Arxiv
18 Sentyabr 2020, 10:55 | PARLAMENT
Azərbaycanda referendum təklif olunur - Deputatlardan REAKSİYA

Azərbaycanda Konstitusiya dəyişikliyi üçün referendumun keçirilməsini vacib hesab edənlər var. Bəzi siyasi ekspertlər seçki sisteminin dəyişdirilməsi, proporsional seçki sisteminin bərpası, Milli Məclisdə yerlərin 125-dən 150-ə qədər artırılması, icra hakimiyyətlərinin ləğv olunması, bələdiyyələrin statusunun artırılması kimi məsələlərin referenduma çıxarılmasının tərəfdarı kimi çıxış edirlər. Onlar hətta Azərbaycanın siyasi idarəçiliyilə bağlı dəyişikliyi- parlament respublikasına keçid etməyi vacib sayırlar. Bəzi iddialara görə, yaxın aylarda sadalanan məsələlərlə bağlı ictimai müzakirələrə başlana bilər.

Maraqlıdır, bu islahatlara gedilə bilərmi və referendumun keçirilməsi nə dərəcədə aktualdır?

Milli Məclisin deputatı Fəzail Ağamalı Modern.az-a deyib ki, Konstitusiya dəyişikliyi ilə bağlı kütləvi informasiya vasitələrində ara-sıra bəzi məlumatlar yayımlanır, sistemli deyil, pərakəndə şəkildə müzakirələr açılır:


“Lakin düşünürəm ki, bunların hər biri gələcəkdə özünü aktual şəkildə göstərə bilər. İstər parlament respublikasına keçid, istər indiki majoritarla qarışıq sistemdən azad olunması, istərsə də, rayonların ləğv edilməsi, ola bilsin quberniya və vilayətlərin yaranması məsələsi də aktuallaşa bilər. Lakin indiki zaman kəsiyində bu qeyd etdiyiniz məsələlər aktual deyil. Rəsmi səviyyələrdə müzakirə olunmur.

Məndə bu məsələlərlə bağlı həm Milli Məclis, həm də icra strukturları səviyyəsində ciddi xarakter daşıyan müzakirələrin aparılması haqqında hər hansı məlumat yoxdur. Mən Milli Məclisin deputatıyam, bu məsələlərdə ciddi rol oynayan komitənin – Hüquq Siyasəti və Dövlət Quruculuğu komitəsinin üzvüyəm. Belə bir müzakirə olsa, bizim mütləq ki, xəbərimiz olar. Ola bilsin, bu, ayrı-ayrı müəlliflərin önə çəkdiyi məsələləri aktuallaşdırmaq, gündəmdə qalmaq, oxucu cəlb etmək istəyidir”.


Milli Məclisin komitə sədri Tahir Rzayev də ortaya atılan iddiaların gerçək olduğunu düşünmür:


“Azərbaycanda Konstitusiya dəyişikliklərinin olması qaçılmaz haldır. Lakin indiki məqamda – müharibə şəraitində olduğumuz dövrdə bu məsələ gündəmdə deyil. Hansısa şəxslər tərəfindən təklif olunması da məlum deyil”.


Deputat Sabir Rüstəmxanlının məsələyə münasibəti belə olub:

“Ölkədə sistem, cəmiyyət, seçki sistemi ehkam deyil. Ölkənin mənafeyi naminə seçki də keçirmək olar, referendum da - nə lazımdırsa, bunu etmək mümkündür. Amma indiki halda qaçaraq, referenduma ehtiyac var, yoxsa, yoxdur, bunu deyə bilmərəm. Hər halda, sadəcə iddiaların bəziləri sosial sifariş kimi, bəziləri cəmiyyətin istəyi, hakimiyyətin münasibətini yoxlamaq üçün deyilir və s. Hər bir halda cəmiyyətdə gedən müzakirələrə, fikir fərqliliyinə, müxtəlif düşüncələrin ortaya atılmasına heç vaxt qeyri-adi baxmıram. Əksinə, bu cəmiyyətdə fəallığı qüvvədə saxlayır və daimi yenilənməni həyata keçirir”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Müdafiə Nazirliyindən erməni hərbçilərə məsləhət - silahı yerə qoyun və təslim olun 24 Oktyabr 2020, 19:38 Düşmənin hərbi texnikası və infrastrukturu məhv EDİLDİ 24 Oktyabr 2020, 19:20 Rusiya XİN Arturla bağlı məlumat yaydı 24 Oktyabr 2020, 19:05 Bielefelddə Gəncə terroruna qarşı etiraz yürüşü keçirilib - FOTO 24 Oktyabr 2020, 19:00 Düşmən qüvvələrindən əsir götürülənlər var - Müdafiə Nazirliyi 24 Oktyabr 2020, 18:50 Sabiq nazir:Hazırda bölgədə 3 tərəf var - Ermənistan, Azərbaycan və koronavirus”  24 Oktyabr 2020, 18:47 Paşinyandan sonra Mnatsakanyan da məşhur TV-də biabır olub 24 Oktyabr 2020, 18:37 Azərbaycan-Nyu-York Assosiasiyasının rəhbəri Amerika Nümayəndələr Palatasının üzvü ilə görüşüb   24 Oktyabr 2020, 18:30 “Amerikanın səsi” üzr istədi - FOTO 24 Oktyabr 2020, 18:28 Gəncə terrorunun qurbanları Hamburq və Frankfurtda yad edilib - FOTO 24 Oktyabr 2020, 18:23 “Ən böyük xəyalım Türkiyə və Azərbaycanı tək dövlət görməkdir” - İlker Başbuğ  24 Oktyabr 2020, 18:16 Bayrağımız Şuşada, Ağdərədə və digər işğalda olan torpaqlarda dalğalandıracağıq - VİDEO 24 Oktyabr 2020, 18:09 Gəncədə 10 qadın və 6 uşaq olmaqla 26 nəfər həlak olub - Baş Prokurorluq 24 Oktyabr 2020, 18:00 Azərbaycandan erməni əsgər və könüllülərə - “Təslim olun!” 24 Oktyabr 2020, 17:54 Parlament jurnalistləri yeni layihə reallaşdırıb 24 Oktyabr 2020, 17:48 Parisdəki Azərbaycan Evinin rəhbəri “Sputnik Frans”a müsahibə verib   24 Oktyabr 2020, 17:42 Hikmət Hacıyev Ermənistan ərazisindən Azərbaycanın ərazisinə hücumlardan DANIŞDI 24 Oktyabr 2020, 17:36 Müdafiə Nazirliyindən ermənilərə müraciət - işğal olunmuş ərazilərdə hərbi obyektlərdən uzaq durun 24 Oktyabr 2020, 17:30 Həlak olan mülki şəxslərin sayı 65-ə çatdı - 297 nəfər yaralandı 24 Oktyabr 2020, 17:25 “Ermənilərin bizim torpaqda qalmalarına icazə verməməliyik” - Elman Məmmədov 24 Oktyabr 2020, 17:20 Qax və Zaqatalanın giriş-çıxışlarında karantin postları quruldu - FOTO 24 Oktyabr 2020, 17:14 Bruney Şahzadəsi vəfat edib 24 Oktyabr 2020, 17:07 Rusiya səfirliyindən Gəncə terrorunun qurbanı olan yeniyetmə ilə bağlı açıqlama 24 Oktyabr 2020, 17:00 Artilleriya bölmələrimiz düşmənə sarsıdıcı zərbələr endirdi - VİDEO 24 Oktyabr 2020, 16:51 Fransanın məşhur “AGORA VOX Le media citoyen” informasiya portalında Qarabağla bağlı məqalə dərc olunub 24 Oktyabr 2020, 16:49 Ağlını itirmiş rəhbər və ya Paşinyanın “parkinson xəstəliyi” 24 Oktyabr 2020, 16:44 Xarkov vilayətində Azərbaycanın Milli Qəhrəmanı Ruslan Polovinka yad edilib 24 Oktyabr 2020, 16:36 Düşmən növbəti itkilərinin sayını açıqladı - SİYAHI 24 Oktyabr 2020, 16:33 Müdafiə Nazirliyindən yayılan saxta videolarla bağlı AÇIQLAMA 24 Oktyabr 2020, 16:31 “Bu səhər İlham Əliyevlə danışdım” - Ərdoğan 24 Oktyabr 2020, 16:25 Şəhid hərbçilərin və həlak olan mülki şəxslərin kreditləri TAM SİLİNDİ 24 Oktyabr 2020, 16:19 Düşmənin məqsədi ordumuzun Ermənistan ərazisinə atəş açmağa təhrik etməkdir - Hikmət Hacıyev 24 Oktyabr 2020, 16:16 Düşmənin növbəti PUA-sı məhv edildi 24 Oktyabr 2020, 16:10 Ordu irəliləyir, Prezident müjdələr verir, üzümüz gülür... 24 Oktyabr 2020, 16:03 Serbiyanın “Natsionalna TV” kanalında ölkəmizdən danışılıb 24 Oktyabr 2020, 15:57