Modern.az

Bu gündən kafe və restoranlar tam açıldı – İlk gündən FOTOREPORTAJ

Bu gündən kafe və restoranlar tam açıldı – İlk gündən FOTOREPORTAJ

Mədəni̇yyət

8 Sentyabr 2020, 18:37

Bu gündən etibarən ölkə ərazisində müştərilərə kafe və restoranların daxilində xidmət göstərmək mümkündür.

Modern.az xəbər verir ki, xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində və vətəndaşların məsuliyyətli davranışı sayəsində koronavirus (COVID-19) infeksiyasının yayılması məhdudlaşdırılıb, yoluxma hallarının sayında azalmaya nail olunub.

 

Sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, müvafiq karantin qaydalarına riayət olunmaqla və Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” 2020-ci il 6 iyul tarixli 237 nömrəli qərarına uyğun olaraq ictimai iaşə obyektləri saat 00:00-a qədər daxildə xidmət göstərə bilərlər.

 

Bəs görəsən, paytaxt sakinləri kafe və restoranların daxilində istirahət etməyə maraqlıdırmı?  İcazənin tətbiqinin ilk günündə ictimai iaşə obyektlərinə diqqət hansı səviyyədə idi?

Modern.az saytının əməkdaşı icazənin ilk günündə Bakı şəhərində kafe və restoranların daxildə xidmət fəaliyyətini əks etdirən fotoreportaj hazırlayıb.

Fotoları təqdim edirik:

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu