Modern.az

Atmosferin çirklənməsi ürək-damar xəstəlikləri riskini artırır

Atmosferin çirklənməsi ürək-damar xəstəlikləri riskini artırır

26 Avqust 2020, 09:00

Ürək-damar xəstəliklərinin yaranma riski atmosferin çirklənməsi ilə bilavasitə əlaqədardır. Klivlend Keys Rezerv Universitetinin (Ohayo ştatı, ABŞ) kardioloqlarının gəldiyi nəticə belədir. Onlar havanın çirklənməsinin insan orqanizmində kardiometabolik proseslərin yaranmasına təsirini tədqiq ediblər. Bu da insulinə rezistentlik, ikinci tip şəkərli diabet və digər xəstəliklər yaradır. Tədqiqatın nəticələri ABŞ-ın "Journal of Clinical Investigation" nəşrində yer alıb.

 

Modern.az xəbər verir ki, Klivlend Keys Rezerv Universitetinin Ürək-Damar Tədqiqatları İnstitutunun direktoru, layihənin rəhbəri Sancay Racaqopalan deyib: "Nyu-Dehlidə və Pekində ətraf mühitin çirklənməsini imitasiya edən tədqiqatımızda havaya РМ2,5 zərrəciklərini buraxdıq".

 

Bu amillər ürək-damar patologiyası olan insanlar üçün xüsusən təhlükəlidir. Onlar xəstəliyin kəskinləşməsinə səbəb olur, infarkt, insult və stenokardiya tutmaları yaradır. Tədqiqatçılar laboratoriya siçanları üzərində təcrübə apararaq onları üç qrupa bölüblər. Birinci qrup təmiz hava, ikinci qrup 24 həftə ərzində çirklənmiş hava ilə tənəffüs edib, üçüncü qrupa həddən artıq yağlı qida verilib. Patologiya çirkli hava ilə nəfəs alan və "yağlı" qidalanan siçanlarda müşahidə edilib. Onlarda şəkər sürətlə yaranıb, miokardda distrofiya prosesləri müşahidə edilib.

 

"Bizim tədqiqatımız genomun çirklənmiş havanın təsiri altında dəyişməsini göstərən ilk təcrübədir. Yaxşı yenilik ondan ibarətdir ki, təmiz hava ilə nəfəs alanda patoloji dəyişiklik azalır və heyvanın orqanizmi bərpa olunmağa başlayır", - deyə Sancay Racaqopalan bildirib.

 

Tədqiqatlar göstərir ki, havanın çirklənməsi hər il dünyada təqribən doqquz milyon insanın ölümünə, bir neçə milyon insanda isə diabet, insulinə rezistentlik yaranmasına səbəb olur. Havanın çirklənməsi miokard infarktının, insultun və digər bu kimi xəstəliklərin yaranmasında "baza" komponenti hesab edilir.

 

Məruzədə vurğulanır ki, əlverişsiz ətraf mühit hər şeyin sona çatması demək deyil; belə şəraitdə insanlar maska (N95) taxmalı, habelə evdə, mənzildə kondisionerin filtrini tez-tez dəyişməli, evdə və nəqliyyatda pəncərəni açmamalıdırlar. Artıq çəkisi olan insanlar fiziki təmrinlərə xüsusi diqqət yetirməlidirlər.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir