Modern.az

Paris İrəvanı Yaxın Şərqə “qaytarır”

Paris İrəvanı Yaxın Şərqə “qaytarır”

20 Sentyabr 2020, 09:39

Qəzənfər Həmidoğlu


Ermənistan xarici işlər nazirinin Misirə səfəri, ərəb dövlətləri ilə əlaqələrdəki fəallıq İrəvanda "Ermənistanın Yaxın Şərqə qayıdışı" kimi şərh edilir.

Erməni nazir Qahirədə olarkən, Misirin Cairo24.com saytı maraqlı bir məqalə dərc etmişdi. Yazıda vurğulanır ki, Tovuzdakı toqquşmalardan sonra PKK terrorçularının Ermənistan Silahlı Qüvvələri (SQ) sıralarına qatılması intensivləşərək aktiv mərhələyə keçib.

Kürd terrorçuları (məqalədə "partizan" adlandırılır) Suriya və İraq ərazisindən İrana keçirlər. Toplantı məntəqəsi Urmiyadır və oradan artıq 25 kürd terrorçusu Ermənistana göndərilib. Ərəb saytı qeyd edir ki, yaxın günlərdə daha iki dəstə Ermənistana göndəriləcək: Birincisi, PKK-nın Suriya qanadından (YPG) toplanıb, 250 terrorçudan ibarətdir. Toplantı yeri Suriya-İraq sərhədində yerləşən Qamışlı bölgəsidir. "Zərbə qrupu" adlı bu quldur dəstəsinin İraqdan İrana keçirilməsi ilə İraqdakı iranyönümlü "Bədr" təşkilatı məşğul olur.

İkinci dəstə isə Ərbil (İraq) yaxınlığındakı "Mahmur" bazasında 25 peşmərgədən ibarət formalaşdırılıb.

Avqustda onlar "Hizbullah" ın İraq qanadının logistik dəstəyi ilə təşkilatın Bağdaddakı mənzil-qərarhında yerləşdirilmişdilər. Sentyabrın əvvəllərində onlardan 17-si İran sərhədindən keçirilərək Elam şəhərinə yerləşdirilib. Daha sonra terrorçular Urmiyadan quru yolla Ermənistana göndərilib. Daha 8 terrorçu isə təyyarə ilə Tehrandan İrəvana uçub.

Dünya terrordan qurtulmağa can atır, İrəvan isə terrorçuları Ermənistana yığır. Ermənistan rəhbərliyi Dağlıq Qarabağ münaqişəsini "beynəlmiləlləşdirməy" ə çalışır. Sirr deyil ki, terrorçularla oyun, PKK/YPG ilə əməkdaşlıq, onların sərhədlər aşaraq Ermənistana daşınması kimi təhlükəli iş böyük dövlətlərin xeyir-duası və xüsusi xidmətlərinin iştirakı olmadan mümkün deyil. Ekspertlər bu işdə Rusiya və Fransanın roluna diqqəti cəlb edirlər. Rusiya analitikləri isə özlərini xəbərsiz kimi aparırlar. Gazeta. ru saytına görə, Ermənistanın Yaxın Şərqə "qaytarılması" işini bu ölkənin dostu Fransa kurasiya edir.

Bəllidir ki, Suriyada YPG-nin ABŞ-dan sonra ikinci himayədarı Parisdir.

Ankara ilə açıq geosiyasi qarşıdurmaya girən Paris müxtəlif bölgələrdə (Liviya, Şərqi Aralıq dənizi, Suriya) Türkiyəyə qarşı cəbhə alır, bu fonda Dağlıq Qarabağ münaqişəsini də gözdən qaçırmır.

ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Fransa sadəcə passiv vasitəçi və ya erməniyönümlü deyil, faktiki olaraq Rusiya kimi münaqişənin aktiv tərəfidir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür