Modern.az

Azərbaycanda 7 ayın nikah, boşanma və ölüm SAYI

Azərbaycanda 7 ayın nikah, boşanma və ölüm SAYI

Aktual

15 Sentyabr 2020, 16:46

Cari ilin 7 ayında ölkәdә 37426 ölüm halı qeydә alınıb vә әhalinin hәr 1000 nәfәrinә ölüm sәviyyәsi 6,4 tәşkil edib. 

Dövlət Statistika Komitəsindən (DSK) Modern.az-a verilən məlumata görə, 2020-ci ilin yanvar-iyul aylarında qeydiyyat şöbәlәri tәrәfindәn 20611 nikah vә 8285 boşanma halları qeydә alınıb.

Əhalinin hәr 1000 nәfәrinә nikahların sayı 3,5, boşanmaların sayı isә 1,4 olub.

Daxili İşlәr Nazirliyi vә Dövlәt Miqrasiya Xidmәtinin müvafiq qurumları tәrәfindәn daimi yaşamaq üçün Azәrbaycana gələn və ölkədən gedənlərin sayı da açıqlanıb.

Bu ilin yanvar-iyul ayları әrzindә  947 nәfәr gәlәn, Azәrbaycandan isә 397 nәfәr gedәn qeydә alınaraq, miqrasiya saldosu müsbәt 550 nәfәr tәşkil edib.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir