Modern.az

Azərbaycana payız gəlib

Azərbaycana payız gəlib

22 Sentyabr 2020, 17:55

Bu gün saat 17:30:36-da Azərbaycan ərazisinə payız fəsli daxil olub.

Bu barədə Modern.az-a Azərbaycan Milli Elmlər Akademiyasının Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Payızın gəlməsilə sentyabrın 22-də gecə-gündüz bərabərliyi baş verəcək. Buna adətən payız gecə-gündüz bərabərliyi də deyirlər. Bu halda Günəş ekliptika üzrə hərəkət edərək Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçir.

Qeyd edək ki, bu il qış fəsli ölkəmizə dekabrın 21-i saat 14:02:18-də qədəm qoyacaq. 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır