Arxiv
17 Sentyabr 2020, 10:22 | ƏDƏBİYYAT
General Denstervill Bakı uğrunda döyüşlərdə ERMƏNİLƏR HAQDA

(Gündəlikdən parçalar)


19 avqust 1918-ci il

Dünən və bu gün uzunluğu 10 milə çatan cəbhə xəttini bütünlüklə gəzmişəm. Cənubda, dəniz sahilindən şimala qədər sağ cinah açıq qalır. Bu da türklərə qüvvələrini yenidən qruplaşdırmağa, yarımadanın şərqindən arxamızda müəyyən narahatlıq yaratmağa imkan verir. Hər iki cinahın ön xəttində dayanan ermənilərin nəzarət etdikləri mövqelərin mənim Şimali Stafforddan olan əsgərlərim hesabına qüvvətləndirilsə də bu ermənilər son dərəcə boş, fərsiz adamlardır. Aralarında heç bir nizam-intizam və mütəşəkkillik yoxdur. Tədricən erməni batalyonlarına britaniyalı komandirlər göndərməyə başlamışıq. Batareyalarda da bizim zabitlər var.

1 sentyabr 1918-ci il

Bakı heç nəyə baxmadan hələ də müdafiə olunur. Bu sadəcə uzun sürən möcüzədən başqa bir şey deyil. Şəhərdə qayda-qanun və nizam-intizam yoxdur. Beş nəfər diktator – Yermakov, Lemlin, Velunts (erməni) və b. yarpaq kimi zəifdirlər. Bakı qoşunlarında heç bir intizam, mütəşəkkillik və tabeçilik nişanəsi görünmür. Ermənilər düşmənin hücum etdiyi hər yerdə geri qaçırlar. Nəticədə əsgərlərim yardımdan məhrum olduqlarına görə asan ova çevrilirlər. Mən ermənilərə az öncə möhkəmləndirilən mövqelərdə yerləşməyi əmr etmişdim. Çünki məhz həmin istiqamətdən zərbə gözləyirdik. Amma onlar düşmən hücumunu əsas gətirib əmrin icrasından boyun qaçırdılar. Dünən erməni hərbi hissələrə cəbhə xəttinə yollanmaq əmr olunub. Lakin yığışıb məsələ ilə bağlı iclas keçiriblər. İştirakçıların 30 faizi cəbhə xəttinə getməyin lehinə olub. 70 faiz əleyhinə çıxıb. Bu 30 faiz həqiqətən də dəyanətli oğlanlardır. Onlar qalan 70 faizin üstünə silah çəkiblər ki, ya cəzalandırsınlar, ya da əmrin icrasına məcbur etsinlər. Güllə səsləri bizim zirehli maşınlardan birinin lap yaxınlığından gəlib. Maşına cavabdeh olan kiçik zabit komandirə zəng vurub. “Əgər atəşi dərhal dayandırmasalar, onları gülləbaran etmək əmrini vercəyəm”. Komandir cavabında deyib: “Buyurun, əmr verin!"


3 sentyabr 1918-ci il

Baş komandan general Dokuçayev yaxşı oğlandır. Amma elə güclü adam deyil, üstəlik də ən çətin sahə üçün cavabdehdir. Onun qərargah rəisi polkovnik Avetisov ( ermənidir) zəif, xəstə, tamamən heç bir işə yaramayan adamdır. Generala dedim ki, onu dalına bir təpik vurub qovsun, yerinə də Stouku təyin etsin.

5 sentyabr 1918-ci il

Çevrəmdəki əsasən ermənilərdən ibarət Bakı qoşunları həqiqətən də xalis dəhşətdir. Dünən gecə, qaranlıq düşəndə zabitlərimdən biri müdafiə xəttini inspeksiya edirdi. Ən təhlükəli və düşmən hücumunun ən çox gözlənildiyi yerdə ermənilərdən bir nəfərə də rast gəlməmişdi. Əslində isə cəbhə xəttinin həmin hissəsində 1500 əsgər və 2 pulemyot olmalıdır. Bütöv erməni batalyonunun dayanmalı olduğu başqa nöqtədə isə cəmisi 75 nəfər varmış.


12 sentyabr

Qonşu verfdə qadını aşnası güllə ilə vurub yaralayıb. Onun qulağı deşən fəryadları adama kədər gətirir. Amma belə hallar burada adi şey sayılır. Qəddar ermənilər müsəlmanlara hücumlarına heç ara vermirlər. Dünən gecə yenə də tatar evinə basqın ediblər. Rus əsgərləri qayda-qanun yaratmaq üçün gələndə kapitanın oğlu yaralanıb. Ona örə də gəmidə matəmdir. Dünən bombardman olmayıb. İnsanın zəhləsini tökən sakitlikdir.


15 sentyabr 1918-ci il

Ermənilərdən isə həmişəki kimi bu dəfə də bir fayda yox idi.


16 sentyabr 1918-ci il

Bu erməni qaçqınları əsl fəlakətdir!

(ingilis dilindən tərcümə Vilayət Quliyevindir)

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Teledərslərin sabaha olan CƏDVƏLİ 25 Noyabr 2020, 20:15 Konstitusiya Məhkəməsi Milli Məclisə müraciət etdi 25 Noyabr 2020, 20:03 Azərbaycanda Türkiyənin birinci Ticarət evi açılacaq 25 Noyabr 2020, 19:44 Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı dəyişib 25 Noyabr 2020, 19:37 Ermənistan prezidentinin eks-köməkçisindən Qarabağ AÇIQLAMASI 25 Noyabr 2020, 19:30 27 illik həsrətə son – Kəlbəcərli qonaqlarla müzakirə - VİDEO 25 Noyabr 2020, 19:18 Bakıda qəza: Yolda sıxlıq var 25 Noyabr 2020, 19:02 DYP-dən sürücülərə MÜRACİƏT 25 Noyabr 2020, 18:48 Xocalı və Xocavəndin bu kəndlərinin adı dəyişdirildi 25 Noyabr 2020, 18:40 Azərbaycanda daha 3469 nəfər virusa yoluxdu - 30 nəfər öldü 25 Noyabr 2020, 18:27 Siyasi partiyalar Fransa ilə bağlı bəyanat YAYDI 25 Noyabr 2020, 18:20 Kamran Əliyevin yerinə yeni TƏYİNAT oldu 25 Noyabr 2020, 18:11 Dünya çempionu Qarabağda şəhid oldu 25 Noyabr 2020, 18:06 Şıxarx qəsəbəsində qaz xətlərinin təmirinə başlanıldı 25 Noyabr 2020, 18:04 Ceyhun Bayramov iranlı həmkarı ilə görüşdü 25 Noyabr 2020, 18:03 Naftalanda QTA-nin nümayəndələri növbəti dəfə birgə reyd keçiriblər 25 Noyabr 2020, 17:57 Azay Quliyev seçicilərlə videogörüş keçirib 25 Noyabr 2020, 17:52 Gəncədə mənzildə meyit tapıldı 25 Noyabr 2020, 17:46 “Qalatasaray”ın prezidenti azərbaycanlı şəhiddən danışdı 25 Noyabr 2020, 17:40 Şuşada 27 ildən sonra ilk taksimiz - VİDEO 25 Noyabr 2020, 17:34 Milli Qəhrəmanlar Kəlbəcərin alınmasını ŞƏRH ETDİLƏR 25 Noyabr 2020, 17:28 Hökumət ürəyindən qəlpə yarası alan hərbçiyə ev tikəcək 25 Noyabr 2020, 17:22 AZAL işğaldan azad edilmiş ərazilərdəki hava limanları ICAO reyestrinə daxil edəcək 25 Noyabr 2020, 17:16 Lal, kar, kor dünyanın gözləri qarşısında AZƏRBAYCAN adlı Zəfər 25 Noyabr 2020, 17:10 Lənkəranda 5 min ədəd limon meyvələri oğurlandı 25 Noyabr 2020, 17:05 Nəzakət Teymurovanın “Əsgərə məktub”u 25 Noyabr 2020, 17:00 Məhkəmə keçmiş icra başçısı ilə bağlı QƏRAR VERDİ 25 Noyabr 2020, 16:56 Naftalanda  itkin düşən şəxs axtarılır 25 Noyabr 2020, 16:52 Dilindən, dinindən asılı olmayaraq hər kəs “Qarabağ Azərbaycandır” dedi - Naqif Həmzəyev 25 Noyabr 2020, 16:47 Direktor vəzifəsinə qəbul olanların statistikası AÇIQLANDI 25 Noyabr 2020, 16:42 İşğaldan azad olunmuş şəhər və rayonlarda qələbə tədbirləri keçirilib - FOTO 25 Noyabr 2020, 16:37 Rusiyalı general Azərbaycanın Qarabağdakı qələbəsini ALQIŞLADI: “Ermənilər məni öldürmək istəyirdilər” 25 Noyabr 2020, 16:32 Abşeron, Binəqədi və Sabunçuda 2 gün su olmayacaq 25 Noyabr 2020, 16:26 Azərbaycanda iki yeni sitrus meyvənin kütləvi yetişdirilməsinə başlanıldı 25 Noyabr 2020, 16:20 Azərbaycan Rusiya və Almaniyaya tibbi maska satışına başlayır 25 Noyabr 2020, 16:14
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?