Modern.az

Kolleclərə daxil olanların qeydiyyatı davam edir

Kolleclərə daxil olanların qeydiyyatı davam edir

Aktual

21 Sentyabr 2020, 13:00

Ümumi ( 9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olunanların qeydiyyatı davam edir.

DİM-dən Modern.az-a bildirlib ki, hələlik abituriyentlərin yalnız 25%-i qəbul olunduqları təhsil müəssisəsində qeydiyyatdan keçib.


Xatırladaq ki, qəbul olunan abituriyentlər 25 sentyabr saat 17:00-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olunduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər.


21 sentyabr saat 11-ə olan məlumata əsasən, kollecə qəbul olunan abituriyentlərin yalnız 25%-i qeydiyyatdan keçib.


Abituriyentlərin nəzərinə çatdırırıq ki, göstərilən tarixədək müvafiq orta ixtisas təhsili müəssisəsində qeydiyyatdan keçməmək orada təhsil almaqdan imtina kimi dəyərləndirilir və həmin yerlər boş qalan plan yeri kimi yenidən müsabiqəyə çıxarılır.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu