Arxiv
14 Sentyabr 2020, 10:52 | DİASPOR
Azərbaycanlı xanımlardan Akopyanın silahlı fotosessiyasına ETİRAZ

“Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyi işğalçı Ermənistanın baş nazirinin xanımı Anna Akopyanın əzəli Azərbaycan torpağı olan Dağlıq Qarabağ bölgəsində qanunsuz hərbi təlimlərdə iştirak etməsinə və səngərdə uzanaraq avtomatla Azərbaycan mövqelərini nişan aldığını göstərən fotolar yaymasına kəskin etirazını bildirib.

 

Diasporla İş üzrə Dövlət Komitəsindən Modern.az-a verilən xəbərə görə, “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyevanın imzası ilə beynəlxalq ictimaiyyətə ünvanlanan bəyanatda faşist mahiyyətli Ermənistanın 30 ildir Azərbaycan ərazisi olan Dağlıq Qarabağı işğal altında saxladığı, beynəlxalq təşkilatların və dünyanın aparıcı dövlətlərinin bu faktı etiraf etdiyi, amma rəsmi İrəvanın dünya birliyinin "azad et!" tələbinə məhəl qoymadığı, sülh yolu ilə münaqişəni həll etməyə cəhdlər göstərən Azərbaycanın təmas xəttində və dövlət sərhəddində təxribatlar törətdiyi, iyul döyüşləri zamanı bütün dünyanın bir daha Ermənistanın məkrli xislətinə şahid olduğu vurğulanıb.

 

Bəyanatda qeyd edilib ki, Anna Akopyan Tovuz təxribatını ərinin başçılıq etdiyi hökumətin başlatdığını unutdurmaq üçün "sülhpərvər dona" bürünərək Azərbaycan analarına müraciət edirdi. "2018-ci ildə özünü regionda sülhün müdafiəçisi kimi təqdim edən və "Sülh uğrunda qadınlar” kampaniyasına azərbaycanlı qadınları da dəvət edən Anna Akopyanın son görüntüləri, qadınları silahlardan istifadə etməklə qonşu ölkənin torpağı olan Dağlıq Qarabağı müdafiə etməyə dəvət etməsi Ermənistan dövlətinin ikiüzlü xarici siyasətindən xəbər verir. Əgər Ermənistanda qadınlar da müharibəyə hazırlaşırlarsa, bu ölkənin sülh istəməsinə necə inanmaq olar?", - deyə sual edilib.

 

Birlik hesab edir ki, hazırda Azərbaycan və Ermənistan dövlət sərhəddində və təmas xəttində xüsusi zorakılıq halları müşahidə olunmasa da, narahatedici məqamlar hələ də mövcuddur və son zamanlar sosial media şəbəkələrində, dünya mətbuatında yayılan görüntülər bu narahatlığı daha da gücləndirir.

 

Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində həllini tələb edən birlik bəyan edib ki, Ermənistan Azərbaycanın mülki vətəndaşlarına qarşı hərbi hücumlarını dayandırmalı, BMT-nin Təhlükəsizlik Şurasının və ATƏT-in qərarlarını yerinə yetirərək Azərbaycanın işğal olunmuş ərazilərini dərhal tərk etməlidir.
 

Azərbaycanlı xanımlardan Akopyanın silahlı fotosessiyasınaETİRAZ  
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Transgender deputat seçildi - FOTO 27 Sentyabr 2021, 11:23 ABŞ səfiri şəhidlərimizi ziyarət etdi 27 Sentyabr 2021, 11:20 Almaniyada seçkilər – Yeni parlamentdə qüvvələr nisbəti 27 Sentyabr 2021, 11:14 Qanunsuz işləyən süd qəbulu məntəqəsini BAĞLANDI 27 Sentyabr 2021, 11:08 Koronavirusa yoluxmuş “Aşıq Yedigar”ın son vəziyyəti - AÇIQLAMA 27 Sentyabr 2021, 11:02 Ermənistanın müharibədəki itkiləri barədə YENİ MƏLUMAT 27 Sentyabr 2021, 11:01 Xudavəng monastırında şəhidlərin xatirəsi yad olunub 27 Sentyabr 2021, 10:56 Müharibənin bir ili: Ermənilər nə düşünür? 27 Sentyabr 2021, 10:51 Spiker Anım Günü ilə bağlı paylaşım etdi 27 Sentyabr 2021, 10:46 Beynəlxalq Türk Akademiyası prezidentinin Azərbaycana mesajı 27 Sentyabr 2021, 10:43 44 günlük müharibənin ZƏFƏR günü... 27 Sentyabr 2021, 10:42 Naxçıvan məscidlərində şəhidlərin xatirəsi anılıb   27 Sentyabr 2021, 10:36 Qəhrəmanlıq salnaməsi - VİDEO 27 Sentyabr 2021, 10:32 Hikmət Hacıyevdən Anım Günü PAYLAŞIMI 27 Sentyabr 2021, 10:30 Ali Baş Komandan: “Düşmən beli qırılanda təslim olmağa məcbur oldu” 27 Sentyabr 2021, 10:27 Prezidentin xalqa müraciəti - TAM MƏTN 27 Sentyabr 2021, 10:26 Bu gün dəmir yumruğun endiyi gündür - Səfir 27 Sentyabr 2021, 10:22 Paşinyan terrorçuların lideri ilə müzakirə apardı 27 Sentyabr 2021, 10:19 “Düşmən 30 il ərzində bizə meydan oxuyub” - Ali Baş Komandan 27 Sentyabr 2021, 10:18 DTX Anım Günü ilə bağlı vodeoçarx hazırladı 27 Sentyabr 2021, 10:17 İlham Əliyev: Kimsə “Dağlıq Qarabağ” adlı ölünü diriltmək istəyirsə, onu öz ərazisində etsin! 27 Sentyabr 2021, 10:16 Səttar Möhbalıyevdən Anım Günü ilə bağlı paylaşım 27 Sentyabr 2021, 10:12 Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır - İlham Əliyev 27 Sentyabr 2021, 10:07 Bakıda II Qarabağ Müharibəsi qəhrəmanlarına abidə UCALDILACAQ  27 Sentyabr 2021, 10:06 Ağdam Cümə məscidində şəhidlərin ruhuna dualar oxunub 27 Sentyabr 2021, 10:03 Prezident Xalqa müraciət edir - VİDEO 27 Sentyabr 2021, 10:00 Sentyabrın 27-də azad olunan ərazilər - SİYAHI 27 Sentyabr 2021, 09:55 Qələbəmizin memarı 27 Sentyabr 2021, 09:50 Ombudsman Anım Günü ilə bağlı bəyanat yaydı 27 Sentyabr 2021, 09:47 Heydər məscidində şəhidlərin xatirəsi anılıb 27 Sentyabr 2021, 09:44 Azərbaycan Ordusunun inamlı Qələbəsi 27 Sentyabr 2021, 09:40 Yuxarı Gövhər Ağa məscidində şəhidlər anılıb - VİDEO 27 Sentyabr 2021, 09:35 Şeyxülislam: Beynəlxalq hüququn edə bilmədiyini Ordumuz etdi 27 Sentyabr 2021, 09:33 Almaniyanın yeni kansleri kim olacaq… - Seçkinin nəticələri 27 Sentyabr 2021, 09:31 Bakıda səkkiz mağaza yanıb 27 Sentyabr 2021, 09:28
SORĞU Hansı vaksinə etibar edirsiniz?