Arxiv
27 Avqust 2020, 08:29 | MÜSAHİBƏ
Deputat: “Oğlumun əsgər olacağı günü səbrsizliklə gözləyirəm” - MÜSAHİBƏ

Milli Məclisin 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputatı Ceyhun Məmmədov Modern.az-a müsahibə verib.


- Ceyhun müəllim, hazırda parlament üzvləri məzuniyyətdədir. Payız sessiyasına o qədər də çox vaxt qalmayıb. Deputat olaraq hansısa qanun layihələri ilə bağlı  təklifləriniz varmı?

- Bildiyiniz kimi, Elm və təhsil Komitəsinin, həmçinin İctimai birliklər və dini qurumlar komitəsinin üzvüyəm. “Elm və təhsil haqqında” Qanunla bağlı bir sıra təkliflərim var. Həmçinin, distant təhsil sahəsində qanunvericilik bazasının gücləndirilməsi istiqamətində yeni təşəbbüs və təkliflərlə çıxış etməyi planlaşdırıram. “Dini etiqad azadlığı haqqında” Qanunla da bağlı təkliflərim var. Müzakirəyə çıxarılsa, yeni təkliflərlə çıxış edəcəm.


- Bəzən iddia olunur ki, deputatlar məzuniyyətə çıxan kimi seçicilərini unudur. Bu fikirlərlə razısızmı?

- Seçicilər hər zaman yadımızdadır. Demək olar ki, 18 saat işləyirik. Davamlı zənglər, məktublar gəlir. Əksinə, məzuniyyət vaxtı iclaslar olmadığından onlara daha çox vaxt ayırmaq imkanımız olur. Videoqəbullar keçirir, telefon əlaqələri yaradır, aidiyyəti qurumlara müraciətlər ünvanlayırıq. 


- O zaman Ceyhun Məmmədov məzuniyyəti necə keçirir?

- Demək olar ki, məzuniyyət olmadı. Hələ də işlər çox olduğundan bu barədə düşünə bilmirik. Həll olunası bir çox məsələlər var. Əsas iş və insanlara faydalı olmaqdır. Çalışıb  göstərilən etimadı doğrultmalıyıq.


- Deputat seçilməzdən öncə, İlahiyyat İnstitutunun rektoru idiz. İlahiyyat İnstitutunda əsasən dini təhsil dərindən öyrədilir. Bu gün institut din xadimi yetişdirə bilirmi?

- Bildiyiniz kimi, sovet dövründə dini təhsillə bağlı müəyyən məhdudiyyətlər vardı. Dini təhsilin tədrisinə  geniş formada icazə verilmirdi. Azərbaycanda hansısa dini təhsil verən xüsusi ali məktəb də yox idi. Ona görə də müstəqilliyimizi qazanandan sonra o sahədə ciddi problemlər müşahidə etdik. Təbii bir boşluq vardı. Həmin dövrdə üzdə  tanınmış din xadimləri yox idi.


- Müstəqilliyin ilk illərində gənclər dini təhsil almaq üçün digər müsəlman ölkələrinə üz tuturdular. Bu da ölkəmizdə fərqli dini təfəkkürün formalaşmasına gətirib çıxarırdı.

- Hesab edirəm ki, işlər müəyyənləşdirilən strategiya və plan üzrə getsə, institut qarşısına qoyulan hədəfə nail olacaq. Bu İnstitutun bölgənin aparıcı dini təhsil müəssisələrindən biri olması üçün böyük şansı var.


- Sovet imperiyası dağılandan sonra yas mərasimlərini idarə edən mollalar savadsız formada bu işi icra edirdilər. Hazırda savadlı mollalar  yetişə bilirmi?

- Hesab edirəm ki, bu sahədə ildən-ilə vəziyyət daha da yaxşılaşır. 10-15 il bundan əvvəlki dövrü müşahidə edəndə xeyli savadlı din xadimlərimizin, mollaların olduğunu söyləmək olar. Əsasən yas mərasimlərimizi idarə edən mollalardan söhbət gedir. Bizi ən çox narahat edən məsələlərdən biri yas məclislərinin idarə olunması ilə bağlı idi. Bu sahədə əvvəlki dövrlərlə müqayisədə xeyli dəyişiklik var. Hesab edirəm ki, Azərbaycan İlahiyyat İnstitutunun məzunlarının bu sahədə uğurlu fəaliyyətinin şahidi olacağıq.


- İlahiyyat İnstitutunda müəllim kimi fəaliyyətinizi davam etdirirsiz. Sizcə bu gün gənclər dini təhsil almaq üçün hansı ölkələrə üz tuturlar?

- Hər bir müsəlman ölkəsi çalışır ki, özünün ideoloji dini təhsil sistemini qursun. Xaricdə təhsilin həm müsbət, həm də mənfi tərəfləri var. Xaricdə təhsil alanlar içərisində vətənə bağlı, milli ruhda olan vətəndaşlarımız da var. Ancaq təəssüflə qeyd etməliyik xaricdə təhsil alanlar arasında bir sıra hallarda zərərli təsirlərə də məruz qalanlar olur. Düşünürəm ki, din həm də təhlükəsizlik məsələsidir.

Hazırda Azərbaycan İlahiyyat İnstitutu fəaliyyət göstərdiyinə görə tələbələrimiz din təhsilini əsasən burada alırlar. Bununla yanaşı, müəyyən dövrlərdə xaricə də gedənlər olub. Bu ölkələr sırasına İran İslam Respublikası, Türkiyə, bir sıra ərəb ölkələri daxildir.

Onu da qeyd edim ki, əvvəlki illərə nisbətdə xaricdə dini təhsil almağa gedənlər azdır. Burada əsas məsələ odur ki, axının qarşısını ala bildik. Artıq dini təhsil verən ali təhsil müəssisəsi var. Azərbaycan İlahiyyat İnstitutunda təhsil fərqlidir.  Burada tələbələr əsasən 2 - dinşünaslıq və islamşünaslıq istiqamətində təhsil alırlar. Tələbələrimiz gəlib orada ödənişsiz təhsil ala bilirlər.


- İlahiyyat İnstitutunda təhsil alan tələbələr iş yeri kimi harda çalışırlar?

- Cəmiyyətdə belə fikir var ki, Azərbaycan İlahiyyat İnstitutunu bitirənlər ancaq din xadimi kimi fəaliyyət göstərəcəklər. Bu heç də belə deyil. Həm din xadimi, həm dövlət məmuru, həm də müəllim kimi yetişə bilirlər. Bu müəssisənin yaradılmasında məqsəd budur ki, bizim dövlət qurumları üçün din sahəsini bilən mütəxəssislərimiz hazırlansın.


- Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvüsüz. Komitənin bu istiqamətdə fəaliyyəti əsasən nədən ibarətdir?

- Dövlətin din siyasətinin həyata keçirilməsi, dövlət-din münasibətlərinin və ictimai birliklərin fəaliyyətinin tənzimlənməsi sahəsində Qanunvericilik aktlarının hazırlanması, aidiyyəti qurumlardan daxil olan bu istiqamətdə qanunvericilik aktlarına rəy verilməsi, müzakirələrdə iştirak və təkliflərin verilməsi komitənin əsas fəaliyyət istiqamətlərindəndir.


- Ceyhun müəllim,  YAP tərəfindən deputatlığa namizədliyiniz irəli sürüləndə yəqin ki, sizin üçün gözlənilməz olmuşdu. Nə vaxtsa deputat olmağı hədəf kimi qarşısınıza qoymuşdunuz?

- Konkret olaraq deputat olmaq məqsəd və hədəfim olmayıb. Hər zaman harada işləməyimdən asılı olmayaraq həmişə etimadı doğrultmağa və cəmiyyət üçün faydalı olmağa çalışmışam. Həmişə hədəf və məqsədim bu olub. Namizədliyim irəli sürüləndə bunu fəaliyyətimə verilən böyük qiymət kimi qəbul etdim. Bu, Yeni Azərbaycan Partiyasının rəhbərliyi tərəfindən mənə göstərilən böyük etimad idi.



- Bilirsiz ki, parlamentdə deputat kimi təmsil olunmaq həm də məsuliyyətdir. Hər şeydən öncə seçicilərin problemləri öndə dayanır
.


- Əgər İlahiyyat İnstitutunda daha çox tələbələrlə işləyirdiksə,  parlamentdə böyük kütlə ilə işləmək missiyası var. Həmişə vəzifəyə bir xidmət kimi baxmışam. Əgər bu vəzifə sənə həvalə olunursa, orada uğurlu və məsuliyyətli xidmət göstərmək çox önəmlidir.


- Deputatlığa namizədliyinizi ailəniz necə qarşıladı?

- Düzdü,  belə məsələlərdə seçimi mənim ixtiyarıma buraxıblar. Ancaq zaman-zaman atamın və ailəmin də müəyyən fikirləri olur. Təbii ki, ailəm məni dəstəklədi. Rektorluqdan deputatlığa gəlməyimin necə bir proses olduğunu soruşurlar. Hesab edirəm ki, harada olmağımdan asılı olmayaraq, əsas məqsədim  dövlətə və dövlətçiliyə xidmət etməkdir. Partiya rəhbərliyi tərəfindən namizədliyim irəli sürülüb. Düşünürəm ki, bu, müzakirə olunmamalıdır. Mən də  böyük məmnuniyyətlə prosesə qoşuldum və iştirak etdim.


- Cəmiyyətdə tez tez deputatlarla bağlı müxtəlif fikirlər səsləndirilir.  Gah maaşları gündəm olur, gah da hansısa biznes məsələsi ortaya çıxır. Bunlar sizi narahat edirmi?

- 20 ilə yaxındır ki,  dövlət orqanlarında çalışıram. Dövlət məmuru olmaq heç də asan iş deyil. Deputat olmaq da kifayət qədər ağır və məsuliyyətli işdir. Bir çox məsələlər kənardan sadə görünə bilər. Ancaq heç də elə deyil. Cəmiyyətin müxtəlif yanaşmaları var ki, bu da daha çox tənqid üzərində qurulub. Biz bütün fəaliyyətimizi açıqlamırıq. Gün ərzində telefon, sosial şəbəkələr  vasitəsilə seçicilərlə ünsiyyətdə oluruq. Bir də görürsüz ki,  gecə saat 1-də də müxtəlif müraciətlərlə yazıb zəng edənlər olur. Altıncı çağırış Milli Məclisin qarşısında konkret tələblər var. Bu istiqamətdə tam gücümüzlə çalışırıq.


- Amma altıncı çağırış parlamentin formalaşması COVID-19 pandemiyasının tüğyan etdiyi vaxta təsadüf etdi. Sanki yeni deputatlar tam olaraq özlərini göstərə bilmədilər.

- Bu, bütün dünyada gedən prosesdir.  Əlbəttə, bizim üçün də müəyyən çətinliklər yaratdı. Məsuliyyətimizi daha da artırdı. Müraciətlər daha çox oldu. Bu gün Milli Məclisin deputatlarının hansı formatda fəaliyyət göstərdikləri hamıya bəllidir. Hətta deputat kimi prosesə yeni qoşulanlar var ki, hamısı tam gücü ilə çalışır ki qarşılarına qoyulan vəzifələri yerinə yetirsinlər. Bu bəşəri bəla bitəndən  sonra hər şey arxada qalacaq.


- Pandemiya həm də yeni deputatlarla köhnə deputatların bir-birini tanımasına imkan vermədi. İşdən sonra bir araya gələ bilmədiz.

- Müvəqqəti çətinlikdir. Bütün görüşlərimizi məhdudlaşdırmışıq. Biz də hər kəs kimi çalışırıq ki, ümumi qaydalara tam əməl edək. Xaraktercə daha çox gəzməyə, ünsiyyət qurmağa meylliyəm. Hətta planlarım vardı ki, seçki vaxtı gedib görüşdüyüm insanlarla yenidən görüşüm.  Hələlik bu planlar təxirə salınıb. İnsanların da gözləntiləri var ki, biz bölgələrə səfər gedək.


- Həmkarlarınızla münasibətləriniz necədir?

- Deputat həmkarlarımla münasibətərimiz yaxşıdır. Həmçinin, parlamentdə yaxşı ab-hava var. Rəhbərlik hər bir deputata çox həssaslıqla, hörmətlə yanaşır. Parlamentdə demokratik mühit formalaşıb.


- Ceyhun müəllim neçə övladınız var?

- 17 yaşında bir oğlum var.


-  O zaman qarşıda sizi əsgər atası olmaq kimi şərəfli bir iş gözləyir. Hətta tez-tez belə fikirlər səslənir ki, niyə görə, məmurun, deputatın övladı əsgər getmir, şəhid olmur. Güman ki, belə fikirlərlə siz də tanışsız.

- Vətən hər birimiz üçün vətəndir. Öz övladımın hərbi xidmətə getməsini və vətən borcunu yerinə yetirməsini istəyirəm. Oğlumun əsgər olacağı günü səbrsizliklə gözləyirəm. Elə bir dəqiq statistika aparılmayıb ki, dövlət məmurunun övladı əsgər getmir. Əgər Azərbaycan ordusunun generalı öz əsgəri ilə səngərdə döyüşürsə,  burada hansı ayrı-seçkilikdən söhbət gedə bilər?!. Bu baxımdan da hərbi xidmətdə olmaq hər birimizin qarşısında vəzifədir. Məsələyə “ancaq kasıbların uşaqları şəhid olur” prizmasından yanaşılmanın tərəfdarı deyiləm.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Heydər Əliyev prospektində yol qəzası... 12 May 2021, 09:49 Azad olunmuş ərazilərə keçmək istəyən 9 nəfər saxlanıldı 12 May 2021, 09:47 Bu gün Şuşada “Xarı bülbül” festivalı BAŞLAYIR 12 May 2021, 09:28 Tanınmış ictimai xadimlər və jurnalistlər Şuşaya GETDİLƏR 12 May 2021, 09:21 Amerikalı hüquqşünas hay kilsəsinin həyasızlığı barədə… 12 May 2021, 08:58 Arif Quliyevin o dünyadakı QONŞULARI: “Qurd qapısı”nda torpağa qarışan MƏŞHURLAR... 12 May 2021, 08:33 Qazax Müəllimlər Seminariyası bərpa edilib 12 May 2021, 08:30 Kəlmeyi-şəhadətini dostları ilə birgə oxuyan Əməkdar artist - Azər Mirzəyevin SON GÜNÜ 12 May 2021, 08:26 İsrail “Həmas” hərbi kəşfiyyatının rəhbərlərini məhv edib 12 May 2021, 08:18 Tatarıstanda matəm elan edildi 12 May 2021, 08:03 İranda prezidentliyə namizədlərin qeydiyyatı başladı 12 May 2021, 07:54 BMT Təhlükəsizlik Şurası təcili TOPLAŞIR 12 May 2021, 02:41 Bakıda piyadanı maşın vurub öldürdü 12 May 2021, 02:32 "Onlar bunu öz həyatları ilə ödəyəcəklər" - Netanyahudan hədə 12 May 2021, 02:25 "Barselona" səfərdə vacib xal itirdi 12 May 2021, 02:08 “Formula 1”in Türkiyə mərhələsi ləğv olundu 12 May 2021, 01:00 İsrailin Qəzzaya hava zərbələri nəticəsində 10 uşaq öldü 12 May 2021, 00:53 Tel-Əvivdəki hava limanı raket zərbələrinə görə uçuşları dayandırır 12 May 2021, 00:44 Türkiyədə bu tarixdən mərhələli yumşalma planlaşdırılır 12 May 2021, 00:35 Bakıda I qrup əlil bıçaqlandı 12 May 2021, 00:19 Çempionlar Liqasının finalı İstanbuldan Portuya veriləcək? 12 May 2021, 00:05 “Beşiktaş”la “Fənərbaxça” büdrədi - “Qalatasaray”  sevindi 11 May 2021, 23:51 Azərbaycanlı güləşçi Tokio-2020-də Ukraynanı təmsil edəcək 11 May 2021, 23:36 İsrail Qəzzaya eyni anda 80 qırıcıdan zərbə endirdi 11 May 2021, 23:20 "Mançester Siti" vaxtından əvvəl çempion oldu 11 May 2021, 23:08 HƏMAS Tel-Əvivə 130 raket atdığını açıqladı 11 May 2021, 22:55 Mark Zukerberq keçilərinə ad verdi - FOTO 11 May 2021, 22:44 BMT Baş katibindən Fələstin və İsrailə çağırış 11 May 2021, 22:28 Türkiyə daha 5 PKK-çını məhv etdi 11 May 2021, 22:13 Prezidenti təhqir edənlər istintaqa cəlb edildi 11 May 2021, 22:01 Prezident vacib mesajlar verdi 11 May 2021, 21:46 ÜST koronavirusla bağlı son vəziyyəti açıqladı 11 May 2021, 21:35 Türkiyədə virusdan ölənlərin sayı artdı 11 May 2021, 21:19 “Barselona” bu müdafiəçini heyətinə qatır 11 May 2021, 21:04 Balakəndə maşın çaya düşdü - ölən və yaralananlar var 11 May 2021, 20:50