Arxiv
22 Sentyabr 2020, 11:16 | AKTUAL
“Tarixən ermənilər vətənsiz insanlar olublar” - Deputat

“Cənab Prezident İlham Əliyev yerli televiziyalara müsahibəsi zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı önəmli fikirlər söyləyib. Onun sözlərinə görə, Heydər Əliyev amili erməniləri uzun illər separatçı hərəkətlərini reallaşdırmağa imkan verməyib. Həqiqətən də, Ulu Öndər Heydər Əliyev o zaman hakimiyyətdə olsaydı, bir qarış da torpağımız işğal olunmazdı" 

 

Modern.az xəbər verir ki, bu fikirləri deputat Fatma Yıldırım bildirib. 

 

Onun sözlərinə görə, mənim uşaqlığım, yeniyetməlik illərim ata-baba yurdum Qarabağda keçib. 

 

"Bu bir faktdır ki, Qarabağ erməniləri Heydər Əliyevin adından belə qorxurdular. Uşaq olsaq da, bunu daima hiss edirdik. Əgər sovetlər dövründə Ulu Öndər  Heydər Əliyev hakimiyyətdə olmasaydı, ermənilər çoxdan Azərbaycana qarşı ərazi iddialarına başlayardı. Erməni əhalisi bizim doğma torpaqlarımızda yaşaya-yaşaya bizə qarşı açıq aşkar irqçilik nümayiş etdirməkdən çəkinmirdilər. Xatırlıyıram ki, ermənlər bizə “tork”, yəni türk deyərək səslənirdilər və nifrət edirdilər. Orda yaşamış azərbaycanlılar əminəm ki, bunu təsdiqləyərlər. Dəhşətlisi odur ki, erməni uşaqları bizimlə ünsiyyət qurmurdular, bərabər oyun oynamırdılar. O dövrlərdə biz uşaq şüuru ilə buna, əlbəttə ki, bir məna verə bilməzdik. Lakin Qarabağ hadisələri, Xocalı soyqırımı göstərdi ki, bu davranışlar uzun illərdir ermənilər tərəfindən gizli aparılan irqçiliyin təzühürü idi. Hətta keçən əsrin 60-cı illərində Dağlıq Qarabağ Muxtar Vilayətinin Təhsil şöbəsinin müdiri vəzifəsində çalışan babam Yusif Əliyev onların apardıqları çirkin siyasətlə mübarizəyə başlamışdı. Belə ki, təkidlə ermənilərin istəmədiyi halda Dağlıq Qarabağ Muxtar Vilayətində erməni məktəblərinə Azərbaycan dili dərslərinin mütləq tədris olunmasına nail olmuşdu. Çünki bura Azərbaycan torpağı idi və burada yaşayan hər kəs ilk növbədə Azərbaycan dilini bilməli idi". Bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

 

Fatma Yıldırım bildirib ki, sonralar Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi dövrdə erməni separatçılarına qarşı mübarizə aparmışdı. Onun Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilərək, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin olunması hər bir azərbaycanlı üçün qürurverici hadisə idi. Çünki O, həmişə öz xalqına arxa-dayaq idi. Lakin Mixail Qorbaçov və onun ətrafındakı Aqambekyan, Şahnazarov, Volski kimi "müşavirləri" Heydər Əliyevə və onun həm Sovetlər İttifaqında, həm də beynəlxalq arenada yüksək nüfuzuna çox qısqanclıqla yanaşırdılar. Ulu Öndərimizi vəzifəsindən uzaqlaşdırmaq üçün hiyləgər planlar hazırlayırdılar. Heydər Əliyev Moskvada yüksək vəzifədə işləyərkən, böyük nüfuz qazanmışdı. Mən hesab edirəm ki, bu xəyanətkar planlar nəticəsində Heydər Əliyevin Moskvadan ayrıldıqdan sonra Qarabağın qara günləri başladı.

 

Millət vəkili Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırki proseslərə də toxunaraq qeyd edib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın siyasəti vəziyyəti daha da gərginləşdirməyə xidmət edir: “Paşinyan səriştəsiz adamdır və onun dövlət idarə etmək, normal danışıqlar aparmaq təcrübəsi yoxdur. Görünən odur ki, Paşinyan münaqişənin sülh yolu ilə həllinə maraqlı deyil. O, təxribatçı əməlləri ilə öz xalqını uçuruma aparır. Danışıqlar prosesinin formatını dəyişdirmək cəhdi, işğal olunmuş torpaqlarımıza qanunsuz səfərləri və səsləndirdiyi destruktiv bəyanatlar, Tovuz istiqamətində hərbi təxribat və həyat yoldaşı Anna Akopyanın məlum son "şouları" hərəkətləri onu göstərir ki, Paşinyan qətiyyən sülh danışıqlarının tərəfdarı deyil. Ümumiyyətlə, tarixən ermənilər vətəni olmayan insanlar olublar. Onlar azərbaycanlıların torpaqlarını zəbt etmək hesabına özlərinə “vətən” yaratmağa çalışıblar”.

 

Fatma Yıldırımın fikrincə, beynəlxalq birlik, xüsusilə ATƏT-in Minsk qrupu Ermənistanın işğalçı və son dövrdə açıq şəkildə nümayiş etdirdiyi təxribatçı əməllərinə hələ də adekvat münasibət bildirmir: “Cənab Prezident də yerli televiziyalara müsahibəsi zamanı Minsk qrupunun fəaliyyətindən narazılığını ifadə etdi. Görünən odur ki, Minsk qrupu və həmsədrlər münaqişənin ədalətli həlli istiqamətində əməli addımlar atmır. Azərbaycan xalqının ATƏT-in Minsk qrupuna etibarı və inamı tamamilə itib. Onların fəaliyyəti ancaq münaqişənin uzadılmasına xidmət edir. Ermənilər və onların havadarları hesab edirlər ki, məsələnin həlli uzandıqca, bəlkə də, Azərbaycanda yetişən yeni nəsil Qarabağı unudacaq, lakin onlar çox yanılırlar. Təcavüzkar Ermənistan bilməlidir ki, bura bizim dədə-baba torpaqlarımızdır, Qarabağda köklərimiz çox dərindir. Biz heç vaxt bir qarış torpağımızı da düşmənə pay vermək niyyətində deyilik. Bizə bunu tariximiz, əcdadlarımız və şəhidlərimiz bağışlamaz! İyul ayında baş verən Tovuz hadisələri bir daha göstərdi ki, 30 ilə yaxın vaxt keçsə belə, vətəndaşılarımız əzəli torpaqlarımızı unutmayıb və onun azadlığı uğrunda döyüşmək üçün sadəcə Ali Baş Komandanın əmrini gözləyirlər. Azərbaycan xalqı anlayır ki, Ermənistan yeni təxribatlara hazırlaşır və beləliklə, yeni torpaqlar işğal etməyə cəhd edirlər. Lakin düşmən unutmasın ki, onun qarşısında güclü Azərbaycan ordusu var və bu cəhdlər onların özlərinin sonu olacaqdır”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Son bir ayda doğulan oğlanlara qoyulan adlar: UĞUR... 28 Oktyabr 2020, 12:28 “Atamın istəyi o idi ki, Qubadlıda şəhid olsun” - Şükür Həmidovun oğlu 28 Oktyabr 2020, 12:20 Nazirlik əhaliyə MÜRACİƏT ETDİ: Düşmən böyük şəhərlərimizdə təxribat törədə bilər! 28 Oktyabr 2020, 12:14 İlham Əliyev “İnterfaks”a müsahibə verib 28 Oktyabr 2020, 12:08 Kəlbəcər necə qurulacaq… - İcra başçısının I müavini, deputat və ağsaqqalın ARZULARI 28 Oktyabr 2020, 12:03 Nəsiman Yaqublu Beynəlxalq konfransda erməni terrorunu pisləd 28 Oktyabr 2020, 12:00 Bərdədə həlak olan 7 yaşlı Aysu dəfn olundu - FOTO 28 Oktyabr 2020, 11:55 Paşinyan daha bir vəzifəli şəxsi işdən çıxardı 28 Oktyabr 2020, 11:50 “İlham Əliyevə və Ərdoğana sona qədər güvənməliyik” - MÜSAHİBƏ 28 Oktyabr 2020, 11:44 Müdafiə Nazirliyinin rəsmi sosial şəbəkə hesabları 28 Oktyabr 2020, 11:39 ADU-nun Konfutsi İnstitutu Sumqayıtda onlayn tədbir keçirilib 28 Oktyabr 2020, 11:34 Ordumuz Bərdənin qisasını belə aldı - VİDEO  28 Oktyabr 2020, 11:28 Ermənilər Tərtəri “Smerç”lə atəşə tutdu - RƏSMİ 28 Oktyabr 2020, 11:20 Biz bu işin zəruriliyini anladıq - “Voice of Karabagh” platformasının qurucusu 28 Oktyabr 2020, 11:14 Erməni təxribatı nəticəsində ölən mülki şəxslərin sayı 69-a çatdı   28 Oktyabr 2020, 11:08 Ermənistanda daha 2241 nəfər koronavirusa YOLUXDU 28 Oktyabr 2020, 11:02 Azərbaycan Müdafiə Nazirliyi: “Ordumuza məxsus PUA vurulmayıb” 28 Oktyabr 2020, 10:57 Dünya tarixində ən böyük metro faciəsindən 25 il ötür - FOTO 28 Oktyabr 2020, 10:52 Atəşkəs dövründə öldürülən azərbaycanlılar... 28 Oktyabr 2020, 10:46 “Qarabağın məşhur müəllimləri” - Əbdürrəhim bəy Haqverdiyev 28 Oktyabr 2020, 10:40 “Ali Baş Komandan tarixi ədaləti uğurla və qətiyyətlə bərpa edir!” - Məhərrəm Əliyev 28 Oktyabr 2020, 10:34 Azərbaycanlı deputatlar Moldovaya gedir 28 Oktyabr 2020, 10:28 Rusiya Tu-154 təyyarəsi ilə vidalaşır - Sonuncu reys 28 Oktyabr 2020, 10:23 Düşmənin Qubadlıda atıb qaçdığı hərbi texnikanın VİDEO görüntüləri 28 Oktyabr 2020, 10:18 Lev Tolstoyun qızı erməni vəhşilikləri HAQQINDA 28 Oktyabr 2020, 10:12 ABŞ-da 70 milyon seçici vaxtından əvvəl səs verib 28 Oktyabr 2020, 10:06 Sindey və Brizben şəhərlərində Gəncə terroruna etiraz edilib 28 Oktyabr 2020, 10:00 Ermənistan atəşkəs rejimini pozmaqda davam edir 28 Oktyabr 2020, 09:54 Azərbaycanda daha bir həkim koronavirusdan öldü - FOTO 28 Oktyabr 2020, 09:48 “Cəbhədən həyat yoldaşını gözləyən gəlin statusu hər xanıma qismət olmur, biz buna görə xoşbəxtik” - MÜSAHİBƏ 28 Oktyabr 2020, 09:42 Aytəkin Alxaslı: “Könlümdən İlham Əliyevdən müsahibə almaq keçir” 28 Oktyabr 2020, 09:36 İran parlamentinin spikeri koronavirusa yoluxub 28 Oktyabr 2020, 09:30 Ceyhun Bayramov Çavuşoğlu ilə telefonda danışdı 28 Oktyabr 2020, 09:24 Dolların bu günə olan məzənnəsi 28 Oktyabr 2020, 09:18 Azərbaycanlı əsgərlərin xilas etdiyi 85 yaşlı erməni qadın danışdı - VİDEO 28 Oktyabr 2020, 09:12