22 Sentyabr 2020, Çərşənbə axşamı
Arxiv
18 İyun 2012, 18:27 | İQTİSADİYYAT
Bakıda tanınmış şairə-jurnalistin 60 illik yubileyi qeyd edilib - FOTO

Atatürk Mərkəzində Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun təşəbbüsü,“Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi və SOCAR-Georgia şirkətinin təşkilatçılığı ilə tanınmış şair, publisist, tərcüməçi, jurnalist Anna Bartkulaşvilinin 60 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbirdə ziyalılar, millət vəkilləri, elm adamları və media nümayədələri iştirak edib.

Tədbiri açan millət vəkili, Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun üzvü, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin sədri Qənirə Paşayeva nitqinə tədbirə gələn qonaqları salamlamaqla başlayıb: “ Bu gün biz bura çox hörmətli yazar, şairə, tərcüməçi və publisist bir xanımın yubiley tədbirinə yığılmışıq. Təbrikə həm də “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB, həm Mətbuat Şurası, həm də Yazıçılar Birliyi gəlib. Həmçinin Gürcüstandan 10 nəfərlik nümayəndə heyəti də tədbirdə iştirak edir. İraqdan gələn qonaqlarımız da var. Hər biri Anna xanımı təbrik etmək üçün bura təşrif buyurub. Mən də öz növbəmdə Anna xanıma  təbriklərimi çatdırmaq istəyirəm. Əslində Anna xanımın 60 yaşı tamam olur, amma onun qəlbi, ruhu və görünüşü hələ gənc bir xanımı xatırladır. Bu xanım çox fərqli bir xanım və ziyalıdı,  şeirləri, publisistik əsərləri və tərcümələri var. Həmçinin Anna xanım Azərbaycan-Gürcüstan ədəbi-mədəni əlaqələrin inkişafında çox böyük işlər görmüş və öz yaradıcılıq töhvələrini vermişdi. Anna xanım bir şairə, bir publisist olmaqla yanaşı, həm də çox gözəl və təcrübəli bir tərcüməçidir. Həm bizim yazıçı, şairlərin əsərlərini gürcü dilinə, həm də gürcü yazıçılarının əsərlərini Azərbaycan dilinə tərcümə edib və bir yaradıcı insan gözü ilə öz süzgəcindən keçirib. Həmçinin Anna xanım beynəlxalq tədbirlərdə, beynəlxalaq tribunalarda Azərbaycanın, Qarabağın  haqq səsini ucaltmış və daima da Azərbaycanı öz vətəni saydığını bildirmişdi. Bu xanım Azərbaycana təhsil almağa gəlmiş, amma bir Azərbaycan gəlini olaraq həyatına davam etmişdi. Mən Anna xanımı 60 illik yubileyi münasibətilə təbrik edirəm və hər zaman da belə yaradıcılıq ruhu ilə qalmanızı arzu edirəm. Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun adından Azərbaycan-Gürcüstan mədəni əlaqələrində göstərdiyiniz xidmətlərə görə sizi təltif etmək istəyirik. Mən bir daha sizi təbrik edirəm və yaradıcılıq yolunda bol şanslar diləyirəm” .

Mətbuat Şurasının sədri Əflatun Amaşov Anna Bartkulaşvilini təbrik edib və öz ürək sözlərini səsləndirib : “ İnsan ilk növbədə özünə qiymət verməyi bacarırsa, demək ətrafında olan insanlar da ona qiymət verməyi bacaracaq. Həmçinin də qeyd edim ki, yaxşı və layiqli iş hər zaman qiymətləndirilir. Bu xanımın yaradıcılığı və iş fəaliyyəti hər kəs tərəfindən çox yüksək şəkildə qiymətləndirilir. Anna xanım həm filoloq, həm şairə, həm tərcüməçi olmaqla yanaşı, həm də bir jurnalistdir. O, həm Azərbaycan, həm də Gürcüstan ədəbi əlaqələrində çox böyük işlər görmüş və yenə də bu işləri davam etdirir “ .
Millət vəkillərindən Əsabil Qasımov, Flora Qasımova da öz təbrik və xoş sözlərini səsləndirib. Millət vəkili Flora Qasımova Anna xanımın Azərbyacan-Gürcüstan mədəni əlaqələrində olan xidmət və rolundan danışıb : “ Mən fəxr edirəm ki, Anna xanım Azərbaycanı özünə ikinci bir vətən seçib və daima da layiqli şəkildə təmsil etməklə məşquldur” .

Tədbirdə iştirak edən Gürcüstandan olan nümayəndə heyəti də Anna Bartkulaşvilini yubiley münasibətilə təbrik etmiş və onun Azərbaycan ilə Gürcüstan arasında mədəni əlaqələrin inkişafına verdiyi töhfələrini yüksək qiymətləndirmişdi.Bildirilmişdi ki, belə bir yüksək səviyyəli tədbirin Bakıda keçirilməsi özünün ikinci vətəni saydığı Azərbaycanın Anna Bartkulaşvilinin yaradıcılığına verdiyi yüksək qiymətdir,  bundan sonra da Anna Bartkulaşvilinin iki qardaş ölkə arasında mədəni əlaqələrin inkişafı istiqamətində fəaliyyətini davam etdirəcəyinə ümidvar olduqlarını qeyd etmişlər.

Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Ədalət Əsgəroğlu da təbirdə işrak edib və Yazıçılar Birliyinin sədri Anarın və Fikrət Qoca, Çingiz Abdullayev, Söhrab Tahir, Nəriman Həsənzadə kimi ziyalılar adından Anna xanıma təbrik məktubunu təqdim edib.

Daha sonra İraqdan gələn nümayəndə, millət vəkili, şair Fevzi Əkrəm Tərzioğlu söz üçün səhnəyə dəvət olunur. Fevzi Əkrəm İraq Yazıçılar Birliyi adından Anna xanıma öz təltifini təqdim edir. “ Mən burdan Anna xanımdam bir xahiş etmək isrtəyirəm. Anna xanım, dəyərli zamanınızdan bir az da bizim Kərkük ədəbiyyatına ayırıb tərcümələr etmənizi istərdim. Bu da bizim üçün çox önəmli bir hadisə olardı. Bu da İraq-Gürcüstan mədəni əlaqələrinə bir töhvə kimi də qiymətləndirilərdi”.
Tədbirdə “Dədə Qorqud” fondununun rəhbəri Eldar İsmayılov da iştirak edib və öz ürək sözlərini səsləndirib. Həmçinin Anna xanıma xidmətlərinə görə təltif də təqdim edib.
Daha sonra şair-tərcüməçi səlim Babullaoğlu, Bədriyyə Axundova, Fəxrəddin Meydanlı, Lalə Quliyeva, Teymur Kəsəmənli, Eluca Atalı, Yusif Dirili və başqaları çıxış edib öz təbriklərini səsləndiriblər.
Tədbirin sonunda Anna Bartkulaşvili gələn qonaqlara öz təşəkkür və ehtiramını ifadə etdi.

Könül Səid
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Gürcüstandan bu türk dövlətlərinə NÜMUNƏ: Yerevanın arzusunu ürəyində qoydu 22 Sentyabr 2020, 11:45 Bakı metrosunda növbəti nasazlıq - İnterval artdı 22 Sentyabr 2020, 11:38 Elmar Qasımov MBA proqramı üzrə BANM-ə qəbul olan tələbələrlə görüşüb 22 Sentyabr 2020, 11:33 Silvestr Stallone yetim qaldı 22 Sentyabr 2020, 11:28 Naxçıvanda komandirlər hazırlıq toplantısına cəlb olunub 22 Sentyabr 2020, 11:22 “Tarixən ermənilər vətəni olmayan insanlar olublar” - Deputat 22 Sentyabr 2020, 11:16 “...mənim adım Bobikdir” 22 Sentyabr 2020, 11:10 Azərbaycandan Qazaxıstana daha 46 nəfər təxliyə olundu 22 Sentyabr 2020, 11:05 Azərbaycana daxil olan valyutanın həcmi AZALIB 22 Sentyabr 2020, 11:00 XİN-in həbsdə olan sabiq idarə rəisi ev dustaqlığına buraxılmasını istəyir 22 Sentyabr 2020, 10:54 "Almaniyada Türkologiya" mövzusunda vebinar - Alman professorun təqdimatında 22 Sentyabr 2020, 10:48 Ermənistan Madrid prinsiplərindən imtina edir? 22 Sentyabr 2020, 10:43 İcbari Tibbi Sığorta UNEC-lə memorandum imzaladı 22 Sentyabr 2020, 10:38 Oslo şəhərində Nizami Gəncəvi adına həftəsonu Azərbaycan məktəbi açılıb 22 Sentyabr 2020, 10:32 Daşkəsənin iki böyük metallurgiya müəssisəsi yeni inkişaf dövrünə başlayır 22 Sentyabr 2020, 10:27 Qanunsuz balıq ovlayan şəxs cəzalandırıldı 22 Sentyabr 2020, 10:22 “Alınan mallar geri qaytarılmır” yazanlar 900 manatadək CƏRİMƏLƏNƏCƏK 22 Sentyabr 2020, 10:16 “Məmmədoğulları” şirkəti 2 min manat cərimələndi 22 Sentyabr 2020, 10:10 Xaçmazda meyvə tingləri yandı 22 Sentyabr 2020, 10:05 Metrodakı “maska insidenti” ilə bağlı məhkəmə başladı 22 Sentyabr 2020, 10:00 Dollar günə bu məzənnə ilə BAŞLADI 22 Sentyabr 2020, 09:54 Tarixçi alim: “... hər kəs buna birmənalı olaraq etiraz etməlidir” 22 Sentyabr 2020, 09:50 İctimai nəqliyyata qoyulan şənbə-bazar məhdudiyyəti götürüləcək? - AÇIQLAMA 22 Sentyabr 2020, 09:45 Yollardakı tıxacların SƏBƏBİ nasaz avtomobillərdir - BNA 22 Sentyabr 2020, 09:40 Bu gün Azərbaycanda təbiət hadisəsi baş verəcək 22 Sentyabr 2020, 09:35 Bu xəstəliyə yoluxanların COVID-19-a qarşı İMMUNİTETİ var 22 Sentyabr 2020, 09:30 Müdafiə Nazirliyi cəbhəki vəziyyətlə bağlı məlumat yaydı 22 Sentyabr 2020, 09:25 Rəqibi Trampı sərt tənqid etdi: “O vəlvələyə düşdü” 22 Sentyabr 2020, 09:20 UNEC brendi 10 ölkədə tanındı 22 Sentyabr 2020, 09:14 Şəhid komandirin xanımı oğlunu belə təbrik etdi: “Sənin yaşıdların Şəhid olur” 22 Sentyabr 2020, 09:08 Xırdalanda su olmayacaq 22 Sentyabr 2020, 09:04 Koronavirus qurbanlarının xatirəsinə abidə ucaldıldı - FOTO 22 Sentyabr 2020, 09:00 Dinlənilməsi mümkün olmayan mobil telefonlar var 22 Sentyabr 2020, 08:57 Türkiyənin yeni teleradio qülləsi fəaliyyətə başlayıb 22 Sentyabr 2020, 08:52 Xarici İşlər Nazirliyindən MODERN.AZ əməkdaşına təşəkkür 22 Sentyabr 2020, 08:51