Arxiv
20 Sentyabr 2020, 23:07 | AKTUAL
Qurban Qurbanov “Qarabağ”ın məğlubiyyət səbəbindən danışdı

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov evdə "Neftçi"yə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının III tur matçından sonra mətbuat konfransı keçirib.

Modern.az xəbər verir ki, 48 yaşlı mütəxəssis əvvəlcə oyunu dəyərləndirib:

- Məğlub olduq, ilk hissəni yaxşı keçirdik, sadəcə ikinci hissə vəziyyət bir az fərqli oldu. Situasiya bəllidir, sadəcə bundan sonrakı diqqətimiz futbolçuları daha yaxşı vəziyyətə gətirməkdir. Bizdən və rəhbərlikdən çox şey asılıdır. Futbolçularımızın yanında olmalıyıq.

Bu gün də komandamıza inanırıq. Qarşıdakı oyunlarda daha yaxşı olacağıq. Buna həm məcburuq, həm də potensialımız var. Rəqibi təbrik edirəm, vacib qələbə qazandılar. Çempionat təzə başlayıb, görünür ki, gərgin mübarizə olacaq. İndi futbolçuların yanında olub, bu uğursuzluğu aradan qaldırmalıyıq.

- Sıx qrafikin olmasından şikayət edirdiz. Milli komandanın oyunundan sonra 3 oyundur ki, qələbə qazana bilmirsiniz.

- Bunu bilmək üçün bilik lazım deyil. Sadəcə sıx qrafikdəyik və məncə, bu, hələ başlanğıcdır. Avropa Liqasının qrupuna düşsək, ondan sonra çox ağır rejim olacaq. Xüsusilə də, millidə oynayan futbolçular üçün də ağır olacaq. Abdullah Zubirin, Xayme Romeronun zədəsi var. Hücum xəttində itkilərimiz var belə qrafik olanda da iki qat zərbə vurur.

Bu oyuna hazırlaşmaq həqiqətən çətin idi. İlk hissədə oyun bizim nəzarətimizdə idi, amma get-gedə yorğunluq hiss olunmağa başladı. Bunları deməklə, "Neftçi"nin haqqına girmək istəmirəm. Bizim komandamızda yorğunluq olması öz problemimizdir.

- Hücum xəttindəki problemi necə aradan qaldırmağı düşünürsünüz?

- Bu gün tək hücumçuya yox, bir neçə futbolçuya ehtiyacımız var - heyətdə dəyişiklik üçün. Bəzən düşünürlər ki, Qurban Qurbanov prinsipə düşüb deyə, hücumçu almır. Qətiyyən belə deyil. Bu gün Zubir və Romero olsaydı, belə problem çox görünməyəcəkdi. Mahirin də hazırkı durumu - psixoloji gərgin olması ikinci hücumçuya ehtiyac yaradırdı. Zubir və Romero olsaydı, bunu həll etmək olardı. Axtarışlarımız davam edir, ancaq yenilik yoxdur.

- Rəqibin ikinci qolunda oyundankənar vəziyyət var idimi?

- Oyunun gedişatında gördüyümüz o idi ki, oyundankənar vəziyyət var idi. Yan xətt hakimi öz işinin öhdəsindən hər zaman layiqincə gəlir. Oyundankənar vəziyyət olduğu deyilirdi. Olsa belə, yan xətt hakiminə heç nə deməyəcəyəm. Ola bilər ki, səhv olsun. Bəlkə, saniyə məsələsi idi ki, gecikdi. Amma indi bu, nəticəni dəyişmir və biz məğlub olmuşuq. (Report)

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Son bir ayda doğulan oğlanlara qoyulan adlar: UĞUR... 28 Oktyabr 2020, 12:28 Edinburq şəhərində Gəncə terroru pisləndi 28 Oktyabr 2020, 12:24 “Atamın istəyi o idi ki, Qubadlıda şəhid olsun” - Şükür Həmidovun oğlu 28 Oktyabr 2020, 12:20 Nazirlik əhaliyə MÜRACİƏT ETDİ: Düşmən böyük şəhərlərimizdə təxribat törədə bilər! 28 Oktyabr 2020, 12:14 İlham Əliyev “İnterfaks”a müsahibə verib 28 Oktyabr 2020, 12:08 Kəlbəcər necə qurulacaq… - İcra başçısının I müavini, deputat və ağsaqqalın ARZULARI 28 Oktyabr 2020, 12:03 Nəsiman Yaqublu Beynəlxalq konfransda erməni terrorunu pisləd 28 Oktyabr 2020, 12:00 Bərdədə həlak olan 7 yaşlı Aysu dəfn olundu - FOTO 28 Oktyabr 2020, 11:55 Paşinyan daha bir vəzifəli şəxsi işdən çıxardı 28 Oktyabr 2020, 11:50 “İlham Əliyevə və Ərdoğana sona qədər güvənməliyik” - MÜSAHİBƏ 28 Oktyabr 2020, 11:44 Müdafiə Nazirliyinin rəsmi sosial şəbəkə hesabları 28 Oktyabr 2020, 11:39 ADU-nun Konfutsi İnstitutu Sumqayıtda onlayn tədbir keçirilib 28 Oktyabr 2020, 11:34 Ordumuz Bərdənin qisasını belə aldı - VİDEO  28 Oktyabr 2020, 11:28 Ermənilər Tərtəri “Smerç”lə atəşə tutdu - RƏSMİ 28 Oktyabr 2020, 11:20 Biz bu işin zəruriliyini anladıq - “Voice of Karabagh” platformasının qurucusu 28 Oktyabr 2020, 11:14 Erməni təxribatı nəticəsində ölən mülki şəxslərin sayı 69-a çatdı   28 Oktyabr 2020, 11:08 Ermənistanda daha 2241 nəfər koronavirusa YOLUXDU 28 Oktyabr 2020, 11:02 Azərbaycan Müdafiə Nazirliyi: “Ordumuza məxsus PUA vurulmayıb” 28 Oktyabr 2020, 10:57 Dünya tarixində ən böyük metro faciəsindən 25 il ötür - FOTO 28 Oktyabr 2020, 10:52 Atəşkəs dövründə öldürülən azərbaycanlılar... 28 Oktyabr 2020, 10:46 “Qarabağın məşhur müəllimləri” - Əbdürrəhim bəy Haqverdiyev 28 Oktyabr 2020, 10:40 “Ali Baş Komandan tarixi ədaləti uğurla və qətiyyətlə bərpa edir!” - Məhərrəm Əliyev 28 Oktyabr 2020, 10:34 Azərbaycanlı deputatlar Moldovaya gedir 28 Oktyabr 2020, 10:28 Rusiya Tu-154 təyyarəsi ilə vidalaşır - Sonuncu reys 28 Oktyabr 2020, 10:23 Düşmənin Qubadlıda atıb qaçdığı hərbi texnikanın VİDEO görüntüləri 28 Oktyabr 2020, 10:18 Lev Tolstoyun qızı erməni vəhşilikləri HAQQINDA 28 Oktyabr 2020, 10:12 ABŞ-da 70 milyon seçici vaxtından əvvəl səs verib 28 Oktyabr 2020, 10:06 Sindey və Brizben şəhərlərində Gəncə terroruna etiraz edilib 28 Oktyabr 2020, 10:00 Ermənistan atəşkəs rejimini pozmaqda davam edir 28 Oktyabr 2020, 09:54 Azərbaycanda daha bir həkim koronavirusdan öldü - FOTO 28 Oktyabr 2020, 09:48 “Cəbhədən həyat yoldaşını gözləyən gəlin statusu hər xanıma qismət olmur, biz buna görə xoşbəxtik” - MÜSAHİBƏ 28 Oktyabr 2020, 09:42 Aytəkin Alxaslı: “Könlümdən İlham Əliyevdən müsahibə almaq keçir” 28 Oktyabr 2020, 09:36 İran parlamentinin spikeri koronavirusa yoluxub 28 Oktyabr 2020, 09:30 Ceyhun Bayramov Çavuşoğlu ilə telefonda danışdı 28 Oktyabr 2020, 09:24 Dolların bu günə olan məzənnəsi 28 Oktyabr 2020, 09:18