Modern.az

“Neftçi” bu gün “Qalatasaray”la oynayır - Matç SAATI

“Neftçi” bu gün “Qalatasaray”la oynayır - Matç SAATI

Aktual

17 Sentyabr 2020, 09:10

Bakının “Neftçi” klubu bu gün Avropa Liqasında növbəti oyununa çıxacaq.

Modern.az xəbər verir ki, paytaxt təmsilçisi 2-ci təsnifat mərhələsində Türkiyənin “Qalatasaray” klubu ilə qarşılaşacaq. Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.

İlk mərhələdə Şimali Makedoniyanın “Şkupi” klubunu mübarizədən kənarlaşdıran (2:1) Füzuli Məmmədovun komandası Türkiyə nəhəngi ilə oyuna da qələbə üçün çıxacaq.

Qeyd edək k, “Neftçi” – “Qalatasaray” cütünün qalibi bu gün keçiriləcək "Renova” (Şimali Makedoniya) - “Hayduk” (Xorvatiya) oyununda üstün olan komandanı qəbul edəcək.

17 sentyabr

Avropa Liqası

2-ci təsnifat mərhələsi

20:00. “Neftçi” (Azərbaycan) – “Qalatasaray” (Türkiyə)
Hakimlər
: Kevin Klensi, Devid Makqişi, Qrem Stüart, Euan Anderson (hamısı Şotlandiya)
Bakı Olimpiya Stadionu

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir