Modern.az

“Məğlubiyyətlər qaçılmazdır” - Rəşad Sadıqov

“Məğlubiyyətlər qaçılmazdır” - Rəşad Sadıqov

Aktual

20 Sentyabr 2020, 21:16

"Hakim idarəçiliyindən çox da narazı qaldığımı deyə bilmərəm. Oyunda emosiyalar olur. Yaxşı olardı ki, mübahisəli epizodlarla bağlı icmala baxandan sonra fikir bildirək".

Modern.az xəbər verir ki, bu fikirləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın III turunda evdə "Sabah"a 0:2 hesabı ilə uduzduqları matçdan sonra mətbuat konfransında deyib.

38 yaşlı mütəxəssis bildirib ki, qarşılaşmada bəzi səhvlər ediblər: "Futbol səhv oyunudur. Kim daha çox səhv edəcəksə, qarşı tərəf qələbə qazanacaq. Rəqib bunlardan daha çox istifadə etdi.

Öz səhvimizdən birinci qolu buraxdıq. Hücumlarımız alınırdı, amma bizi əks hücumda yaxaladılar. Məğlubiyyətlər qaçılmazdır, bu gün uduzduq, bu, yenə baş verə bilər. Əsas olan odur ki, düzgün nəticə çıxartmağa çalışaq".

Gənc baş məşqçi matçdan əvvəl hücumda dəyişiklik etmək istədiklərini vurğulayıb. 100 faizlik şanslardan yararlana bilmədik. Hiss edirdik ki, Davit Volkoku hücuma keçirəndə qol imkanları daha çox olacaq, belə də oldu. Bir neçə də şansımız yarandı. Amma yararlana bilmədik".

Sadıqov zədəli olan Ağabala Ramazanovun yeni məşqlərə başladığını, qarşıdakı turda deyil, ondan sonrakı turda hazır olacağını deyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir