:42 Təyyarə qəzasında ölü sayı 22-yə çatdı - VİDEO, YENİLƏNİB 26 Sentyabr 2020, 00:23 Paytaxtda daha iki gün ictimai nəqliyyat işləməyəcək 26 Sentyabr 2020, 00:04 Soyğunçuluq edən şəxsin əlavə cinayəti üzə çıxdı 25 Sentyabr 2020, 23:55 Ermənilər bu yola da əl atdı 25 Sentyabr 2020, 23:18 ÜST-dən XƏBƏRDARLIQ: koronavirusdan 2 milyon insan ölə bilər 25 Sentyabr 2020, 23:01 Ucarda yük avtomobili yandı 25 Sentyabr 2020, 22:33 “Çempionat yeni başlayıb, heç də asan olmayacaq” - Qurban Qurbanov 25 Sentyabr 2020, 22:21 İsrail xaricə uçuşları dayandırdı 25 Sentyabr 2020, 22:04 Türkiyədə koronavirusdan daha 73 insan öldü 25 Sentyabr 2020, 21:52 Qadın keçmiş əri tərəfindən bıçaqlandı 25 Sentyabr 2020, 21:35 Nüfuzlu televiziyada Qarabağ münaqişəsi ilə bağlı sənədli film yayımlandı - VİDEO 25 Sentyabr 2020, 21:22 ABŞ səfirliyi amerikalıları Abşerondan kənara çıxmamağa çağırıb 25 Sentyabr 2020, 21:09 Deputat kafedə müştərini döydü – VİDEO 25 Sentyabr 2020, 20:49 İranda təyyarə qəzası 25 Sentyabr 2020, 20:32 Baş Prokurorluqdan İnstaqradakı sual-cavabla bağlı açıqlama 25 Sentyabr 2020, 20:19 Məşhur aviaşirkət mindən çox pilotu ixtisar edəcək 25 Sentyabr 2020, 20:03 Koronavirusla bağlı sürətli test yaradıldı 25 Sentyabr 2020, 19:57 Ədliyyə işçiləri və məhkumlar arasında 13 nəfərdə koronavirus aşkarlandı 25 Sentyabr 2020, 19:48 2 min nəfər vaxtından əvvəl cəzadan azad olunub 25 Sentyabr 2020, 19:39 Elektron qolbaq daşıyan məhkumların sayı açıqlandı 25 Sentyabr 2020, 19:30 Naqif Həmzəyev növbəti dəfə seçiciləri ilə görüşdü - VİDEO FOTO 25 Sentyabr 2020, 19:28 Nazirlik “Araz market” və “Al market”i CƏRİMƏLƏDİ 25 Sentyabr 2020, 19:19 Deputat Məzahir Əfəndiyev Bosniya Parlamentinə məktub göndərdi 25 Sentyabr 2020, 19:10 Əmlak Məsələləri Dövlət Xidmətinin səlahiyyətləri artırıldı 25 Sentyabr 2020, 19:01 Gömrüklə bağlı ən çox verilən suallar cavablandırıldı 25 Sentyabr 2020, 18:55 Tələbə köçürülməsi qaydaları dəyişdi - Baş nazirdən qərar 25 Sentyabr 2020, 18:49 Tibb Universitetinə yeni prorektor təyin olundu 25 Sentyabr 2020, 18:43 Dollar yeni həftəyə belə başlayacaq 25 Sentyabr 2020, 18:35 Deputat: “Beynəlxalq təşkilatlar Ermənistanın təxribatlarına adekvat cavab verməlidirlər” 25 Sentyabr 2020, 18:27 İlin sonunadək daha 5 yeni qəsəbə istifadəyə veriləcək - Dövlət Komitəsi 25 Sentyabr 2020, 18:20 Mikayıl Cabbarov Gəncədə sənaye müəssisələrinin fəaliyyəti ilə tanış oldu - FOTO 25 Sentyabr 2020, 18:14 Direktor olmaq istəyənlərin NƏZƏRİNƏ 25 Sentyabr 2020, 18:06 Mehmanxanalarda reydlər APARILIR 25 Sentyabr 2020, 18:00