Arxiv
16 Sentyabr 2020, 16:39 | DİASPOR
İstanbulda Bakının qurtuluş günü təntənə ilə qeyd edilib

Türkiyənin İstanbul şəhərində Bakının erməni-daşnak və bolşevik birləşmələrinin işğalından azad olunmasının 102-ci ildönümü münasibətilə təntənəli tədbir keçirilib.

 

Modern.az xəbər verir ki, “102 il əvvəl əbədi əməkdaşlığa atılan qardaşlıq imzası: Bir millət, iki dövlətin hekayəsi” adlı tədbir Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) təşkilatçılığı ilə gerçəkləşdirilib.

 

 

Mərasimdə Türkiyənin Milli müdafiə nazirinin müavini Alpaslan Kavaklıoğlu, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, ölkəmizin İstanbuldaki baş konsulu Nərminə Mustafayeva, Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə–Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, TADİV-in sədri, professor Aygün Attar, “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver, Türkiyədə fəaliyyət göstərən ictimai birliklərin nümayəndələri, hər iki ölkədən olan ziyalılar və media təmsilçiləri iştirak ediblər.

 

Azərbaycanın və Türkiyənin Dövlət Himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edənlər Bakının azad edilməsini tarixin ən böyük zəfərlərindən biri adlandıraraq Qafqaz İslam Ordusunun qardaşlıq köməyinin heç vaxt unudulmayacağını vurğulayıblar. Onlar qədim köklərə bağlı olan Türkiyə-Azərbaycan münasibətlərindən, iki qardaş ölkənin birgə inkişaf yolundan danışıblar.

 

Təntənəli gecə iki ölkənin milli musiqilərinin təqdim olunduğu bədii hissə ilə başa çatıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
20 min şəhid ailəsinə ödənişlər edilib - Sahil Babayev 8 Dekabr 2021, 12:48 “YAŞAT”a 65 milyon manat İANƏ EDİLİB 8 Dekabr 2021, 12:42 “ASAN Xidmət”də işlə təmin olunan şəhid ailələrinin SAYI 8 Dekabr 2021, 12:36 Seyran Ohanyanın əmlakına həbs qoyuldu 8 Dekabr 2021, 12:33 Minaların təmizlənməsi üçün ölkəyə gətirilən mallar vergidən azad olunur 8 Dekabr 2021, 12:30 “YAŞAT” Fondu hesabat verdi - 1 ildə toplanan vəsait hara XƏRCLƏNİB 8 Dekabr 2021, 12:28 Nazir müavini Soçi razılaşmadan DANIŞDI 8 Dekabr 2021, 12:23 XİN-də işləmək istyənlər üçün sınaq İMTAHANI 8 Dekabr 2021, 12:20 Xocavənddə əsir düşən diversantlar İrəvanda danışdılar: “Bizim 62 nəfərlik qrupu “Yaşma”nın 7-8 əsgəri saxladı” 8 Dekabr 2021, 12:15 İcmal büdcənin gəlirləri və xərcləri dəqiqləşdirilir 8 Dekabr 2021, 12:12 Qələbəmiz Azərbaycan dilinin Cənubi Qafqazda nüfuzunu ARTIRIR 8 Dekabr 2021, 12:09 Manatın ucuzlaşması gözlənilir? - Rəsmi cavab 8 Dekabr 2021, 12:04 Salyanın bu kəndinin elektrik şəbəkəsi tam yenilənir - VİDEO 8 Dekabr 2021, 12:00 Qarabağda qanunsuz fəaliyyət göstərən şirkətlərlə bağlı araşdırmalar aparılır 8 Dekabr 2021, 11:55 Azərbaycan nefti 3 dollardan çox bahalaşdı 8 Dekabr 2021, 11:50 “Bizim istinad etdiyimiz məlumatların hamısı sübutlar əsasındadır” 8 Dekabr 2021, 11:47 Fərid Mansurov Akademiyaya prorektor TƏYİN OLUNDU 8 Dekabr 2021, 11:44 Azərbaycan Ermənistana qarşı yeni iddialar qaldıracaq 8 Dekabr 2021, 11:40 Nazir müavini Azərbaycanda saxlanılan erməni əsirlərdən DANIŞDI 8 Dekabr 2021, 11:35 “Ermənistan mina xəritələri ilə bağlı qeyri-səmimi mövqedən çıxış edir” - Elnur Məmmədov 8 Dekabr 2021, 11:33 Azərbaycan məhkəmədə parkın mahiyyətini və məqsədini ətraflı izah edib - Nazir müavini 8 Dekabr 2021, 11:30 Vahid Əhmədovla Pro Söhbət - Elçibəy hakimiyyətdən gedəcəyini bilirdi   8 Dekabr 2021, 11:30 Payızlıq əkinlərin bəyanı davam edir - FOTOLAR 8 Dekabr 2021, 11:27 İnkişaf istəyiriksə, dəyişikliyə getməliyik 8 Dekabr 2021, 11:24 Bizim şikayətimizə Avropa Məhkəməsində baxılacaq - Elnur Məmmədov 8 Dekabr 2021, 11:20 2024-cü ildə Azərbaycanın bütün ərazisi internetlə təmin olunacaq 8 Dekabr 2021, 11:14 Qadınlarla kişilərin əmək haqqında fərq var - NAZİR 8 Dekabr 2021, 11:09 Diasporumuzu yaşadan Azərbaycan dili məktəbləri... 8 Dekabr 2021, 11:06 Xarici işlər nazirinin müavini brifinq keçirir - CANLI 8 Dekabr 2021, 11:03 Döyüş sınağı ləyaqət və mətinlik İMTAHANIDIR 8 Dekabr 2021, 11:00 Nazir idmançılara ev və “Mercedes S-Class” verəcək - Foto 8 Dekabr 2021, 10:55 Spikerin sözündən qəzəblənən ermənilər dövlət binasını mühasirəyə aldı 8 Dekabr 2021, 10:50 Bu il 230 min şəxs işlə təmin edilib 8 Dekabr 2021, 10:46 “Şəhərdən Kəndə”dən daha bir təsərrüfata DƏSTƏK 8 Dekabr 2021, 10:43 Gənclər öz ixtisaslarına uyğun iş tapmır – Sahil Babayev 8 Dekabr 2021, 10:40
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?