Modern.az

Bu il 150 eskalator təmir edilib

Bu il 150 eskalator təmir edilib

8 Sentyabr 2020, 14:49

2020-ci ilin yanvar-avqust aylarında 150 eskalatorun sıradan çıxmış əsas detalları (dartı zənciri ,pillə, şkif, şkifaltı, kəmər, sürahi qayışı, şkifaltı rolik, puskatel qoşma zamoku karniz, sürahi istiqamətləndiricisi, buynuz kəməri, daraq pillə önlüyü və s.) yenisi ilə əvəz olunub.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Modern.az-a verilən məlumata görə, 29 eskalatorun müxtəlif detalları (şkifaltı kəmərin roliki, elektrik mühərriki, karniz, karniz rolikləri, fren, işçi əyləc qəlibi, beyin kartı, pillə plastması, işçi əyləc dolağı və s.) təmir olunub:

 

“Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xidmət və balansında Bakı şəhəri üzrə 65 yerüstü və 15 yeraltı piyada keçidlərində 179 müxtəlif markalı eskalatorlar var”.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir