Arxiv
21 Sentyabr 2020, 13:30 | REPORTAJ
Əsgər salamı ilə məşhurlaşan uşaq: “Atam məni hərbi məktəbə qoyacaq!”

Qazax rayonu Daş Salahlı kənd sakini, 7 yaşlı Elton Hacızadənin sosial şəbəkələrdə paylaşılan fotosu rezonans doğurub. Modern.az-ın əməkdaşının paylaşdığı foto Qazax rayonunda xidmət edən sərhədçilər tərəfindən lentə alınıb. Belə ki, Elton Hacızadə bir neçə gün öncə Qazaxda yolla hərəkət edən Dövlət Sərhəd Xidmətinin maşınını hərbi salamla qarşılayıb.

Foto sosial şəbəkələrdə paylaşıldığı andan hər kəs tərəfindən təqdir olunub və balaca Elton az vaxtda məşhurluq qazanıb.

Qazaxlı uşağın torpaqlarımızın keşiyində dayanan sərhədçilərə ehtiramı Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşlarının da diqqətindən yayınmayıb. Belə ki, DSX Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının komandiri general-mayor Müzəffər Pirizadə Eltonu şəxsən qəbul edib. “Qazax” əlahiddə sərhəd diviziyasında keçirilən görüşdə məktəbliyə DSX Sərhəd Qoşunlarının hərbi forması bağışlanıb. Gələcəyin sərhədçilərini hazırlayan DSX-nin Xüsusi Məktəbi barədə məlumat verilib, vətənpərvərliyi, orduya göstərdiyi sayğıya görə təşəkkür edilib.


Modern.az-ın əməkdaşı ucqar bir kənddə böyük vətən sevgisi ilə böyüdülən balaca Elton və onun ailəsi ilə əlaqə saxlayıb.

Eltonun atası Xıdır Hacızadə əməkdaşımızla söhbətində Eltonun elə körpə vaxtlarından hərbi sahəyə böyük marağının olduğunu söyləyib:


“Elton həmişə hərbiyə böyük maraq göstərir. Sərhəd zonası olduğuna görə, kənddə mütəmadi olaraq  hərbçiləri görürük. İlk dəfə deyil ki, hərbi maşınlara əsgər salamı verir. Hərbçilərə də həmişə böyük maraqla baxır. Eltonun bibisinin həyat yoldaşı da hərbçidir. Oğlum onunla hərbidən söhbətlər edir, çoxlu suallar verir, ondan ibrət alır. Əslində övladımın vətənə sevgisinin, hərbiyə bu qədər böyük marağının olması bizi sevindirir. Eltonu Cəmşid Naxçıvanski adına liseyə və yaxud Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinə göndərmək niyyətindəyik. Hazırda kəndimizdəki Araz Əmilov adına 1 saylı orta məktəbin ikinci sinfində oxuyur. Allah nəsib etsin, yaşı çatan kimi onu həvəsi olan hərbiyə yönləndirəcəyik”.


Balaca Elton isə Dövlət Sərhəd Xidmətinin avtomobillərini ona bibisinin həyat yoldaşının tanıtdığını deyir:

“Kəndimizdən həmişə hərbi maşınlar keçir. Mən atamdan, bibimin yoldaşından həmişə soruşurdum ki, əsgərlər, bu maşınlar hara gedir... Hərbi maşınları onlar mənə tanıtmışdılar. Atam, əmim, qonşularımız cəbhədən, əsgərlikdən danışanda çox xoşuma gəlir. Əsgər salamı verməyi də bibimin yoldaşı öyrədib. O da hərbçidi. Mən hərbi maşınların keçdiyini görəndə həmişə o öyrətdiyi kimi əsgər salamı verirəm. İnşallah, böyüyəndə onlar kimi əsgər olacam, torpaqlarımızı qoruyacam.

İndi ikinci sinifdə oxuyuram. Hələ ki dərslərim çoxdu, məktəblər yeni açılıb. Böyüyəndə atamgil məni hərbi məktəbə qoyacaqlarını dedilər. Çox sevinirəm”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Barselona” səfərdə xal itirdi 1 Noyabr 2020, 01:54 Pep Qvardiola “Barselona”ya qayıdır? 1 Noyabr 2020, 01:46 Cəbhə gündəliyi: 31 oktyabrda nələr oldu... 1 Noyabr 2020, 01:40 Gəncədə evdən kişi meyiti tapıldı 1 Noyabr 2020, 00:59 10 yaşlı braziliyalıdan Azərbaycan ordusuna dəstək - FOTO 1 Noyabr 2020, 00:48 Dünyada bir gündə rekord sayda yoluxma baş verdi 1 Noyabr 2020, 00:41 Avropanın bu ölkəsində də karantin elan edildi 1 Noyabr 2020, 00:29 Bakılı Olimpiya çempionu Almaniyada baş məşqçi təyin olundu 1 Noyabr 2020, 00:15 Paşinyan bu gecə Şuşa Qalasından yerə çırpılmış olacaq 1 Noyabr 2020, 00:07 Abşeronda 11 yaşlı uşaq bıçaqlandı 1 Noyabr 2020, 00:01 İranda yenidən karantin rejimi tətbiq olunacaq 31 Oktyabr 2020, 23:53 İzmirdəki zəlzələdə ölənlərin sayı artdı - YENİLƏNİB 31 Oktyabr 2020, 23:41 İngiltərədə bir aylıq karantin elan edildi 31 Oktyabr 2020, 23:38 “Siz başa düşmürsünüz ki, vay bizim halımıza?!” - Levon Ter-Petrosyan 31 Oktyabr 2020, 23:20 Baş Prokurorluğun cinayət işi açdığı separatçı Gürcüstan vətəndaşlarını döyüşə çağırır - FOTO 31 Oktyabr 2020, 23:04 Ermənistan ərazisinin atəşə tutulması xəbəri tamamilə yalandır - Müdafiə Nazirliyi 31 Oktyabr 2020, 22:48 Soydaşlarımız Gürcüstandakı seçkilərdə aşağı fəallıq göstərdilər 31 Oktyabr 2020, 22:46 “Paşinyanın məntiqsiz davranışı hər gün daha çox qurbanlara səbəb olur” 31 Oktyabr 2020, 22:35 “Vətəndaşlara dəyən bütün maddi ziyan dövlət tərəfindən ödəniləcək” 31 Oktyabr 2020, 22:21 “Qalatasaray” 3-cü pilləyə yüksəldi 31 Oktyabr 2020, 22:11 “Gürcüstanda hakimiyyət dəyişir” - Saakaşvili 31 Oktyabr 2020, 22:00 Ərdoğanın sözçüsü koronavirusa yoluxdu 31 Oktyabr 2020, 21:50 Əlcəzair milli bayramını qeyd edir 31 Oktyabr 2020, 21:39 Türkiyədən “Şarli Hebdo”ya ETİRAZ: “İki milyarda yaxın müsəlmana hörmətsizlikdir” 31 Oktyabr 2020, 21:28 Müdafiə Nazirliyi nümunəvi minaatanlarımızın görüntülərini yaydı - VİDEO 31 Oktyabr 2020, 21:09 Ərdoğan zəlzələ bölgəsinə getdi 31 Oktyabr 2020, 21:02 “Gürcü Arzusu” qələbəsini qeyd edir 31 Oktyabr 2020, 20:55 İstanbulda “Qarabağ Azərbaycandır” deyildi - FOTO 31 Oktyabr 2020, 20:48 “Karikaturaların dərc edilməsinin tərəfdarı deyiləm” - Makron 31 Oktyabr 2020, 20:39 Şotlandiyada Ermənistanın müharibə cinayətlərinə qarşı etiraz aksiyası keçirilib - FOTO 31 Oktyabr 2020, 20:27 Azərbaycanlı şirkət rəhbəri “McDonald’s”a görə xalqı təhqir edir - FOTO 31 Oktyabr 2020, 20:01 İşğaldan azad edilən ərazilərdə sosial müdafiə proqramları icra olunacaq - Nazir 31 Oktyabr 2020, 19:56 Atan Heydərin çörəyi, anan Zərifə xanımın südü sənə halal olsun!!! 31 Oktyabr 2020, 19:51 Ermənistanın qadağan olunmuş silahdan istifadə etməsinə qarşı QHT-lərin BƏYANATI 31 Oktyabr 2020, 19:47 Vaaqn Çaxalyan barəsində beynəlxalq axtarış elan edilib 31 Oktyabr 2020, 19:27