Modern.az

BNA-dan avtobusun yanması xəbərinə reaksiya

BNA-dan avtobusun yanması xəbərinə reaksiya

Aktual

17 Sentyabr 2020, 00:02

”Sentyabrın 16-da axşam saat 22:00 radələrində Bülbül prospekti 1-5 ünvanında 14 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişin avtobusunun yanması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir”.

Modern.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin  Mətbuat xidmətinin rəhbəri Mais Ağayev APA-nın hadisə yerində olan əməkdaşına verdiyi açıqlamada bildirib.

BNA sözçüsü qeyd edib ki, avtobusda kiçik texniki nasazlıq yaranıb və mobil texniki xidmət qrupunun müdaxiləsi ilə nasazlıq qısa vaxtda aradan qaldırılıb.

Avtobus depoya yola salınıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür