Modern.az

Parlamentdə koronavirusla bağlı dinləmələr keçiriləcək

Parlamentdə koronavirusla bağlı dinləmələr keçiriləcək

16 Sentyabr 2020, 12:29

Milli Məclisdə koronavirusla (COVID-19) bağlı dinləmə keçiriləcək.

 

Modern.az xəbər verir ki, bu, Milli Məclisin Səhiyyə komitəsinin 2020-ci ilin payız sessiyasının İş Planında öz əksini tapıb. Səhiyyə komitəsi payız sessiyasında icbari tibbi sığortanın tətbiqi ilə bağlı normativ-hüquqi aktlara dəyişikliklərin edilməsi və onkoloji xəstələrə tibbi yardımın vəziyyəti və perspektivləri ilə bağlı da dinləmələr təşkil edəcək.

 

İş Planı Milli Məclisin Səhiyyə komitəsinin sentyabrın 18-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi