Modern.az

Deputat nazirliyin iradını rədd etdi: “Əlillik dərəcələrini təyin edəndə yanlışlığa yol verməyin!”

Deputat nazirliyin iradını rədd etdi: “Əlillik dərəcələrini təyin edəndə yanlışlığa yol verməyin!”

11 Sentyabr 2020, 12:12

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilik dərəcəsinin verilməsi ilə bağlı problemlərin həllinə diqqət ayırmaqdan daha çox təəssüf ki, Füzuli Rayon Mərkəzi Xəstəxanasının təqdim etdiyi göstəricilərin təhlilini aparıb.

 

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və shaibkarlıq komitəsinin üzvü Vüqar Byaramov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbovun “Vüqar Bayramov yanlışlıqlara yol verib” ittihamlarına cavabında bildirib.


Deputat deyib ki, bu rəqəmlər eyni mənbədən alınıb:

“Söhbət Rayon Mərkəzi Xəstəxanasının təqdim etdiyi göstəricilərindən gedir. Əslində, nazirlik özü də etiraf edir ki, bu ilin 8 ayında Füzuli rayonundan olan 217 şəxslə bağlı müraciətin cəmi 37-nə əlillik dərəcəsi təyin olunub və 160 göndərişə birbaşa imtina verilib.

Nazirliyinin özünün təqdim etdiyi rəqəmlərdə əlilliyin təyinati və imtina faizləri arasında fərqin böyüklüyünü asanlıqla görmək olar. Göründüyü kimi, nazirliyin rəqəmləri xəstəxanadan aldığımız göstərciləri ilə müqayisədə daha bədbindr. Bu isə ondan xəbər verir ki, bu sahədə vəziyyətin yaxşılaşdırılması, şəffaflıq və səmərəliliyinin artırılması üçün mövcud mexanizmin təkmilləşdirilməsinə ehtiyac var”.


V.Bayramov bildirib ki, rəqəmlərdə deyil, vətəndaşa əlillik dərəcələri təyin edəndə yanlışlığa yol verməmək lazımdır.

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?