Arxiv
19 Sentyabr 2020, 21:30 | AKTUAL
BDU professorun universitetə buraxılmamasının SƏBƏBİNİ AÇIQLADI

Bakı Dövlət Universiteti (BDU) ali təhsil müəssisəsinin Jurnalistika fakültəsinin müəllimi, professor Nəsir Əhmədlinin universitetə buraxılmaması ilə bağlı məlumatlara aydınlıq gətirib.

Bakı Dövlət Universitetindən Modern.az-a verilən məlumata görə, pofessor Nəsir Əhmədlinin “BDU-ya buraxılmaması” qanuna “SAYĞI”, BDU-nun öz qocaman pedaqoqlarına “QAYĞI”sıdır.

2020-ci il 19 sentyabr tarixində Yenicag.az saytında “BDU rektorundan ustad jurnalistə sayğısızlıq: Professor Nəsir Əhmədli universitetə buraxılmadı” başlıqlı qərəzli yazı yer alıb.

Bildiririk ki, ölkədə tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar olaraq cari ilin 3 mart tarixindən bütün təhsil müəssisələrində, o cümlədən Bakı Dövlət Universitetində də tədris və təlim-tərbiyə prosesi dayandırılmış, tədris məsafədən (distant formada) təşkil edilmişdir. Yay imtahan sessiyası dövründə, qanunvericiliyə uyğun olaraq, yalnız onlayn imtahan sessiyasının təşkili məqsədilə məhdud sayda əməkdaş işə cəlb olunmuşdur.

Bakı Dövlət Universitetində xüsusi karantin rejiminin tələblərinə hər zaman ciddi əməl olunmuş, əməkdaşların təhlükəsizliyinin qorunması üçün bütün zəruri tədbirlər görülmüşdür və görülməkdə davam edir. Hazırda əyani formada tədris və təlim-tərbiyə prosesinin təşkili üçün bütün tələblərin yerinə yetirilməsi istiqamətində vacib işlər görülür.

Məlum olduğu kimi, təhsil müəssisələrində tədrisin distant təşkili hal-hazıra qədər davam edir. 2020/2021-ci tərdis ilində tədrisin təşkili barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 sentyabr tarixli 332 nömrəli qərarı ilə “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları” təsdiq edilmiş, Azərbaycan Respublikasının Təhsil naziri bu barədə 2020-ci il 11 sentyabr tarixli F-424 nömrəli müvafiq əmr imzalamışdır. Göstərilən Qaydanın 4.2.1-ci bəndinə görə, əyani formada tədris və təlim-tərbiyə prosesinə yaşı 65-dən aşağı olan təhsilverənlər cəlb olunacaqdır. BDU-nun rəhbərliyi bütün struktur bölmələrinə yaşı 65-dən yuxarı olan hörmətli pedaqoqlarımıza ehtiyac yarandığı təqdirdə lazımi texniki dəstəyin göstərilməsi, eyni zamanda ehtiyac olarsa dərslərini daha gənc pedaqoqların əvəz etməsi barədə tapşırıq vermişdir.

Ölkəmizin 101 yaşlı ali təhsil müəssisəsi olan BDU hər zaman qocaman, ağsaqqal pedaqoqlarına hörmətlə yanaşmış, onların öz zəngin təcrübələrini, biliklərini tələbələrə, gənc pedaqoqlara çatdırmaları üçün bütün şəraiti yaratmışdır. Təsadüfi deyil ki, Universitet üzrə qərarların qəbul edilməsində BDU-nun Ağsaqqallar Şurasının rəyinə, ustad pedaqoqların məsləhətlərinə böyük önəm verilir. Professor Nəsir Əhmədlinin “BDU-ya buraxılmaması” ustad jurnalistə “sayğısızlıq” deyil, qanuna “SAYĞI”, BDU-nun öz qocaman pedaqoqlarına “QAYĞI”sı kimi qəbul edilməlidir.

Professor Nəsir Əhmədli BDU-nun ağsaqqal, təcrübəli və ustad professorlarındandır. Bu gün də həvəslə peşəkar jurnalist kadrların hazırlanmasında əvəzsiz rol oynayır. Azərbaycan dilinin təmizliyinin qorunması, ana dilimizin qaydalarına ciddi əməl edilməsi istiqamətində ustad müəllim kimi mübarizə aparır. Bu yorulmaz elmi və pedaqoji fəaliyyətinə görə ötən il BDU-nun 100 illik yubileyi münasibətilə “3-cü dərəcəli Əmək Ordeni” və Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilmişdir.

Bir daha bütün kütləvi informasiya vasitələrindən xahiş edirik ki, sensasiya xatirinə əsassız informasiyalar yayıb, Universitetdə aparılan islahatlara, görülən işlərə kölgə salmasınlar. Professor Nəsir Əhmədlinin öz sosial şəbəkə hesabında qeyd etdiyi kövrək duyğularını bu cür yozmaq qəbuledilən deyil.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İsrail hökuməti Bəhreynlə razılaşmanı təsdiqlədi 25 Oktyabr 2020, 14:50 Azərbaycan QHT-ləri beynəlxalq təşkilatlara müraciət ünvanladı 25 Oktyabr 2020, 14:34 Ermənilərin Gəncə terroru iki uşaq anasını görmə qabiliyyətindən məhrum etdi 25 Oktyabr 2020, 14:29 Türkiyə Yazıçılar Birliyi: Azərbaycanlı qardaşlarımızın yanında olacağıq 25 Oktyabr 2020, 14:17 Qubadlının işğaldan azad olunan kəndləri - VİDEO 25 Oktyabr 2020, 14:05 Ermənistan mülki əhalinin yaşadığı Meşəli kəndini hədəfə aldı 25 Oktyabr 2020, 13:58 Azərbaycanlı gənc Avropa İttifaqının saytında Paşinyanı İFŞA ETDİ 25 Oktyabr 2020, 13:52 İbtidai insan-hay sürüsünün “qan-gen” yaddaşı: şər, böhtan, yalan... 25 Oktyabr 2020, 13:45 Hikmət Hacıyev: Ermənistanın Azərbaycana hərbi hücumları təcavüz aktıdır 25 Oktyabr 2020, 13:39 Vankuverdə azərbaycanlılar Gəncədəki terrora etiraz etdi - Fotolar 25 Oktyabr 2020, 13:30 Hikmət Hacıyev 13 yaşlı Arturla vidadan video paylaşdı 25 Oktyabr 2020, 13:27 Nüvədililər İlham Əliyevə MÜRACİƏT ETDİLƏR: “Əgər razılıq versəniz…”  25 Oktyabr 2020, 13:22 RƏSMİ: Düşmən Ağdam, Tərtər və Ağcabədini atəşə tutur 25 Oktyabr 2020, 13:18 "Bölmənin bütün şəxsi heyəti yüksək döyüş ruhuna malikdir" 25 Oktyabr 2020, 13:08 Ceyhun Bayramov: "Bu yalnız sərhəd məsələsi deyil” 25 Oktyabr 2020, 12:39 Koreyada quş qripi aşkarlandı 25 Oktyabr 2020, 12:35 Ordumuz düşmənə qarşı yüksək dəqiqlikli silah tətbiq edir - Video 25 Oktyabr 2020, 12:13 Rusiyada daha bir rekord göstərici 25 Oktyabr 2020, 12:07 Sabahın havası: duman, külək... 25 Oktyabr 2020, 11:58 Qətərdə marketlər şəbəkəsi Fransa məhsullarını satmaqdan imtina etdi   25 Oktyabr 2020, 11:54 Rusiyada koronavirusdan ölənlərin sayı 26 mini ötdü 25 Oktyabr 2020, 11:45 Gəncədə erməni terroru nəticəsində həlak olmuş 13 yaşlı Arturla vida mərasimi keçirilir   25 Oktyabr 2020, 11:41 “Əl-Qaidə”nin ikinci adamı məhv edildi 25 Oktyabr 2020, 11:22 Ermənistanda ötən gün rekord sayda insan COVID-19-dan öldü 25 Oktyabr 2020, 11:20 Baş Prokurorluq xəbərdarlıq etdi: "Paylaşılması qadağandır" 25 Oktyabr 2020, 11:09 Koronavirusa həsr edilmiş qeyri-adi poçt markası buraxıldı 25 Oktyabr 2020, 11:08 Gürcüstanda koronavirusdan ölənlərin sayı 200-ü keçdi 25 Oktyabr 2020, 11:07 “Prezident İlham Əliyevin böyük idarəçilik təcrübəsi var” 25 Oktyabr 2020, 10:46 Hikmət Hacıyev: Fransa parlament heyətinin Ermənistana səfəri birtərəfli və qərəzli xarakter daşıyır” 25 Oktyabr 2020, 10:38 “Düşmənin canlı qüvvə və texnikalarını məhv edirik” - VİDEO 25 Oktyabr 2020, 10:30 Kaliforniyada Gəncə terroruna etiraz - FOTOLAR 25 Oktyabr 2020, 10:27 Ermənistanın mülki şəxslərə hücumundan sonra biz açıq şəkildə dedik ki, qisas alacağıq” - MÜSAHİBƏ   25 Oktyabr 2020, 10:20 Bu təyyarələr Türkiyə Ordusunun arsenalına daxil edildi 25 Oktyabr 2020, 09:58 Ukrayna ilə Azərbaycan arasında vaxt fərqi iki saat oldu   25 Oktyabr 2020, 09:51 Ölkə üzrə koronavirusa yoluxma statistikası açıqlandı 25 Oktyabr 2020, 09:49