Modern.az

Binəqədidə reydlər davam edir - FOTO

Binəqədidə reydlər davam edir - FOTO

10 Sentyabr 2020, 12:15

Binəqədi Rayon İcra Hakimiyyəti,Binəqədi rayon Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə, ölkəmizdə elan olunmuş xüsusi karantin rejimi ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinin yerlərdə icrasına nəzarət və əhalinin maarifləndirilməsi məqsədilə Binəqədi rayonunda yaradılmış könüllülərdən ibarət mobil işçi qrupları tərəfindən reydlər davam etdirilir.

 

Modern.az xəbər verir ki, gənclərin iştirakı ilə müəyyən edilmiş qrafikə uyğun olaraq fəaliyyətinə icazə verilmiş mağazalarda,eləcə də bir sıra obyektlərdə monitorinqlər həyata keçirilir. Keçirilən reydlərin əsas məqsədi sahibkarların və müştərilərin Operativ Qərargah tərəfindən müəyyən olunmuş qaydalara daha ciddi əməl edilməsinin təbliğ edilməsindən ibarətdir.

 

Gənclər tərəfindən aparılan fərdi söhbətlər zamanı tibbi maskalardan və dezinfeksiya məhlullarının istifadəsinin, eləcə də fiziki məsafənin saxlanılmasının vacibliyi vurğulanır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir