Arxiv
15 Sentyabr 2020, 12:19 | MƏDƏNİYYƏT
Bakı-1918: Paytaxtı yandırmaq planı - ÖLÜM YA OLUM?

1918-ci ilin yayında Azərbaycan paytaxtı tarixinin ən dəhşətli günlərini yaşaşırdı. Gündəlikdə Bakının birdəfəlik yer üzündən silinməsi kimi məkrli plan vardı. Görkəmli hərb tarixçisi general D. Volkoqonovun yazdığına görə 1918-ci il iyunun 3-də Lenin əlaltısı Stepan Şaumyana belə təlimat vermişdi:

“Terə (həmin dövrdə Bakı Xalq Komissarları Sovetinin neft naziri və Fövqəladə Komissiyanın sədri S.M.Ter-Qabrielyan nəzərdə tutulur – V.Q.) çatdıra bilərsinizmi ki, hücum olacağı təqdirdə Bakını tamam yandırmaq üçün bütün hazırlıq işlərini görsün və bu haqda mətbuata məlumat versin?”.

Hərbi güclə vəziyyəti öz xeyrinə dəyişdirə bilməyən Sovet Rusiyası diplomatik yolla – Brestdə sülh sazişi imzaladığı Almaniya vasitəsi ilə Azərbaycan-türk qüvvələrinin Bakı üzərinə yürüşünü dayandırmağa çalışırdı. Müqabilində isə almanlara neft vəd olunurdu. İ.V. Stalin Lenindən aldığı təlimat əsasında S.Şaumyana 8 iyul 1918-ci il tarixli məktubunda neft məsələsində Almaniyaya güzəştə getməyin mümkünlüyünü, hətta vacibliyini vurğulayaraq yazırdı:

“Almanlar Bakının bizdə qalmasına razıdırlar. Amma əvəzində müəyyən qədər neft istəyirlər. Təbii ki, onların “xahişini” yerinə yetirə bilərik”

Almaniya Bakı neftinə yiyələnmək, yaxud da ondan pay qoparmaq naminə Birinci Dünya savaşındakı müttəfiqi Osmanlı imperiyasını bolşeviklərlə satmağa hazır idi. Tiflisdəki alman diplomatik nümayəndəsi Fridrix fon Şulenburq (1934-1941-ci illərdə Almaniyanın SSRİ-də səfiri, Hitlerə qarşı sui-qəsddə iştirakına görə 1944-cü ildə edam edilmişdi, Nuru paşanın komandası altındakı Qafqaz İslam ordusunun Azərbaycana buraxılmaması üçün Gürcüstana təzyiq göstərirdi– V.Q.) hökumətinin məsələ ilə bağlı ümid və gözləntilərini açıqlayaraq yazırdı:

“Ümumilikdə türklərin Bakını ələ keçirmək imkanları çox da inandırıcı görünmür. Ehtimal ki, (bu bizim üçün ən məqbul variantdır!) məğlub olacaqlar. Əgər bolşeviklərlə anlaşa bilsək, o zaman Bakının neft mədənlərini və şəhərdəki yanacaq ehtiyatlarını tam nəzarətə götürə bilərdik. Yox, əgər onlar (bolşeviklər –V.Q.) məqsədlərinə çatmayıb şəhəri tərk etməli olsalar, o zaman bütün Bakıya od vurub yandıracaqlar. Nəticədə nə türklər, nə də biz neftdən yararlana biləcəyik”.


Vilayət Quliyev,
Azərbaycanın Macarıstandfakı səfiri

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Koronavirusa yoluxmuş “Aşıq Yedigar”ın son vəziyyəti - AÇIQLAMA 27 Sentyabr 2021, 11:02 Ermənistanın müharibədəki itkiləri barədə YENİ MƏLUMAT 27 Sentyabr 2021, 11:01 Xudavəng monastırında şəhidlərin xatirəsi yad olunub 27 Sentyabr 2021, 10:56 Müharibənin bir ili: Ermənilər nə düşünür? 27 Sentyabr 2021, 10:51 Spiker Anım Günü ilə bağlı paylaşım etdi 27 Sentyabr 2021, 10:46 Beynəlxalq Türk Akademiyası prezidentinin Azərbaycana mesajı 27 Sentyabr 2021, 10:43 44 günlük müharibənin ZƏFƏR günü... 27 Sentyabr 2021, 10:42 Naxçıvan məscidlərində şəhidlərin xatirəsi anılıb   27 Sentyabr 2021, 10:36 Qəhrəmanlıq salnaməsi - VİDEO 27 Sentyabr 2021, 10:32 Hikmət Hacıyevdən Anım Günü PAYLAŞIMI 27 Sentyabr 2021, 10:30 Ali Baş Komandan: “Düşmən beli qırılanda təslim olmağa məcbur oldu” 27 Sentyabr 2021, 10:27 Prezidentin xalqa müraciəti - TAM MƏTN 27 Sentyabr 2021, 10:26 Bu gün dəmir yumruğun endiyi gündür - Səfir 27 Sentyabr 2021, 10:22 Paşinyan terrorçuların lideri ilə müzakirə apardı 27 Sentyabr 2021, 10:19 “Düşmən 30 il ərzində bizə meydan oxuyub” - Ali Baş Komandan 27 Sentyabr 2021, 10:18 DTX Anım Günü ilə bağlı vodeoçarx hazırladı 27 Sentyabr 2021, 10:17 İlham Əliyev: Kimsə “Dağlıq Qarabağ” adlı ölünü diriltmək istəyirsə, onu öz ərazisində etsin! 27 Sentyabr 2021, 10:16 Səttar Möhbalıyevdən Anım Günü ilə bağlı paylaşım 27 Sentyabr 2021, 10:12 Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır - İlham Əliyev 27 Sentyabr 2021, 10:07 Bakıda II Qarabağ Müharibəsi qəhrəmanlarına abidə UCALDILACAQ  27 Sentyabr 2021, 10:06 Ağdam Cümə məscidində şəhidlərin ruhuna dualar oxunub 27 Sentyabr 2021, 10:03 Prezident Xalqa müraciət edir - VİDEO 27 Sentyabr 2021, 10:00 Sentyabrın 27-də azad olunan ərazilər - SİYAHI 27 Sentyabr 2021, 09:55 Qələbəmizin memarı 27 Sentyabr 2021, 09:50 Ombudsman Anım Günü ilə bağlı bəyanat yaydı 27 Sentyabr 2021, 09:47 Heydər məscidində şəhidlərin xatirəsi anılıb 27 Sentyabr 2021, 09:44 Azərbaycan Ordusunun inamlı Qələbəsi 27 Sentyabr 2021, 09:40 Yuxarı Gövhər Ağa məscidində şəhidlər anılıb - VİDEO 27 Sentyabr 2021, 09:35 Şeyxülislam: Beynəlxalq hüququn edə bilmədiyini Ordumuz etdi 27 Sentyabr 2021, 09:33 Almaniyanın yeni kansleri kim olacaq… - Seçkinin nəticələri 27 Sentyabr 2021, 09:31 Bakıda səkkiz mağaza yanıb 27 Sentyabr 2021, 09:28 Professor Buludxan Xəlilov vəfat edib 27 Sentyabr 2021, 09:22 İstanbulda Vətən müharibəsi şəhidləri anılıb - FOTOLAR 27 Sentyabr 2021, 09:16 Dini məbədlərdə Şəhidlərin ruhuna dualar oxunur 27 Sentyabr 2021, 09:08 Xarici valyutaların manata qarşı məzənnələri 27 Sentyabr 2021, 09:06
SORĞU Hansı vaksinə etibar edirsiniz?